Щязряти Айятуллащцл-Цзма


mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Allahın sözləri (yazılıb)



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə21/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Allahın sözləri (yazılıb) 

tükənməzdi.» (Loğman, 27).

Fikirləşin və cavab verin

1.Qarışqaların maraqlı və sirli həyatı barəsində başqa maraqlı əhvalatlar bilirsinizmi?

2.Bir atom quruluşunu lövhədə çəkə bilərsinizmi?

X dərsin davamı

Allahın sifətləri

Bilin ki, Allahı tapmaq, yəni Allahın vücudunu dərk etmək dünyadakı məxluqat barədə 

mütaliə etmək yolu ilə çox asandır, lakin Allahın sifətlərini tanıyıb bilmək üçün çox diqqət 

etmək lazımdır.

Yəqin ki, soruşacaqsınız: «Nə üçün?»

Sualın  cavabı  çox  asandır.  Çünki  Allahın  heç  nəyi  bizə,  bizim  gördüklərimiz  və 

eşitdiklərimizə  bənzəmir.  Deməli,  Allahın  sifətlərini  tanımağın  ilk  şərti  onun  sifətlərini 

məxluqatın sifətlərinə bənzətməməkdir. Yəni, onu heç bir təbii məxluqa oxşatmaq düzgün 

deyil. Burada iş bir az çətinləşir (və Allahın sifətlərini tanımaq çox diqqət və araşdırma tələb 

edir).  Çünki  biz  təbiətin  qoynunda  böyüyüb  başa  çatmış  və  bütün  əlaqəmiz  təbiətlə 

olmuşdur. Həmişə təbiətlə ünsiyyətdə olduğumuz üçün hər şeyi təbiətlə müqayisə etməyə 

öyrənmişik.  Başqa  sözlə  desək,  bizim  gördüyümüz  şeylərin  hamısı  cisim  və  cismin 

xüsusiyyətləri  olmuşdur.  Yəni,  müəyyən  bir  zaman  və  məkana  malik  olan  məxluqların 

hərəsinin  özünə  məxsus  xüsusiyyətləri  olmuşdur.  Belə  bir  halda,  belə  bir  vəziyyətdə  nə 

cismi, nə məkanı və zamanı olan, eyni zamanda bütün zaman və məkanı əhatə edən və heç 

bir  cəhətdən  məhdudiyyəti  olmayan  Allahı  anlayıb,  tanıyıb,  onu  qəbul  etmək  çox  çətin  bir 

işdir. Yəni, bu barədə çox diqqət etmək lazımdır.

Qeyd etməliyik ki, biz Allahın əsl zatını, əsl həqiqətini heç vaxt anlaya bilməyəcəyik və 

heç bunun intizarında da olmamalıyıq. Bu iş ucu-bucağı olmayan böyük bir okeanı kiçik bir 

qabda  yerləşdirməyə,  yaxud  ana  bətnində  olan  bir  uşağın  dünyadakı  bütün  işlərdən 

xəbərdar olmasına bənzəyər. Belə iş mümkündürmü?

Bu  barədə  kiçik  bir  azğın  əqidə  (məsələn  Allahın  cisim  kimi  qəbul  etmək)  ola  bilər, 

insanı neçə illərlə haqq yolundan uzaqlaşdırıb bütpərəsliyə tərəf yönəldə. (Diqqətli olun).

Qısa  sözlə  desək,  Allahın  sifətlərini  məxluqatın  sifətləri  ilə  müqayisə  etmək  düzgün 

deyil.

Allahın «Cəmal» və «Cəlal» sifətləri




16

Adətən, Allahın sifətlərini iki qismə bölürlər:

1.Sübuti sifətlər yəni, Allahda olan sifətlər. (Allah üçün sübuta yetmiş).

2.Səlbi sifətlər yəni, Allahda olmayan və Allahın onlardan pak olduğu sifətlər.

Belə bir sual irəli çıxır: Allahın zatının necə sifəti var?

Sualın  cavabı  budur  ki,  Allahın  sifətləri  bir  tərəfdən  sonsuzdur,  digər  tərəfdən  isə 

bütün  sifətləri  bir  sifətdə  cəm  olmuşdur.  Çünki  Allahın  bütün  sübuti  sifətləri  aşağıdakı 

cümlə və ifadədə cəm olur: «Allahın zatı hər cəhətdən sonsuz və bütün kamallara malik olan 

bir zat və varlıqdır.»

Kamal  və  nöqsanların  dərəcələri  olduğuna  görə,  yəni  kamal  və  nöqsan  sonsuz 

olduğuna görə, belə demək olar ki, Allahın sübuti və səlbi sifətləri də sonsuzdur. Çünki hər 

hansı bir kamal təsəvvürə gəlsə, Allah ona malikdir və hər hansınöqsan da təsəvvürə gəlsə 

Allah ondan pak və uzaqdır. Deməli, Allahın sifətlərinin (həm sübuti, həm də səlbi sifətləri) 

sonu yoxdur.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin