3.Musavatla ədalətin fərqi nədir?
Diqqəti cəlb edən başqa bir məsələ bəzən ədalətlə musavat arasında anlaşılmazlığın
olması və bu iki məfhumun bir-biri ilə qarışmasıdır. Belə güman etmək olar ki, ədalət
müsavata riayət etmək deməkdir. Əslində isə, belə deyildir.
Ədalətdə müsavata riayət etmək şərt deyil. Əksinə, burada ləyaqətlər və dəyərlər
nəzərdə tutulur. Məsələn, bir sinfin şagirdləri arasında ədalətə riayət etmək o demək
deyildir ki, onların hamısına eyni qiymət verilsin. Yaxud iki fəhlə arasında ədalətə riayət
etmək onların ikisinə də eyni məbləğdə maaş vermək deyildir. Əksinə , ədalətə riayət etmək
budur ki, hər şagirdin bilik, savad və ləyaqətinə və hər fəhlənin zəhmət və işinə görə qiymət,
yaxud maaş verilsin.
Təbiətdə də ədalət (geniş və birinci mənasına əsasən) bu mənadadır.
Məsələn, balinanın bir tona yaxın ürəyi ilə bir qram ağırlığı olan sərçə ürəyi bərabər
olsaydı, bu, ədalət olmazdı. Yaxud böyük və nəhəng bir ağacın kökü ilə kiçik və gənc ağacın
kökü bərəbər olmaz. Əgər bərabər olsa, bu, zülm olar.
Təbiət də ədalətin mənası budur ki, hər bir məxluqa öz dəyəri və ləyaqəti qədər pay
verilir.
Dostları ilə paylaş: |