Щязряти Айятуллащцл-Цзма


VIII dərs Məcburiyyətlə ixtiyar arasında olan hədd nədir?



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə49/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

VIII dərs

Məcburiyyətlə ixtiyar arasında olan hədd nədir?

(Vasitə nəzəriyyəsi.)

1)Məcburiyyətin qarşılığı olan nəzəriyyə .




30

Məcburiyyət  nəzəriyyəsinin  müqabilində  «təfviz»  adlanan  bir  nəzəriyyə  vardır.  Bu 

əqidədə  olanlar  deyirlər  ki,  Allah  insanı  yaratdıqdan  sonra  onu  tam  şəkildə  azad 

buraxmışdır. Beləliklə də, insan bütün işlərində tam azaddır və Allah onun işlərində heç bir 

rol  oynamır.  Şübhəsiz  ki,  bu  nəzəriyyə  də  tövhidlə  uyğun  gəlmir.  Çünki  tövhid  bizlərə 

öyrədib  ki,  aləm  Allahın  mülküdür,  heç  bir  şey  onun  hakimiyyətindən  kənar  deyil.  Hətta 

insan iradəsinin azad olduğuna baxmayaraq, eyni zamanda, insanların bütün əməlləri onun 

qüdrət  və  hakimiyyət  çərçivəsindədir.  Əgər  belə  olmasa,  onda  Allaha  şərik  qoşmuş  olarıq. 

Daha aydın desək, biri bütün yeri-göyü xəlq etmiş böyük Allah, digəri isə kiçik Allah. Brinci 

Allah  insanın  işlərində  rol  oynamadığına  görə,  biz  müstəqil,  azad,  iradəsi  öz  əlində  olan 

insanı ikinci Allah kimi təsəvvür etmiş olarıq.  

Bu şirkdir. (Allaha şərik qoşmaq deməkdir.) Bu ikiallahlığa əqidə bağlamaq deməkdir. 

Məsələ burasındadır ki, biz elə etməliyik ki, həm insanı azad bilək, həm də Allahın ona və 

onun rəftarına hakimiyyət etdiyini təsdiqləyək.

2)  «Vasitə»  nəzəriyyəsi:  Məcburiyyət  nəzəriyyəsi  ilə  təfviz,  yəni  tam  azadlıq 

nəzəriyyəsi arasında olan hədd «vasitə» həddi, vasitə nəzəriyyəsi adlanır.

Əsas məsələ budur ki, biz bu iki məsələ arasında, yəni insan iradəsinin azadlığı və eyni 

zamanda Allahın insanın əməllərinə hakimiyyət etməsi arasında zidiyyət təsəvvür etməliyik. 

Əsas məsələ budur ki, biz həm tam şəkildə Allahın ədalətini və insan iradəsinin azadlığını, 

həm  də  Allahın  bütün  aləmə,  kainata,  hətta  insanın  əməllərinə  hakimiyyət  etdiyini  qəbul 

edək. Bu məsələni üsuliddində vasitə «nəzəriyyəsi» adlandırırlar. (Yəni, məcburiyyət və tam 

azadlıq  nəzəriyyələri  arasındakı  hədd.  Yəni,  insan  öz  əməllərində  məcbur  deyil,  lakin  tam 

şəkildə azad da deyil. Allahın da onun rəftarında rolu və hakimiyyəti var.)

Bu bəhs bir az qarışıq və çətin olduğu üçün, onu sadə bir misalla açıqlayırıq.

Təsəvvür  edin  ki,  siz  trolleybus  sükanının  arxasında  əyləşib  maşını  idarə  edirsiniz. 

Əgər  elektrik  cərayanı  bir  anlıq  kəsilsə,  trolleybus  dərhal  hərəkətindən  qalacaq.  Elektrik 

olan  zaman  siz  azadsınız:  istədiyiniz  yerdə  maşını  saxlaya  bilərsiniz,  istədiyiniz  qədər 

dayana bilərsiniz, hansı sürətlə istəsəniz, hərəkət edə bilərsiniz. Lakin sizin bu azadlığınıza 

baxmayaraq  elektrik  cərayanına  nəzarət  edən  şəxs  istədiyi  vaxt  sizi  hərəkətdən  saxlaya 

bilər. Çünki trolleybusun bütün hərəkətləri elektrikdən asılıdır.

Bu misala diqqət etdikdə sürücünün azad, ixtiyar sahibi olduğu ilə yanaşı onun başqa 

bir  şəxsdən  asılı  olduğunu  da  anlayırıq.  Bu  iki  işin  bir-biri  ilə  heç  bir  ziddiyyət  və  ixtilafı 

yoxdur.

Başqa bir misal:

Təsəvvür  edin  ki,  bir  nəfərin  əli  xəstəlik  və  ya  gözlənilməz  bir  hadisə  nəticəsində 

keyimiş  və  daha  hərəkət  etməyə  qüdrəti  qalmamışdır.  Lakin  əgər  ona  elektrik  cihaz  ilə 

kömək etsələr, əli hərəkətə gələr. Onun əlini elektrikin köməyi ilə hərəkətə gətirdikdə əgər 

həmin şəxs bu anda bir cinayət törətsə, məsələn, bir nəfəri bıçaqla vursa, şübhəsiz bu şəxs 

törətdiyi cinayətə görə məsuliyyət daşımalıdır. Cünki o anda onun həm qüdrəti olub, həm də 

ixtiyarı  öz  əlində  idi.  Azad  şəxs  də  gördüyü  işlər  müqabilində  məsuliyyət  daşıyır.  Buna 

baxmayaraq, həmin şəxsə qüdrət verən, əlini hərəkətə gətirən elektrikdir.

İndi isə öz bəhsimizə qayıdaq.

Allah bizə qüdrət, qüvvət vermiş, huş, ağıl, düşüncə bəxş etmişdir. Bunlar hər an Allah 

tərəfindən bizə verilir və arası kəsilmir. Əgər onun lütf və mərhəməti bir an bizdən kəsilsə, 

məhv  olarıq.  Əgər  biz  bir  iş  görürüksə,  onun  bizə  bəxş  etdiyi  qüdrətlə  görürük.  Hətta 

azadlığımız  da  bizə  onun  tərəfindən  verilib.  Yəni,  o  bizim  azad  olmağımızı  və  bu  yolla 

təkamülə yetişəcəyimizi istəmişdir.

Buna  əsasən,  biz  iradəmizin  azad  və  muxtar  olması  ilə  yanaşı  Allahın  ixtiyarındayıq. 

Biz  özümüz  qüdrət  sahibi  olmağımıza  baxmayaraq,  yenə  də  ona  tabeyik.  Onsuz  biz  puç 

olarıq.  Bu  əqidə,  bu  nəzəriyyə  yaxud  «vasitə»  nəzəriyyəsi  adlanır.  Yəni,  nə  bir  bəndəni 




31

Allaha  tay  və  şərik  qərar  veririk,  nə  də  bəndələri  öz  əməllərində  məcbur  bilirik.  (Diqqət 

edin.)

Şiə  imamlarından  «məcburiyət  və  «azadlıq»  nəzəriyyələri  arasında  başqa  bir  hədd 



varmı» deyə soruşduqda buyururlar ki, bəli! Bu iki nəzəriyyə arasında başqa bir hədd vardır 

ki, onların yerdən göyəcən fərqləri var.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin