Kim bu xüsusiyyətlərə malikdir?
İnsan qanun təyin edənlərin ən yaxşısı ola bilərmi? İndiyədək bir nəfər belə olsun,
insanı yaxşı tanıyıbmı? Əsrimizin böyük alimlərindən biri insan barədə geniş bir kitab
yazaraq həmin kitabı «İnsan- tanınmamış varlıq» adlandırmışdır.
İndiyədək insanın bütün meyl və istəkləri kəşf olunubmu?
Adi insanlar arasında cəmiyyətdən şəxsi mənfəət güdməyən bir şəxs tapa bilərsinizmi?
Allahdan başqa insanın cismani və ruhani ehtiyaclarını bilən varmı?
İnsanlar arasında səhv və nöqsanı olmayan, bəşərə lazımlı bir şəxs tanyırsınızmı?
Deməli, Allah və onun vəhyini qəbul edən şəxsdən (peyğəmbərdən) başqa, heç kim
qanunverici ola bilməz.
Bununla da belə nəticəyə gəlirik ki, insanları təkamül və səadətə qovuşmaq üçün xəlq
etmiş Allah onların hidayəti üçün bir sıra qanunlar və rəhbərlər təyin edərək insanlara
çatdırmalıdır.
Əgər camaat qanunun Allah tərəfindən olduğunu bilsə, şübhəsiz ki, xatircəmlik və
arxayınlıqla ona əməl edəcəkdir. Başqa sözlə desək, bu arxayınçılıq qanunun icra
olunacağını tam şəkildə təmin edir.
Dostları ilə paylaş: |