V)İctimai səbəblər
Bir qrup insanlar azad olmaq və ürəkləri istəyən günahları etmək istəyirlər. Bununla
yanaşı, özlərini günahkar adlandırmaq da istəmirlər. Bu arzularını həyata keçirmək üçün
«məcburiyyət» nəzəriyyəsinə əqidə bağlayırlar. Bununla da gördükləri günahlar üçün
bəhanə gətirirlər. Məlumdur ki, bunların hamısı yalan və yanlışdır. Hətta bu əqidədə olan
insanların özləri də bu üzrlərin əsassız olduğunu bildirirlər. Lakin nəfsləri onlara həqiqəti
etiraf etməyə imkan vermir. Buna görə də, cəmiyyətin əqidəsini sağlam və düzgün
yetişdirmək üçün bu cür əqidələrlə mübarizə aparmaq lazımdır.
Dostları ilə paylaş: |