2.«Məcburiyyət»ə əqidə bağlayanların ən əsas səhvi.
Bu əqidədə olanlar bir şeyi nəzərə almır və ondan xəbərsiz qalırlar. Bu, haqqında
danışdığımız «məcburiyyət və ixtiyar» məsələsinin «nöqsanlı səbəblər» bəhsinə yox, «tam
və kamil səbəblər» bəhsinə aid olmasıdır. Başqa sözlə desək, heç kəs mühitin, mədəniyyətin,
iqtisadi səbəblərin insanın düşüncə, əqidə və rəftarına təsir etdiyini inkar etmir. Söhbət
bundadır ki, bunlarla yanaşı yenə də son plan və son qərar insanın öz əlindədir və o, öz
işində azaddır. Çünki bütün insanlar anlayırlar ki, hətta fəsadla dolu olan bir mühitdə də
insan yolunu azmaqda məcbur deyil. Belə bir mühitdə də insan özünü qoruyub saxlaya bilər.
Buna görə də, gərək məcburiyyət nəzəriyyəsinə əqidə bağlayanların məcburiyyət üçün
sadaladıqları bir sıra səbəbləri (mühit, iqtisadi vəziyyət və s.) «tam və kamil səbəblər»
bəhsindən ayıraq.
Elə bu səbəbdən bəzi insanlar asayiş, rahatlıq içərisində və iqtisadi vəziyyəti yüksək
səviyyədə olan ailədə böyüsələr də, digər ailə üzvlərindən fərqlənirlər. Ailədə olan ictimai
xronikaya müxalif olmurlar. Hətta bəzən belə gedişata qarşı çıxıb çevriliş aparırlar. Əgər
mühit, mədəniyyət, təbliğat bütün insanlara tam şəkildə təsir edirsə, onda dünyada heç bir
inqilab həyata keçməməlidir. İnsanlar yaşadıqları mühit çətin də olsa, keçinməli və yeni bir
mühit icad etməməlidirlər.
Bunlardan məlum olur ki, yuxarıda məcburiyyət üçün deyilən səbəblərin heç bir
insanın taleyini həll etmir. Bu səbəblər insanda yalnız təsir qoyur. İnsanın taleyini həll edən
ancaq onun öz iradə və qərarıdır.
Bu məsələni qızmar yay günlərində qərara gəlib Allahın əmri ilə oruc tutmağa
bənzətmək olar. Bu vaxt bütün əzalarımız su tələb edir, lakin biz Allahın əmrini yerinə
yetirmək məqsədi ilə bunların hamısına göz yumub su içmirik. Ola bilər, kimsə Allahın
əmrindən kənara çıxaraq oruc tutmasın.
(Deməli, bunların hamısı insanın öz
ixtiyarındadır.)
Belə nəticəyə gəlirik ki, yuxarıdakı səbəblərdən fərqli olaraq insanın taleyini həll edən
insanın öz iradə və qərarıdır.
Dostları ilə paylaş: |