Щязряти Айятуллащцл-Цзма


Fikirləşin və cavab verin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə70/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Fikirləşin və cavab verin

1.Məsumluğun neçə budağı var?

2.Əgər peyğəmbərlər məsum olmasaydılar, nə olardı?

3.İsmət (məsumluq) məqamının həqiqəti nədir?

4.Dərsdə deyilən misallardan başqa bütün və ya bəzi insanların uzaq olduğu bir neçə 

günah saya bilərsinizmi?

5.Peyğəmbərlərin  məsumluğu  məcburidir,  yoxsa  öz  iradələri  ilə  qazanmışdır?  İsbat 

edin.


IV dərs

Peyğəmbərləri tanımağın ən gözəl yolu

Hər  peyğəmbərlik  iddiası  edən  şəxsin  iddiasını  qəbul  etmək,  yəqin  ki,  məntiqsiz  və 

ağıldan  kənar  bir  işdir.  Allah  tərəfindən  peyğəmbərlik  iddiası  edən  ola  bilər,  düz  desin, 

ehtimal da var ki, yalan desin, özünə məqam əldə etmək üçün belə iddiyaya əl ataraq özünü 

peyğəmbər  adlandırsın.  Buna  görə  də  peyğəmbərlərin  iddiasının  doğru  olub-olmadığını 

bilmək  üçün  bir  sıra  yol  və  qaydalar  olmalıdır.  Bu  qaydalar  vasitəsilə  biz  iddianın  doğru 




41

olub-  olmadığını  anlaya  bilərik.  Buna  nail  olmaq  üçün  bir  neçə  yol  var.  Bu  yollardan  ikisi 

daha çox əhəmiyyət daşıyır.

1.Peyğəmbərlik  iddiası  edən  şəxsin  iddiasını  lazımi  surətdə  araşdırmalı,  əsər  və 

nişanələrini aydınlaşdırmalıyıq.

2.Möcüzə və bəşər qüdrətindən xaric olan işlər.

İstərdik, əvvəl möcüzə haqqında bir az söhbət edək.

Bəzi insanlar, möcüzə sözünə təəccüblənir, onu əfsanə və ilə eyni səviyyədə tuturlar. 

Ancaq  möcüzə  sözünün  mənasına  elmi  nöqteyi-nəzərdən  diqqət  etdikdə  bu  təsəvvürlərin 

yanlış  olduğu  açıq-aşkar  görünür.  Möcüzə  qeyri  –mümkün  və  heç  bir  səbəbi  olmayan  iş 

deyil. Möcüzə elə bir işdir ki, onun həyata keçməsi adi insanların qüdrətindən kənardır və 

onu ancaq təbiətdən üstün olan bir qüvvəyə arxalanaraq həyata keçirmək olar. 

Beləliklə, möcüzə aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

A)Möcüzə mümkün və məqbul bir iş olmalıdır.

B)Adi  insanlar,  hətta  qeyri-adi  istedada  malik  olanlar  belə  onu  həyata  keçirməkdən 

aciz olmalıdırlar. 

V)Möcüzə göstərən şəxs başqalarını mübarizəyə dəvət etməlidir. Buna görə də, özünə 

son dərəcə arxayın olmalıdır.

Q)Heç  kim  onun  kimi  bir  iş  həyata  keçirə  bilməməlidir.  Möcüzənin  adından  məlum 

olduğu kimi, bütün insanlar onu həyata keçirməkdən aciz olmalıdırlar.

D)Möcüzə  həmişə  nübüvvət,  yaxud  imamət  iddiası  ilə  yanaşı  olmalıdır.  (Deməli,  bəzi 

qeyri-peyğəmbər  və  imamların  etdiyi  və  bəşər  qüdrətindən  xaric  olan  işlər  möcüzə  deyil.  

Bu  cür  işlər  «kəramət»  adlanır.  Öldükdən  sonra  bir  daha  həyata  qayıtmağın  mümkün 

olmadığı  barədə  insan  övladı  indiyədək  elmi  və  əqli  bir  sübutu  əldə  edibmi?  Yaxud 

həkimlərin indiyədək əlac tapa bilmədikləri xərçəng xəstəliyinin əlacsız olmasına dair elmi 

və əqli bir nəzəriyyə irəli sürülübmü?

Şübhəsiz ki, insan hazırda əlində olduğu qüvvə ilə ölünü diritməyə və ya xərçəng kimi 

bəzi  xəstəlikləri  sağaltmağa  qadir  deyil.  Dünyanın  bütün  həkimləri  yığılıb  gəlsə  də,  yenə 

bunlara  əlac  tapa  bilməz.  Ancaq  kimsə  ilahi  qüvvə  ilə  və  Allahın  sonsuz  elmindən 

bəhrələnərək ölmüş bir şəxsin ruhunu bədəninə qaytarırsa və çarəsiz xəstələrə şəfa edirsə, 

bunda nə eyib var?

Elm  deyir:  Mən  bilmirəm,  bacarmıram.  Elm  demir  ki,  hər  hansı  bir  iş   heç  vaxt  bu  iş 

mümkün deyil, baş tutmaz, ola bilməz.

Başqa bir misal:

Kosmik  gəmidən  istifadə  etmədən  ay  səthinə  enmək  mümkün  deyil.  Ancaq  bizim 

qüdrətimizdən qat-qat üstün olan bir qüdrətin köməyi ilə, heç bir fəza gəmisindən istifadə 

etmədən  bir  nəfər  ay  səthinə  enirsə,  yaxud  başqa  planetlərə  səfər  edirsə,  burada  nə  eyib 

var?


Əgər  bir  şəxs  həqiqətən  bu  cür  işlər  görürsə,  eyni  zamanda  peyğəmbərlik  iddiası 

edərək  başqalarını  möcüzələri  qarşısında  mübarizəyə  dəvət  edirsə,  insanlar  da  onun  bu 

işləri qarşısında aciz qalırsa, onda bilirik   ki, doğrudan da, o, Allah tərəfindən göndərilmiş 

bir  peyğəmbərdir.  Ola  bilməz  ki,  Allah  bu  cür  işləri  yalançı  bir  şəxsin  ixtiyarın  verərək 

camaatı yoldan azdırsın. (Diqqət edin).


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin