Щязряти Айятуллащцл-Цзма


)İnsanların özlərinin yaratdıqları çətinliklər



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə38/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

6)İnsanların özlərinin yaratdıqları çətinliklər

Bu  bəhsdə  diqqəti  cəlb  edən  sonuncu  məsələ  budur  ki,  insanların  çoxu  bəzən 

xoşagəlməz  hadisələrin  səbəbini  araşdırdıqda  səhvə  düçar  olurlar.  Zalım  insanların 

törətdiyi  zülmləri  Allahın  boynuna  qoyaraq  onu  ədalətsiz  sanırlar.  Yaxud  bəşəriyyətin 

proqramsız  və  nizamsız  gördüyü  işləri  təbiətin  boynuna  ataraq  təbiəti  nizamsız  hesab 

edirlər. Məsələn, deyirlər ki, nə üçün zəlzələ olduqda şəhərdəkilər az, kəndlilər isə çox ziyan 

görürlər.  Bu  iş  hansı  ədalət  əsasındadır?  Əgər  bəla  gəlirsə,  nə  üçün  insanlar  arasında 

bərabər  bölünmür?  Və  ya  deyirlər,  nə  üçün  bütün  bəlalar,  və  çətinliklər  məzlumların  və 

fəqirlərin  başına  gəlir?  Yaxud  deyirlər  ki,  ümumi  xəstəliklər  camaat  arasına  yayıldıqda 

kasıblar və fəqirlər hamıdan çox həlak olurlar.

Bu  qism  insanlar  xəbərsizdirlər  ki,  bunların  heç  biri  Allahın  ədalətinə  və  təbiətə  aid 

deyildir.  Bu  cür  işlər  insanların  bir-birinə  etdikləri  zülm  nəticəsində  meydana  çıxır.  Əgər 

kəndlilər də şəhərlilər kimi özlərinə möhkəm evlər, binalar tiksələr, zəlzələ zamanı onlar da 

şəhərlilər kimi az ziyan çəkərlər. (Təəssüflər olsun ki, belə deyil.) Ancaq kəndlilər özlərinə 

azacıq palçıqdan, daşdan, torpaqdan, taxtadan ev tikdikdə, əlbəttə ki, zəlzələ zamanı çoxlu 

tələfat olmalıdır. Bu cür ev möhkəm bir küləyin əsməsi və ya 1-2 bal zəlzələnin nəticəsində 

də uçulub dağıla bilər. Bunlar heç də Allahın ədalətinə aid deyildir.

Birinin  sarayda,  digərinin  isə  koma  və  daxmada  yaşaması  Allahın  ədalətinə  aid 

olmayan şeydir. Bu sualları Allahın ədalətinə aid edərək ona yox, bəşəriyyətin qurduğu səhv 

proqlamlara  irad  tutmaq  lazımdır.  Bunun  üçün  calışmalıyıq  ki,  insanların  bu  cür 

ədalətsizliyinə son qoyulsun. Yoxsulluğu aradan qaldırmaq, məzlumların köməyinə yetişib, 

onların haqqını özlərinə qaytarmaq lazımdır. Əgər bunlar həyata keçsə, şübhəsiz, bu iradlar 

da yox olub gedəcək.

Əgər  insanların  hamısının  yeməyi,  müalicəsi  bir  olsa,  ümumi  xəstəliklər  qarşısında 

hamı  bir  dərəcədə  olar.  Lakin  bir  qismin  maddi  imkanı  yüksək  səviyyədə  olsa,  (və 

heyvanlarına da xüsusi həkimlər nəzarət etsə), ancaq başqa bir qismin hətta xəstə körpəsini  

müalicə etməyə imkanı olmasa, əlbəttə ki, bu cür ədalətsizliklər baş verəcək. Bu cür hallar 

cəmiyyətdə həddən artıq çoxdur və bunların hamısı insanların ədalətsizliyinə aiddir.

Belə  hallarda  Allahın  ədalətinə  irad  tutmaqdansa,  özümüzə  irad  tutmalı  və  özümüzü 

islah etməliyik.

Zalıma deyilməlidir ki, zülm etmə!

Məzluma deyilməlidir ki, zülmə qarşı sakit oturma!

İnsanların hamısına (istər şəhərli, istər kəndli, istər kasıb, istərsə də varlı olsun) eyni 

səviyyədə  yemək,  dərman  preparatları  çatdırılmalı,  təlim-tərbiyə,  mədəniyyət 

öyrədilməlidir.

Bir sözlə, öz günahımızı Allahın və təbiətin boynuna qoymamalıyıq.




26

Allah  bizi  bu  cür  yaşamağa  nə  vaxt  məcbur  etmişdir?  Allah  bu  cür  quruluşu  bizlərə 

harada tövsiyə etmişdir? O, bizi azad buraxmışdır. Ona görə ki, azadlıq kamillik və təkamül 

rəmzidir. İnsanlar isə, öz azadlıqlardan pis və mənfi istifadə edərək bir-birinə zülm edirlər. 

Bu  zülm  də  cəmiyyətdə  pis  və  xoşagəlməz  fəsadlara  səbəb  olur.  Təəssüf  ki,  insanların 

əksəriyyəti  bu  səhvə  düçar  olmuşdur.  Tarixdə  də  bu  cür  nümunələrə   rast  gəlirik.  Bu 

məsələni Quran qısa, lakin həddən artıq mənalı bir ayə ilə açıqlamışır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin