İfrat və təfritlər həmişə həqiqətlərin üzə çıxmasına mane olmuşlar. Möcüzə barədə də
bu sözü demək olar. Özlərini ziyalı adlandıran bəzi şəxslər ümumiyyətlə möcüzəni inkar
edir, bəziləri isə hər kiçik işi möcüzə adlandırırlar. Peyğəmbərlərin göstərdikləri elmi və
həqiqi möcüzələri ağlasığmaz əfsanələrlə qarışdırırlar. Möcüzələr bu cür mövhumatlardan
fərqlənməyincə onların əsl siması aşkar olmayacaq. Məhz buna görə də islamın böyük
42
alimləri möcüzə barədə söylənilmiş hədisləri bu cür mövhumatlardan, saxtakarlıqlardan
qoruyub saxlamağa cəhd etmiş və buna nail olmuşlar. Bu səbəbdən də «Rical» elmi ortaya
çıxmışdır. Beləliklə, səhih və düzgün hədislərlə yalan və zəif hədislər, həqiqətlə
mövhumatlar bir-birindən fərqlənmişdir.
Hal-hazırda zalım və istismarçı siyasi qüvvələr əsassız və dindən kənar olan etiqadları
dini və həqiqi əqidələrlə qarışdırmaq üçün əllərindən gələni edirlər. Biz isə düşmən
vəsvəsələrinə aldanmamalı , öz pak, müqəddəs dinimizi qoruyub saxlamalıyıq.
Dostları ilə paylaş: