gözəl və zinətli, batini isə çox dərindir. Onda olan maraqlı və heyrətamiz məsələlər
köhnəlməz.»
Quran məktəbinin böyük şagirdi olan Əmirəl-möminin Həzrət Əli(ə) da Nəchül-
bəlağədə bu barədə belə buyurur: «Qəlbin baharı Qurandadır. Elm çeşmələri Qurandan
qaynayır. Qəlbi təmizləmək üçün Qurandan yaxşı heç bir şey yoxdur».
Fikirləşin və cavab verin
1.Qurandakı müqəttəə hərflərinin məna açılışı nədir?
2.Quran təkcə bir nöqteyi-nəzərdən möcüzədir, yoxsa müxtəlif cəhətlərdən?
3.Nəyə görə müşriklər peyğəmbəri sehrbaz adlandırmışlar?
4.Fəsahətlə bəlağətin fərqi nədir?
5. «Yeddi müəlləqə» hansı dövrə aiddir? Onların mənası nə idi?
Dostları ilə paylaş: |