(İsra, 85.)
Bu cür az və cüzi elmlə dünyanın hadisələri barədə hökm verməyə tələsmək olmaz.
2)Xoşa gəlməz hadisələr və xəbərdarlıqlar
Bir çox insan nemətin içində olduğu halda qürur, təkəbbür və özünüsevərlik onu basır.
Bu zaman çox mühüm məsələlər və vəzifələri onun yadından çıxır. Həmçinin, insanın
güzaranı yaxşı , rahat keçdikdə qəflət yuxusu onu yaxalayır. Əgər bu hal axıradək davam
etsə, insanın bədbəxtçiliyi (mənəvi bədbəxtçiliyi) ilə nəticələnər.
Şübhəsiz ki, insan həyatında baş verən bir çox xoşa gəlməz hadisə insanı bu cür qəflət
yuxusundan ayıltmaqdan ötəridir.
Yəqin ki, eşitmisiniz, təcrübəli sürücülər həmişə düz, eniş-yoxuşu və döngəsi olmayan
şosselərdən şikayət edir, bu yolların xətərli olduğunu bildirirlər. Çünki yolun bu şəkildə
olması sürücünü yuxu və ya mürgü vəziyyətinə salır. Bəzi ölkələrdə təhlükənin qarşısını
almaq üçün bu cür şoselərdə süni eniş-yoxuş düzəldirlər.
İnsan həyatı da eynilə bu cürdür. Əgər insan öz həyatında xoşa gəlməz hadisələrlə,
çətinliklərlə üzləşməsə, qəflət yuxusu insanı yaxalayar, Allah, bütün vəzifə və məsuliyyətlər
insanın yadından çıxar.
Əlbəttə, insanın özünü bu çətinliklərə doğru aparması da düzgün deyil. Xeyr, bu lazım
deyil. Onsuz da, çətinliklər həmişə insanlar üçün mövcuddur. Burada məqsəd insanın bu
hadisələrin səbəb və fəlsəfəsini bilməsidir. Xoşagəlməz hadisələrin, çətinliklərin fəlsəfəsi
budur ki, Allah bu işlərin vasitəsi ilə insanı qürur və təkəbbürdən kənara çəkir, onu səadəti
ilə düşmən olan qəflət yuxusundan oyadır. Xatırladaq ki, bu, çətinliklərin, xoşa gəlməz
hadisələrin yalnız bir hissəsidir. Bundan başqa fəlsəfə və səbəblər var. Gələn dərslərdə bu
barədə söhbət edəcəyik. (İnşaallah.)
Qurani-Məcid insana üz vermiş fəlakətlər barədə belə buyurur: «Onları müsibət və
Dostları ilə paylaş: |