İnsanların üç səbəbə görə peyğəmbərlərə ehtiyacı var
1.Təlim-tərbiyə cəhətdən olan ehtiyac
Əgər bir nəfər xəyalında nurdan hazırlanmış və saniyədə 300000 kilometr məsafəni
qət edən bir miniyə minib geniş asimanda dövr etsə, bu kainatın təkcə bir guşəsini müşahidə
etmək üçün onda Nuh ömrü lazımdır.
Kainat bu qədər genişliyi ilə, yəqin ki, əbəs yerə yaradılmayıb. Allahı tanıma
bəhslərində demişik ki, bu dünyanın yaranmasında Allaha heç bir fayda, mənfəət gəlmir.
Çünki o, hər cəhətdən kamil və ehtiyacsız bir varlıqdır. Onun nöqsanı olmadığından, bu
dünyanı xəlq etməklə həmin nöqsanı aradan qaldırmaq istədiyini söyləyə bilmərik . Deməli,
Allahın dünyanı yaratmaqda məqsədi başqalarına fayda və mənfəət vermək, məxluqatı
kamala çatdırmaqdır. Necə ki, günəş bizə ehtiyacı olmadığı halda yerə saçır və bunun yalnız
biz faydası var. Bizim isə günəşə bir xeyrimiz yoxdur.
Bundan əlavə, bizim biliyimiz kamilliyə yetişmək üçün kifayət edərmi? Biz bu
dünyanın sirlərindən nə qədərini bilirik? Ümumiyyətlə, həyatın mənası nədir? Bu dünya nə
vaxtdan yaranıb? Heç kim bu suallara düzgün cavab verə bilmir. Bu dünya nə vaxtadək
davam edəcəkdir? Buna da düzgün bir cavab verən tapılmır. İqtisadi və ictimai həyat barədə
bəşər alimlərinin hər birinin öz nəzəriyyəsi vardır. Məsələn, bir qrup kapitalizmi, başqa bir
qrup sosializm və kommunizmi tövsiyə edir. Üçüncü qrup isə hər ikisinin ziyanlı olduğunu
bildirərək heç birini bəyənmir. Həyatın digər məsələlərində də alimlər arasında bu cür
nəzəri ixtilaflar çoxdur. Bu yerdə insafla etiraf etməliyik ki, insanın yaranışının əsl məqsədi
olan təkamülə yetişmək üçün düzgün və həqiqətlə uyğun olan təlim-tərbiyəyə ehtiyacı var.
Bu təlim-tərbiyə elə olmalıdır ki, bu uzun məsafədə bizə mənzil başına çatmaqda kömək
37
olsun. Bu da yalnız Allahın elmi ilə, yəni peyğəmbərlərə göndərdiyi vəhylər nəticəsində
mümkün olur. Məhz buna görə də, bizi xəlq etmiş Allah bizə yolu qət etmək üçün həmin elmi
verməlidir. (Bu da ancaq peyğəmbərlərin vasitəsi ilə mümkündür.)
Dostları ilə paylaş: |