3.Quran və Allahın ədaləti
Diqqəti cəlb edən məsələ budur ki, Quranda da Allahın ədaləti barədə çoxlu ayələr
gəlmiş və bu məsələ çox gözəl surətdə bəyan olunmuşdur.
Bir ayə belə buyurur: «Doğrudan da, Allah insanlara zərrəcə zülm etməz, lakin
insanlar özləri özlərinə zülm edərlər.» (Yunis, 44). Başqa bir ayədə oxuyuruq: «Doğrudan
da, Allah (heç kəsə) zərrə qədər belə zülm etməz (Nisa,40). Qiyamətdə sorğu-sualın da
ədalətlə keçirələcəyi barədə deyilir: «Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç
kəsə əsla haqsızlıq və zülm edilməz» (Ənbiya, 47). (Xatırladaq ki, sonuncu ayədə deyilən
tərəzi insanın yaxşı və pis əməllərini ölçən tərəzidir və bu dünyanın tərəziləri kimi adi
tərəzi deyildir.)
4.Ədalətə dəvət
Bundan öncə dedik ki, insan gərək, Allahın sifətlərini özünə nümunə və örnək etsin.
Bununla da Allahın sifətləri cəmiyyətdə icra olunsun. Buna əsasən, Quran Allahın ədalətinə
işarə etdiyi qədər cəmiyyətdə və insanların hər bir fərdi tərəfindən də ədalətin icra
olunmasına böyük əhəmiyyət verir. Quran bir çox ayədə insanların və keçmiş nəsillərin
azğınlığının əsas səbəbini zülm olaraq göstərmişdir və onları ən acınacaqlı əzaba düçar
olmuş insanlar hesab etmişdir.
Qurani-Kərim keçmiş nəsillərin başına gələnləri bəyan etməklə zülm və fəsadın
nəticəsində keçmiş nəsilləri Allah əzabına düçar olduğunu deyir və insanları xəbərdar edir-
qorxun ki, siz də zülmün nəticəsində belə bir əzaba düçar olasınız.
Quran açıq-aşkar və ümumi bir qayda-qanun kimi buyurur: «Həqiqətən, Allah
(Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara haqqını verməyi
(kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) tövsiyə, zina etməyi, pis
Dostları ilə paylaş: |