Fikirləşin və cavab verin.
1.»Məcburiyyət» nəzəriyyəsi ilə «ixtiyar» nəzəriyyəsinin nə fərqi var?
2.»Məcburiyyət» nəzəriyyəsinə əqidə bağlayanların ən əsas dəlili nədir?
3.Mühitin, mədəniyyətin, iqtisadi vəziyyətin insanlara təsir etməsinin müqabilində nə
cavab vermək olar?
4.»Məcburiyət» nəzəriyyəsi nəticəsində irəli cıxan siyasi, psixoloji və ictimai səbəblər
hansılardır?
5.Biz bu cür səbəblərə qarşı nə etməliyik?
VII dərs
İnsan iradəsinin və ixtiyarının azadlığına dair ən aşkar sübut.
1.Bütün insanların vicdanı məcburiyyəti inkar edir
Alimlər, filosoflar insanın iradəcə azad və ixtiyar sahibi olması barədə çoxlu
mübahisələr etmiş və bu məsələ də bir çox sübut və dəlillər gətirmişlər. Biz isə bu barədə
ətraflı danışmayacağıq. Yalnız iradə azadlığı üçün gətirilmiş ən aydın və aşkar dəlili
oxucuların nəzərinə çatdırırıq. O dəlil insanların öz vicdanıdır.
İzah: İnsanlar nəyi inkar etsələr də, bir həqiqəti inkar etmirlər. Bu, cəmiyyət də
qanunnun olmalı olduğu həqiqətidir. İstər mömin, istərsə də materialist, şərqli,qərbli,
keçmiş, indiki, varlı, kasıb - hamısı deyir ki, insanlar arasında qanun hökmranlıq etməlidir.
İnsanlar qanun qarşısında məsuliyyət daşımalıdırlar. Kim qanundan kənar hərəkət edərsə,
cəzalandırılmalıdır.
Bir sözlə, qanunun aliliyi, insanların qanun qarşısında məsuliyyət daşımaları və eləcə
də qanunu pozanın cəzalandırılması bütün insanların qəbul etdiyi bir məsələdir. Yalnız
keçmişdə yaşamış vəhşi qəbilə və tayfalar bu üç məsələni rəsmi olaraq qəbul etmirdilər.
İnsanların ümumi vicdanı adlandırdığımız bu məsələ insan iradəsinin azadlığına olan
ən aşkar dəlildir. Necə inanmaq olar ki, insan öz iradə və rəftarında məcbur olsun və heç bir
ixtiyar sahibi olmasın, eyni zamanda, qanun qarşısında məsuliyyət daşısın və qanunu
pozarsa, onu məhkəməyə çəkib sorğu-suala etsinlər, cinayəti sübuta yetdikdən sonra onu
zindana salsınlar, yaxud edama məhkum etsinlər? (Əgər insan rəftarında məcburdursa, o
zaman bu işlərin heç birinin mənası olmayacaq). Bu bəzən dağdan yollara tökülüb insanlara
zərər yetirən daş parçalarını tutub mühakimə etməyə bənzəyər. Düzdür, zahirdə bir insanla
daş parcası arasında fərq var ancaq, əgər insanın iradə azadlığını danırıqsa, onda bu zahiri
fərqin heç bir mənası qalmayacaq. Hər ikisi məcburiyyət üzündən hərəkətə gəlmiş və
cəmiyyətə müəyyən ziyan vurmuşlar. (Biri dağdan aşağı enib bir nəfəri öldürüb, biri də
silahla birini vurub öldürüb.)
«Məcburiyyət» nəzəriyyəsinə əqidə bağlayanların fikrincə, bu iki işin nəticəsində heç
bir fərq yoxdur, heç biri öz iradəsi ilə iş görməmişdir. Onda nə üçün biri (insan) mühakimə
olunmalı, digəri (daş parcası) isə mühakimə olunmamalıdır?
Belə bir mövqedə insan iki yol ayrıcında durur: ya gərək bütün insanların vicdanı ilə
qoyulmuş qanunu pozaraq bütün məhkəmələri ləğv etsin, ya da «məcburiyyət»
nəzəriyyəsini inkar etsin.
Şübhəsiz ki, ikinci yol daha üstündür.
29
Təəccüblü budur ki, həyatta məcburiyyət əqidəsində olanların özləri də həyatda və
əməldə qanundan, məhkəmədən və əsl azadlıqdan dəm vururlar. Əgər bir nəfər onlara qarşı
kobud və nalayiq hərəkət edərsə, onu məhkəməyə verirlər. Müttəhimi cəzalandırmayınca,
sakit olmurlar.
Əgər insan azad deyilsə, özündən heç bir şey asılı deyilsə, bu şikayətlərin, səs-küyün nə
mənası var?
İnsanların bu ümumi vicdanı sübut və şahiddir ki, bütün insanlar öz batinlərində azad
olduqlarını qəbul etmişlər və buna əmindirlər. Həmişə öz azadlıqlarına vəfadar olmuş, hətta
bir gün olsun belə bu əqidədən dönməmişlər. İnsanlar bilirlər ki, bu əqidəsiz yaşamaq, şəxsi
və ictimai müşkülləri həll etmək qeyri mümkündür.
İslamın böyük alimi, filosofu Xacə Nəsrəddin Tusi bu məsələni məcburiyyət və ixtiyar
barədə yazdığı kitabda çox gözəl bir ifadə ilə bəyan etmişdir: «Bizim öz vicdanımız şahiddir
ki, bizim bütün işlərimiz özümüzə aiddir.»
Dostları ilə paylaş: |