Fikirləşin və cavab verin:
1.Elminiz nə qədər artsa da, yenə bilmədiklərinizin bildiklərinizdən çox olduğunu hiss
edirsinizmi? (Bir misal göstərin.)
2.Bir nəfərə kor-koranə surətdə itaət etməklə peyğəmbərlərə itaət etməyin fərqini
bilirsinizmi?
3.Tanımadığımız yolu bələdçisiz getsək, hansı çətinliklərlə üzləşə bilərik?
4.İnsanların hansı cəhətlərdən peyğəmbərə ehtiyacları olduğunu izah edin.
5.Bu barədə daha hansı başlıq altında bəhs edəcəyimizi güman edirsiniz?
II dərs.
Qanun təyin etmə nəzərindən
peyğəmbərlərə olan ehtiyac
Ötən dərsdə insanların peyğəmbərlərə olan ehtiyaclarının cəhətini, yəni təlim və
tərbiyə cəhətindən olan ehtiyacını öyrəndik. İndi isə növbə peyğəmbərlərin insanların
həyatında ən əsas rolu olan ictimai qanunlarla bağlılığına yetişmişdir.
Məlum olduğu kimi, insanların ən böyük və əsas xüsusiyyəti, onların hər bir sahədə
qazandıqları uğurların səbəbi ictimai şəkildə yaşamalarıdır. Qətiyyətlə demək olar ki, əgər
insanlar bir-birindən ayrı yaşasaydılar, indi onların hamısı fikir, düşüncə, mədəniyyət tərzi
nəzərindən eynilə daş dövrünün insanları kimi olardılar. İnsanlara mədəniyyət bəxş edən,
onların elmini bu qədər inkişaf etdirən yalnız ictimai yaşamdır. Məsələn, aya uçuşu təsəvvür
etsək, görürük ki, bu, bir, yaxud bir neçə nəfərin səyi nəticəsində yox, milyonlarla alimin min
illərlə göstərdiyi səylər, təcrübələr, kəşflər nəticəsində həyata keçmiş bir işdir. Yaxud indiki
zamanda mahir və təcrübəli bir həkim özü ölmüş, lakin qəlbi hələ döyünməkdə davam edən
insanın ürəyini başqa bir insanın ürəyi ilə əvəz edərək onu ölümdən xilas edərsə, bu
minlərlə həkim və cərrahın səyi nəticəsində və onların indiki şagirdlərinin əli ilə həyata
keçmiş bir işdir. Əlbəttə, bunu da xatırladaq ki, bu cür ictimai yaşayışın bəzi mənfi cəhətləri
də vardır. Məsələn, bir-birinin haqqını tapdalamaq, bir-birinə təcavüz və zorakılıq etmək,
hətta bəzən bir-birinə (ölkə-ölkəyə) qarşı müharibə və qırğın törətmək kimi nümunələri
göstərmək olar. Bu halda qanuna, nizam-intizama olan ehtiyac aydın hiss olunur.
Qanun insanların üç əsas çətinliyini aradan qaldırır:
1)Qanun hər bir insanın cəmiyyət qarşısında, eləcə də cəmiyyətin hər bir insan
qarşısında vəzifəsini müəyyən edir. İstedadları çiçəkləndirərək səyləri bir-biri ilə
uyğunlaşdırır.
2)Qanun insanların öz vəzifələrinə əməl etmələri üçün lazım olan nəzarətin
yaranmasına yol açır.
3)Qanun insanların bir-birinin hüququna təcavüz etməsinin qarşısını alaraq hər cür
hərc-mərcliyin, çəkişmələrin baş verməsinə mane olur və lazım olduğu vaxt caniləri
münasib cəzaya məhkum edir.
|