«Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin (onlar) özləri özlərinə zülm
edərlər.» (Yunis,44.)
Bununla da «ziyan və çətinliklərin fəlsəfəsi» bəhsinə son qoyuruq. Düzdür, bu barədə
daha da ətraflı söhbət etmək olar, lakin bu kitabın və bəhsin həcminə görə bu qədər kifayət
edər.
Fikirləşin və cavab verin
1.Nə ücün «ziyan və çətinliklərin fəlsəfəsi»ni üç dərsdə davam etdiririk?
2.Həyatın eyni bir səviyyədə sürməsinin nə kimi pis təsiri var? Rifah içində yaşayan
insanların həyatlarından şikayətləndiklərini görmüsünüzmü?
3.Təbiətdəki zülmət və (qaranlıq) və nur (işıq) barədə nə bilirsiniz?
4.Həyatda baş verən bəla və müsibətlər hamısı Allah və ya təbiət tərəfindədir, yoxsa
insanların da bu işdə rolu var?
5.İctimai çətinlikləri aradan qaldırmaq üçün düzgün bir yol varmı? Bizim məzlumlar
qarşısında vəzifəmiz nədir?
Dostları ilə paylaş: |