Щязряти Айятуллащцл-Цзма


Fikirləşin və cavab verin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə60/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Fikirləşin və cavab verin


35

1.Bəzi şəxslər cəhənnəmdə əbədi qalmağı Allahın ədaləti ilə necə zidd bilirlər?

2.Axirət  aləminin  cəzaları  bu  dünyanın  cəzaları  kimidirmi?  Əgər  elə  deyilsə,  bəs 

necədir?


3.Ədalət günahın cəzasının onun zamanı ilə bərabər olmasını tələb edirmi?

4.Cəhənnəmdə əbədi qalma kimlərə aiddir?

5.Kimlər Allahın rəhmətinə nail olub bağışlanacaqlar?

III FƏSİL

PEYĞƏMBƏR

TANIMA

HAQQINDA

on dərs

I dərs

İnsanların ilahi rəhbərlərə (peyğəmbərlərə) olan ehtiyacı

İnsan elminin məhdudluğu

Bəziləri  soruşa  bilər:  peyğəmbərlərin  insanları  düz  yola  dəvət  etmələri  lazımdırmı? 

Məgər  insan  öz  həqiqətlərini  anlaya  bilmirmi?  Məgər  elmin  inkişaf  etməsi  sirlərin 

açılmasına  və  həqiqətlərin  kəşf  olunmasına  kömək  etmirmi?  Bundan  əlavə,  onu  da 

xatırladaq  ki,  peyğəmbərlərin  insanlara  öyrətdiklərini  bəzən  öz  ağlımızla  dərk  edir,  bəzən 

isə  etmirik.  Birinci  halda  (ağlımız  peyğəmbərlərin  dediklərini  anladığı  halda) 

peyğəmbərlərin  gəlməsinə  ehtiyac  yoxdur.  (Çünki  onların  dediklərini  öz  ağlımızla  dərk 

edirik.)  İkinci  halda  isə  biz  ağlımızın  dərk  etmədiyi  şeyləri  qəbul  edə  bilmərik.  Başqa  bir 

tərəfdən,  peyğəmbərlərin  dediklərini  qəbul  etmək  üçün  insan  özünü  tam  şəkildə  onların 

ixtiyarına buraxmalıdır. Məgər bu düzgündürmü? İnsan peyğəmbərlərin sözünü kor-koranə 

qəbul  edə  bilərmi?   Məgər  peyğəmbərlər  bizim  özümüz  kimi  insanlar  deyillər?  Özümüzü 

özümüz kimisinin ixtiyarına verməyin nə mənası var?

Cavablar:

Bir  neçə  məsələni  nəzərə  almaqla  bütün  verilən  sualların  cavabı  və  peyğəmbərlərin 

insanların həyatındakı mövqeyi məlum olur.

1)Bilməliyik ki, bizim elmimiz məhduddur. Bəşər elmində bu qədər inkişafın olmasına 

baxmayaraq, yenə də bildiklərimizin bilmədiklərimizə olan nisbəti bir damla suyun dəryaya 

olan nisbəti kimidir. Bəzi böyük alimlərin dili ilə desək, bizim bütün bildiklərimiz dünya adlı 




36

kitabın əlifbasıdır. Başqa sözlə, bizim ağlımızın anlayış çərçivəsi elə bir məntəqədir ki, elm 

və  bilik  şüası  onu  işıqlandırır,  bizim  isə  onun  xaricindən  xəbərimiz  yoxdur.  Peyğəmbərlər 

gəlib bu məntəqəni insanın ehtiyacı olan qədər işıqlandırır. Əslində bizim ağlımız böyük bir 

projektor, peyğəmbərlər və səmavi vəhy isə bütün dünyanı işıqlandıran günəşdir. Güclü bir 

projektora malik olan şəxs deyə bilərmi ki, mənim günəş işığına ehtiyacım yoxdur?

Daha açıq desək, həyata aid məsələləri üç hissəyə bölmək olar, ağlasığan, ağlasığmayan 

və məchul məsələlər.

Peyğəmbərlər  heç  vaxt  ağlasığmaz,  yəni  ağıl  və  düşüncənin  əksinə  olan  söz 

deməmişlər.  Əgər  deyiblərsə,  peyğəmbər  olmamışlar.  Əksinə,  onlar  məchulları  anlamaqda 

bizə kömək etmişlər. Bu da bizim üçün çox mühümdür. Buna əsasən, insanın ağlı olan yerdə 

və elmin bu qədər inkişaf etdiyi bir vaxtda «insanların peyğəmbərə ehtiyacı yoxdur» deyən 

şəxslər  nə  bəşər  elminin  çərçivəsini  tanıyırlar,  nə  də  peyğəmbərlərin  risalətinin  mənasını 

anlayırlar. Bu, birinci sinifdə əlifbanı öyrənmiş uşağın «mən hər şeyi bilirəm, dərs oxumağa 

və müəllimə ehtiyacım yoxdur» deməsinə bənzəyir. Bu söz əsassız deyilmi?

Bunu  da  deyək  ki,  peyğəmbərlər  təkcə  müəllim  olmamışlar.  Onların  rəhbərlik 

məsələləri barədə gələn dərslərdə ətraflı söhbət edəcəyik.

2)Heç  kim  iddia  etmir  ki,  insan  özünü  özü  kimi  olan  başqa  birisinin  ixtiyarına 

verməlidir. Məsələ burasındadır ki, peyğəmbərlərin səmavi vəhy, yəni, Allahın sonsuz olan 

elmi  ilə  rabitələri  vardır.  (Bunu  gələn  dərslərdə  isbat  edəcəyik.)  Bu  rabitəni  biz  qəti  və 

möhkəm dəlillərlə tanımalıyıq. Bu surətdə onların dediklərini, təlim-tərbiyələrini can-başla 

qəbul etməliyik.

Əgər xəstə bir şəxs ona ürəyi yanan və öz ixtisasında mahir olan bir həkimin yazdığı 

reseptə əməl edərsə, səhv işmi görmüş olar? Peyğəmbərlər də böyük ruh həkimləridir.

Müəllimin  dedikləri  ağlımıza  uyğun  gələrsə,  onu  qəbul  etməyin  nə  qəbahəti  var? 

Peyğəmbərlər də, bəşərin böyük məllimləridir.

Yaxşısı budur ki, biz peyğəmbərlərin gəlməsinin lazım və zəruri olduğunu sübut edən 

dəlilləri daha dəqiq araşdıraq.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin