Щязряти Айятуллащцл-Цзма


bənzər heç bir şey yoxdur» (Şura, 11)



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə23/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

bənzər heç bir şey yoxdur» (Şura, 11).

Fikirləşin və cavab verin

1.Allahın yeganəliyinə və ona şərik olmadığına başqa sübutlarınız varmı?

2.Bəzi məzhəblərin üç Allahlı və bəzilərinin də iki Allahlı olduqlarını eşitmisinizmi?

Bunlar hansı məzhəblərdir?



II FƏSİL

ALLAHIN

ƏDALƏTİ

HAQQINDA

ON DƏRS

I dərs

Ədalət nədir?

Nə üçün Allahın sifətləri arasında təkcə «ədalət» üsuliddinə daxil edilmişdir?

«Ədalət» lə «musavat»ın fərqi nədir?

1.Nə üçün Allahın sifətləri arsından təkcə «ədalət» üsuliddinə daxil edilmişdir?

Allahın  ədaləti  barədə  bəhsə  başlamazdan  qabaq,  gərək,  bilək  ki,  Allahın  bu  qədər 

sifətləri  arasından  nə  üçün  məhz  ədalət  sifəti  böyük  alimlər  (şiə  alimləri)  tərəfindən 

üsuliddin daxil edilmişdir.

Allah  Alim,  Qadir,  Adil,  Həkim,  Rəhman,  Rəhim,  Əbədi,  Xaliq,  Raziq  (ruzi  verən)  və  s. 

dir. Nə üçün təkcə ədalət sifəti üsuliddinə daxil edilmişdir?

Bu sualın cavabını öyrənmək üçün aşağıdakı məsələlərə diqqət olunmalıdır.

1)Allahın  sifətləri  arasında  ədalət  sifəti  böyük  əhəmiyyət  və  xüsusiyətə  malikdir.  Bu 

xüsusiyyət odur ki, Allahın bir çox sifətləri ədalət sifətinə aiddir. Çünki ədalət sözünün leksik 

mənası hər şeyi öz yerində və lazım olduğu kimi etməkdir. Məsələn, Allah insanları yaradıb, 

deməli, onların ruzusunu da yetirməlidir. Ədalət bunu tələb edir ki, yaradan yaratdığına ruzi 

versin.

Deməli, Allahın sifətlərindən biri olan «Raziq» (ruzi verən) ədalət əsasındadır. Eləcə də 

Rəhman, Rəhim, Həkim və bir çox başqa sifətlər.

2)Məad  (qayıdış)  məsələsi  də  Allahın  ədalətinə  əsasən  icra  olunacaq.  Eləcə  də 

peyğəmbərlik, imamlıq ədalətlə əlaqədardır.

3)İslamın  ilkin  dövrlərində  Allahın  ədaləti  barədə  müsəlmanlar  arasında  ixtilaf 

yarandı.

Müsəlmanların  sünni  məzhəbindən  olan  və  «Əşairə»  adlanan  bir  qrup  ümumiyyətlə 

Allahın  ədalətini  inkar  edirlər.  Onlar  deyirlər  ki,  Allahın  ədalət  və  zülmünün  fərqi  yoxdur. 

Bütün  dünya  onun  mülküdür,  ona  məxsusdur.  O,  istədiyi  işi  görə  bilər.  Onlar  hətta  ağıl 

cəhətdən  xeyir  və  ziyanı  da  inkar  edirlər.  Yəni,  deyirlər  ki,  insanın  ağıl  və  düşüncəsi  o 

səviyyədə deyildir ki, öz xeyr və ziyanını anlasın. Hətta, ehsan verməyin yaxşı və zülmün pis 

iş olduğunu da anlaya bilmərik. (Onlarda bu kimi səhv fikirlər həddən artıq coxdur).

Bu  dəstənin  müqabilində  isə  Allahın  ədalətinə  inanan  iki  məzhəb  vardır.  Sünni 

məzhəbinin Mötəzilə  dəstəsi və bütün şiə məzhəbi bu əqidədədirlər.

Birinci  dəstə  ilə  ikinci  dəstə  arasında  fərq  olsun  deyə,  ikinci  dəstəni  «Ədliyyə»  (yəni, 

Allahın  ədalətinə  inanan),  birinci  dəstəni  isə  «Qeyri-ədliyyə»  (yəni,  Allah  barədə  ədalət 

etiqadında olmayan) adlandırmışlar. Şiələr ikinci dəstədəndir.




18

Şiə  məzhəbi  başqa  «Ədliyyə»  tərəfdarlarından  fərqli  olaraq  (dəlillər  əsasında) 

«İmamət»i də üsuliddin daxil etmişdir. Deməli, harada Ədalət və İmamət dən söhbət gedirsə, 

həmin söhbət şiələr barəsindədir.

4)Füruddinin  üsuliddindən  bir  nişanə  olduğunu  və  Allah  ədalətinin  cəmiyyətdə 

həddən artıq təsirli olduğunu, ictimai ədalətin bəşər həyatında böyük rol oynadığını nəzərə 

almaqla, ədaləti üsuliddinin bir rolu, bir bəndi kimi qəbul etmək insanlar arasında ədalətin 

icra olunduğuna və zülmlə mübarizəyə bir nişanədir. 

Peyğəmbərlər və imamların rəhbərliyi də cəmiyyətdə həqiqi rəhbər və başçının olması 

məsələsinə  ilham  verir.  Deməli,  bütün  dünyaya  hökmranlıq  edən  Allahın  ədaləti  bəşər 

həyatının hər sahəsində ədalətin lazım olduğuna bir nişanədir. Bu böyüklükdə aləm ədalətlə 

yaşayır və cəmiyyət də ədalətsiz bir gün qala bilməz.

2.Ədalət nədir?

Ədalətin iki müxtəlif mənası var.

A)Bu sözün leksik mənası «Hər şeyin öz yerində olması» deməkdir.

Ədalətin  bu  mənası  bütün  dünyada,  qalaktikamızda,  atomlarda,  insanın  vücudunda, 

bitkilər və sair canlılar aləmində hökmranlıq edir.

Bu mənanı peyğəmbərin buyurduğu (yəni yer və göy ədalət əsasında qurulmuşdur) 

hədisində də görmək olar.

Məsələn,  əgər  yer  kürəsi  öz  cazibə  və  dəfetmə  qüvvələrini  əldən  versə  öz  tarazlığını 

itirmiş  olar.  Yaxud  əgər  bu  iki  qüvvədən  biri  digərindən  çox  olsa,  ya  günəş  yer  kürəsini 

özünə  tərəf  cəzb  edərək  və  nəticədə  yer  kürəsi  yanıb  külə  dönər,  ya  da  yer  kürəsi  öz 

oxundan çıxaraq məhv olar.

Şair ədalətin bu mənasını şerə çəkərək aşağıdakı məzmunda bir şer demişdir:

Ədalət nədir? Ədalət hər şeyi öz yerinə qoymaqdır.

Zülm nədir? Zülm hər şeyi lazım olmadığı yerə qoymaqdır.

Ədalət nədir? Ədalət ağacları sulamaq deməkdir

Zülm nədir? Zülm tikanları sulamaq deməkdir.

Məlumdur  ki,  əgər  suyu  gül  kolunun,  yaxud  meyvə  ağaclarının  dibinə  töksələr,  bu, 

yerli- yerində həyata keçirilmiş bir iş və ədalət olar. Yox, əgər suyu tikan koluna töksələr, bu, 

yerli- yerində həyata keçirilmiş iş və ədalət olmayacaq. Bu da zülm deməkdir.

B)Ədalətin  digər  mənası  «camaatın  haqqına  riayət»dir.  Bunun  müqabilində  isə,  zülm 

və başqalarının haqqına riayət etməmək durur.

Ədalətin  birinci  mənası  ikinci  mənasından  genişdir.  (Çünki  ikinci  məna  yalnız 

insanlara,  birinci  məna  isə,  istər  insan,  istərsə  də  qeyri-insan  olsun,  bütün  məxluqata, 

aiddir.)


Allah  üçün  ədalətin  hər  iki  mənası  uyğun  gəlir.  Lakin  ən  çox  ikinci  məna  nəzərdə 

tutulur.


Allahın ədalətinin mənası budur ki, o, nə birinin haqqını tapdalayır, nə birinin haqqını 

başqasına  verir,  nə  də  insanlar  arasında  ayrıseçkilik  salır.  O,  hər  cəhətdən  adildir.  Onun 

ədalətini gələn dərslərdə sübuta yetirəcəyik.

İstər  birinin  haqqını  tapdalamaq,  yaxud  birinin  haqqını  başqasına  vermək  olsun, 

istərsə  də  insanlar  arasında  ayrıseçkilik  salmaq  olsun,  Allahın  qatında  zülmün  heç  bir 

mənası  yoxdur.  O,  heç  vaxt  yaxşı  insanı  cəzalandırmaz,  pis  insanı  mükafatla  təltif  etməz, 

birini  başqasının  yerinə  cəzalandırıb,  yaxud  mükafatlandırmaz,  yaşı  qurunun  oduna 

yandırmaz.  Hətta,  əgər  cəmiyyətdə  bir  nəfərdən  başqa  hamısı  günahkar  və  pis  adam  olsa 

belə, Allah həmin bir nəfərin hesabını cəmiyyətdən ayrı çəkəcəkdir. Onu günahkarlarla eyni 

səviyyədə tutmayacaqdır.

Əşariə  firqəsinin  «əgər  Allah  bütün  peyğəmbərləri  cəhənəmə  və  bütün  günahkarları 

cənnətə aparsa belə, yenə də ədalətə riayət etmişdir» kimi dedikləri ifadə isə əsası olmayan 




19

bir sözdür. Sağlam və mövhümatla kirlənmiş ağıla malik insanlar bu ifadənin səhv və əsassız 

olduğunu dərhal anlayır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin