Щязряти Айятуллащцл-Цзма


Fikirləşin və cavab verin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə78/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Fikirləşin və cavab verin

1.Nəyə görə Qurani-Kərim İslam peyğəmbərinin ən böyük və ən üstün möcüzəsidir?

2.Quran insanları möcüzəyə necə dəvət edir?

3.Quranın düşmənləri onu nə üçün sehr adlandırmışlar?

4.Nə üçün Quran indiki məsihiliyin ən əsas rəqibidir?

5.Vəlid ibn Muğəyrənin başına gələnləri danışın.



VI dərs

Quranın ecazkarlığına açılmış pəncərə.

Nə üçün müqəttəə hərfləri?

Bildiyimiz  kimi,  Quranın  bir  çox  surələri  müqəttə  hərfləri  ilə  başlamışdır.  Buna  aid 

«Əlif-lam-mim»,  «Əlif-lam-mim-ra»,  «Yasin»  və  digər  ayələri  nümunə  göstərmək  olar.  Bəzi 

rəvayətlərə əsasən, bu müqəttəə hərflərinin ehtimal olunan məna açılışlarından biri budur 

ki,  Allah  bu  böyük  möcüzənin,  yəni  Quranın  sadəcəolaraq  «əlifba»  hərflərindən  təşəkkül 



45

tapdığı  bildirmək  istəyir.  Görün,  bu  əzəmətli  kəlamlar  necə  hərf  və  sözlərdən  təşkil 

olunmuşdur  ki,  kiçik  yaşlı  uşaqlar  da  onu  oxumağa  qadirdilər.  Doğrudan  da,  bunun  özü 

böyük bir möcüzədir.

Burada  bir  sual  yaranır:  Quran  hansı  nöqteyi-nəzərdən  möcüzə  hesab  olunur?  Təkcə 

fəsahət, balağət cəhətlərindənmi möcüzədir? Başqa sözlə, onun möcüzə olması yalnız şirin, 

mənalı və nüfuzlu ifadələrinəmi görədir, yoxsa, başqa cəhətlərə görə də möcüzədir?

Həqiqət  budur  ki,  Qurana  hər  dəfə  müxtəlif  aspektlərdən  nəzər  yetirdikdə  onun 

müxtəlif möcüzələri aşkar olur. Məsələn: 

1.Onun fəsahət və bəlağəti. Onda olan şirin, hər şeyi əhatə edən, mənalı, dəyərli və çox 

cazibəli mənaların hamısı başdan-ayağa möcüzədir.

2.O, (Quran) hər baxışdan gözəl şeyləri, xüsusən, mövhumat və cəfəngiyyatdan kənar 

olan dini əqidəni əhatə etmişdir.

3.Onun  elmi  möcüzələri.  Yəni,  Quran  o  vaxtadək  insanlar  üçün  məlum  olmayan  elmi 

məsələləri izah etmişdir.

4.Quranın  qeybdən  verdiyi  xəbərlər.  O  vaxt  hələ  baş  verməmiş  bir  neçə  hadisə  daha 

sonra açıq-aşkar baş vermişdir.

5.Ayələrin  bir-biri  ilə  heç  bir  ziddiyyət  yaratmaması  və  mənaların  bir-biri  ilə  tam 

uyğunluğu, həmçinin bir çox başqa möcüzələr.

Bu beş mövzu barədə bəhs həddən artıq çoxdur. Biz isə bir neçə dərsdə bunların əsas 

məzmununu araşdıracağıq.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin