Məsələn, bir nəfər sizə əlində tutduğu bir ünvanı göstərərək ünvanı tanımadığını və
sizdən kömək istədiyini bildirir. Sizin ünvanı ona tanıtdırmaq üçün iki yolunuz var. Biri odur
ki, ona qoşulub istədiyi yerə gətirib ünvanı ona göstərəsiniz. İkincisi isə odur ki, ünvanın
yerini, nişanəsini deyib onu tanış edəsiniz. Siz hər iki surətdə onu öz məqsədinə çatdırmış
olursunuz. Lakin bu iki yol arasında fərq var. Birinci halda siz ünvanı ona göstərməkdən
32
əlavə, onu ötürüb məqsədinə çatdırmısınız. İkinci halda isə yalnız ünvanın yerini və
nişanələrini söyləmisiniz.
Quranın bir çox ayələrində, eləcə də islami hədislərdə gəlmiş «hidayət» sözü bu iki
mənanın hər ikisində işlədilmişdir.
Bundan əlavə bəzən yalnız təşrii məna daşıyır. Yəni, qanun və fərmanlar vasitəsilə
həyata keçir. Bəzən isə təkvini məna daşıyır. Yəni, təbii yollarla, xilqətin qurduğu vücudla
həyata keçir. Necə ki, bir nütfə kamil bir insana tərəf hidayət olur və insana çevrilir.
Hidayətin bu iki mənası da Quran və hədislərdə gəlmişdir. İndi ki, hidayətin (eləcə də onunla
qarşı duran zəlalət və azğınçılığın) növlərini öyrəndik, əsl bəhsimizə qayıdırıq.
Quranın çox ayələrində gəlmişdir ki, hidayət və azğınlıq Allahın işidir. Şübhəsiz ki,
insana düz yolu göstərən odur. Çünki o, peyğəmbərlər göndərməklə və asimani kitabları
nazil etməklə yolu insanlar üçün müəyyən etmişdir. Ancaq məqsədə çatdırmaq, özü də
məcburi şəkildə, yəqin ki, insan iradəsinin azadlığı ilə uyğun gəlmir. Lakin məqsədə çatmaq
üçün lazım olan qüvvələr Allah tərəfindən bizə verildiyi üçün və bu işdə bizə o kömək
etdiyinə görə deyirik ki, hidayət Allahın əlindədir. Belə ki, Allah bütün başlanğıcları insan
üçün hazırlayaraq onları bəşərin ixtiyarında qoymuşdur.
Dostları ilə paylaş: