Щязряти Айятуллащцл-Цзма


«Məcburiyyət»ə əqidə bağlayanların ən əsas səhvi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə42/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

2.«Məcburiyyət»ə əqidə bağlayanların ən əsas səhvi.

Bu  əqidədə  olanlar  bir  şeyi  nəzərə  almır  və  ondan  xəbərsiz  qalırlar.  Bu,  haqqında 

danışdığımız   «məcburiyyət və ixtiyar» məsələsinin «nöqsanlı səbəblər» bəhsinə yox, «tam 

və kamil səbəblər» bəhsinə aid olmasıdır. Başqa sözlə desək, heç kəs mühitin, mədəniyyətin, 

iqtisadi  səbəblərin  insanın  düşüncə,  əqidə  və  rəftarına  təsir  etdiyini  inkar  etmir.  Söhbət 

bundadır  ki,  bunlarla  yanaşı  yenə  də  son  plan  və  son  qərar  insanın  öz  əlindədir  və  o,  öz 

işində  azaddır.  Çünki  bütün  insanlar  anlayırlar  ki,  hətta  fəsadla  dolu  olan  bir  mühitdə  də 

insan yolunu azmaqda məcbur deyil. Belə bir mühitdə də insan özünü qoruyub saxlaya bilər.

Buna görə də, gərək məcburiyyət nəzəriyyəsinə əqidə bağlayanların məcburiyyət üçün 

sadaladıqları  bir  sıra  səbəbləri  (mühit,  iqtisadi  vəziyyət  və  s.)  «tam  və  kamil  səbəblər» 

bəhsindən ayıraq.

Elə  bu  səbəbdən  bəzi  insanlar  asayiş,  rahatlıq  içərisində  və  iqtisadi  vəziyyəti  yüksək 

səviyyədə olan ailədə böyüsələr də, digər ailə üzvlərindən fərqlənirlər. Ailədə olan ictimai 

xronikaya  müxalif  olmurlar.  Hətta  bəzən  belə  gedişata  qarşı  çıxıb  çevriliş  aparırlar.  Əgər 

mühit, mədəniyyət, təbliğat bütün insanlara tam şəkildə təsir edirsə, onda dünyada heç bir 

inqilab həyata keçməməlidir. İnsanlar yaşadıqları mühit çətin də olsa, keçinməli və yeni bir 

mühit icad etməməlidirlər.

Bunlardan  məlum  olur  ki,  yuxarıda  məcburiyyət  üçün  deyilən  səbəblərin  heç  bir 

insanın taleyini həll etmir. Bu səbəblər insanda yalnız təsir qoyur. İnsanın taleyini həll edən 

ancaq onun öz iradə və qərarıdır.

Bu  məsələni  qızmar  yay  günlərində  qərara  gəlib  Allahın  əmri  ilə  oruc  tutmağa 

bənzətmək  olar.  Bu  vaxt  bütün  əzalarımız  su  tələb  edir,  lakin  biz  Allahın  əmrini  yerinə 

yetirmək  məqsədi  ilə  bunların  hamısına  göz  yumub  su  içmirik.  Ola  bilər,  kimsə  Allahın 

əmrindən  kənara  çıxaraq  oruc  tutmasın.  

(Deməli,  bunların  hamısı  insanın  öz 

ixtiyarındadır.)

Belə nəticəyə gəlirik ki, yuxarıdakı səbəblərdən fərqli olaraq insanın taleyini həll edən 

insanın öz iradə və qərarıdır.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin