qorxun!» (Bəqərə, 24).
Quranın insanları (müşrikləri) ardıcıl olaraq mübarizəyə dəvət etməsindən məlum
olur ki, peyğəmbərin öz möcüzələri arasında ən çox arxalandığı «Quran» möcüzəsi
olmuşdur. Ancaq o Həzrətin digər möcüzələri də olmuşdur. Bu möcüzələri tarix
kitablarından oxuya bilərsiniz.
Quran əbədi və hal-hazırda hamının gözü qarşısında olan bir möcüzə olduğuna görə
biz ən çox bu barədə danışacağıq.
İnsanlar bu mübarizədə necə aciz qaldılar?
Təəcüblü və maraq doğuran odur ki, Quran müxalif qüvvələri mübarizəyə dəvət etmək
üçün son dərəcə fəsahət və bəlağətdən istifadə etmiş, xəbərdar edici sözlər işlətmişdir.
Beləliklə də, heç kim üçün bəhanə yeri qalmır. «Əgər doğru deyirsinizsə...», «dünyada
olanların hamısını köməyə çağırsanız da...», «əgər inanmasanız, yandırıcı od sizin
intizarınızdadır» kimi ifadələr bu həqiqəti vurğulayır. Bütün bunlardan başqa, peyğəmbərin
müxaliflərlə mübarizəsi də sadə mübarizə deyildi. Çünki İslam onların qəlbən əqidə
bağladıqları məzhəbi (bütpərəstliyi) yox etməklə yanaşı, onların iqtisadi, siyasi
mənfəətlərinə, hətta vücudlarına belə xətər yetirmişdi. Başqa sözlə desək, islamın nüfuz
qazanması onların bütün həyatını alt-üst etmişdi. Buna görə də, çarəsiz qalıb onunla
mübarizəyə qoşulmuşdular. Onlar peyğəmbərin qarşısını alıb, təbliğatına mane olmaq üçün
nəyin bahasına olursa, olsun, Quran ayələrinə bənzər ayələr gətirmək məcburiyyətində
qalmışdılar. Onlar bu cür ayələr gətirməklə qarşılarındakı müsəlmanları aciz buraxmaq və
özlərinə haqq qazandırmaq istəyirdilər. Onlar bu işdə ərəblərin ən fəsahətli və bəlağətli
şəxslərindən istifadə edirdilər. Lakin hər dəfə Quranla mübarizəyə əl atdıqda məğlubiyyətlə
üzləşir, dərhal geri çəkilirdilər. Bu barədə ətraflı məlumatı tarix kitablarından əldə edə
bilərsiniz.
Dostları ilə paylaş: |