Щязряти Айятуллащцл-Цзма


)Din və məzhəb məcburiyyətlə ziddir



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə47/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

2)Din və məzhəb məcburiyyətlə ziddir:

Yuxarıda deyilənlərin hamısı «məcburiyyət» nəzəriyyəsinin insanların vicdanı ilə zidd 

olmasına aid idi. Burada insanların dindar, məzhəb əhli, yaxud dinsiz və heç bir dinə xidmət 

etməyən olmasın heç bir fərqi yoxdur.

Məcburiyyət  nəzəriyyəsi vicdanla  olduğu kimi, din və məzhəblə də müxalif  və ziddir. 

Din və məzhəb təfəkkürü də məcburiyyət nəzəriyyəsinin batil və səhv olduğuna dair digər 

qanedici sübutlar ortaya qoyur. Din və məzhəb təfəkkürü heç vaxt məcburiyyət nəzəriyyəsi 

ilə  uyğun  gələ  bilməz.  Əgər  bu  nəzəriyyə  qəbul  edilərsə,  onda  dinin  əsasları,  proqramları 

çətinliklə  üzləşər.  Allahın   keçən  dərslərdə  sübuta  yetirilmiş  ədaləti  ilə  məcburiyyət 

nəzəriyyəsi necə uyğun gələ bilər? Necə ola bilər ki, Allahın bir nəfəri filan pis işi görməyə 

vadar və məcbur edə, sonra da həmin işə görə onu cəzalandıra? (Bu Allahın ədaləti ilə düz 

gəlirmi?) Bu iş heç bir məntiqlə uyğun gəlmir. Əgər məcburiyyət nəzəriyyəsini qəbul etsək, 

onda savab, günah, cənnət və cəhənnəmin hamısı mənasız və hədəfsiz olacaqdır. Həmçinin, 

əməl  dəftəri,  qiyamət  gününün  hesab  kitabı,  Quran  ayələrində  günahkarlara  vəd  olunmuş 

əzab və eləcə də möminlərə verilmiş müjdələr öz mənasını itirəcəkdir. Çünki bu nəzəriyyəyə 

əsasən, nə bir nəfər möminin özündən bir şey asılıdır, nə də bir günahkar və kafirin əlindən 

bir  iş  gələr.  Bunlardan  əlavə,  biz  din  və  məzhəbin  ilkin  mərhələlərində  «məsuliyyət»lə 

üzləşirik.  Hər  bir  insanın  din  qarşısında  məsuliyyət  daşıdığını  görürük.  Əgər  insanlar  öz 

iradələrində azad və muxtar (ixtiyar sahibi) olmasalar, onda məsuliyyətin nə mənası olar? 

Əli  özündən  ixtiyarsız  əsən  şəxsə  «əlini  tərpətmə»  deyə  bilərikmi?  Yaxud  enişdən  aşağı 

gələn və özünü saxlaya bilməyən insana «dayan» deyə bilərikmi? Məhz buna görə də əmirəl-

möminin Həzrət Əli (ə) hədislərinin birində buyurur ki, məcburiyyət əqidəsi bütpərəstlərin 

və şeytan hizbinin (partiyasının) əqidəsidir.

Həzrət  Əli  (ə)-ın  hədisinin  ibarəsi  belədir  «Bu  əqidə  bütpərəstlərin,  Allah 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin