Щязряти Айятуллащцл-Цзма


Möcüzə ilə qüdrətdən kənar və qeyri-adi başqa işlərin fərqi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə72/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Möcüzə ilə qüdrətdən kənar və qeyri-adi başqa işlərin fərqi

Bir çoxları deyirlər ki, mürtazlardan (yoqalardan) bir qismi qüdrət və adətdən kənar 

olan işləri həyata keçirirlər. Bu cür işləri öz gözləri ilə müşahidə etmiş insanlar da çoxdur. 

Bunlar heç də əfsanə deyildir, açıq-aşkar həqiqətdir. Burada belə bir sualla üzləşirik: bu cür 

işlərlə  peyğəmbərlərin  göstərdiyi  möcüzələrin  nə  fərqi  var?  Biz  onları  bir-birindən  necə 

ayırd edə bilərik?

Bu sualın müxtəlif cavabları var. Ən başlıcası isə aşağıdakı iki cavabdır:

1.Yoqaların  gördüyü  işlər  məhduddur.  Başqa  sözlə  desək,  onlar  heç  vaxt  camaatın 

onlardan istədiyi işləri görmürlər. Bu, onun məşq və səyi nəticəsində həyata keçirdiyi işdir. 

Onların  bu  cür  işlərinin  məhdud  olmasının  səbəbi  də  aydındır.  Çünki  bütün  insanların 

qüdrəti  məhduddur  və  onlar  yalnız  bir  neçə  işdə  məharət  göstərə  bilərlər.  Lakin 

peyğəmbərlərin  möcüzələri  məhdud  deyildir. Onlar lazım olduğu yerdə camaat  tərəfindən 

tələb  olunan  hər  bir  möcüzəni  göstərə  bilirdilər.  Səbəbi  də  budur  ki,  onlar  Allahın  sonsuz 

qüdrətindən  bəhrələnirlər,  Allah  qüdrətinin  isə  heç  bir  həddi-hüdudu  yoxdur.  İnsanın  öz 

elmi və qüdrəti həddən artıq məhduddur.

2.Bir yoqanın gördüyü işi başqa bir yoqa da görə bilər. Deməli o iş, bəşər qüdrətindən 

xaric  deyil.  Elə  buna  görə  də,  bir  yoqa  hər  hansı  işi  gördükdə  heç  vaxt  başqalarını 

mübarizəyə dəvət etmir. Bilir ki, onun kimi bu işi bacaranlar çoxdur. Peyğəmbərlər isə tam 

arxayınçılıqla  camaatı  mübarizəyə  dəvət  edərək  bu  cümləni  əllərində  şüar  tuturlar:  «Yer 

üzündəki bütün insanlar yığışsalar da, bizim gördüyümüz  işi görə bilməzlər».

Bu fərq möcüzə ilə sehrə də aiddir. Bəyan etdiyimiz bu iki cavab, bu iki fərq möcüzəni 

tamamilə sehrdən fərqləndirir. 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin