Ötən dərslərdə dedik ki, insanın hər bir üzvünün məqsəd və qayəsi vardır. Gözün,
qulağın, ürəyin, beynin və digər bədən üzvlərinin hər birinin özünə məxsus vəzifəsi vardır.
Heç biri məqsədsiz xəlq olmayıb.
Əgər insanın tək-tək bədən üzvlərinin, hətta barmaq izlərinin məqsədi varsa, necə ola
bilər ki, insanın bütün vücudu qayəsiz və yaranışı fəlsəfəsiz olsun? Elə ötən dərslərdə bu
qayənin nə olduğunu söyləmişdik. Bu qayə insanın hər bir cəhətdən kamilliyə və kamala
çatmasıdır. Yəqin ki, bu kamilliyə çatmaq üçün insanın bir sıra təlim-tərbiyə proqlamlarına
ehtiyacı var. Məhz bu səbəbdən Allah-Təala insanın fitrətində yaratdığı tövhiddən əlavə 124
24
min peyğəmbər və bir neçə səmavi kitab göndərmişdir. Şübhəsiz ki, bunları göndərməkdə
məqsəd yalnız insanlara təkamül yolunda rəhbərlik etməkdir.
Eyni zamanda, insan bu məqsədə yetişmə və kamilləşmə müddətində törətdiyi
günahların nəticəsini, əzabını görməli, Allahın fərmanından kənar hərəkət etdiyi üçün
həyatda bir sıra çətinliklərlə üzləşməlidir. Bu vasitə ilə insan törətdiyi günahın nəticə və
aqibəti ilə tanış olaraq Allaha tərəf qayıdır. Bu cür bəla, müsibət və çətinliklər isə həqiqətdə
Allah tərəfindən göndərilmiş bir nemətdir.
Quran bu məsələni öz məntiqilə bəyan etmişdir: «İnsanların öz əlləri ilə etdikləri pis
Dostları ilə paylaş: