3)Quranda «məcburiyyət» və «ixtiyar» məsələsi
Qurani-Məcid öz gözəl ayələri ilə insan iradəsinin azad olduğunu açıqlamışdır. Bu
məsələ Quranın yüzlərlə ayəsində gözə çarpır. Bu ayələri bir neçə dəstəyə bölmək olar:
A)Əmr və nəhy, vacib və haram, məsuliyyətləri bəyan edən ayələrin hamısı insan
iradəsinin azad olduğuna şahiddir. Əgər insan öz əməllərində məcbur olarsa, onda bu
ayələrin heç bir mənası olmaz.
B)Günahkarları tənə, möminləri isə mədh edən ayələr də insanın azad və ixtiyar sahibi
olduğuna bir sübutdur. Çünki məcburiyyət olan yerdə tənə və tərifin heç bir mənası yoxdur.
V)Qiyamət gününün sorğu-sualı, hesab kitabı, Cənnət və Cəhənnəmdən söhbət edən
ayələr də insanın azad olduğuna daha bir sübutdur. Çünki məcburiyyətlə bu deyilənlər
uyğun gəlmir. Əksinə, məcburiyyət olduqda günahkarları cəzalandırmaq açıq-aşkar zülm
olar.
Q) «Kullu nəfsin kəsəbət rəhinəh.»
«Hər kəs öz əməlinin girovudur.» «(Hərə öz əməlinin girovunu alacaqdır.)», «Hər kəs
öz əməlinin girovudur» kimi ayələr də açıq-aşkar insan azadlığından danışırlar.»
d) «Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor
(bu onun öz işidir.)» kimi ayələr də insanın azad olduğunu göstərən sübutlardan biridir.
Quranda bir sıra ayələr də vardır ki, bunlar «vasitə» nəzəriyyəsini isbat edirlər. Lakin
bəzi düşüncəsiz insanlar bu ayələri insanın məcbur olduğuna dair sübut və şahid
gətirmişlər. O cümlədən «(Ey insanlar! Onu da bilin ki,) Allah istəməsə, siz heç nə istəyib
Dostları ilə paylaş: |