Fikirləşin və cavab verin
1.İnsan ağlı müstəqil şəkildə və şəriəti nəzərə almadan yaxşını və pisi təyin edə
bilərmi?
2.Zülmün səbəbi nədir? Allahın ədaləti barədə hansı əqli dəlil vardır?
3.Quran Allahın ədaləti və zülmü barədə nə buyurur?
4.İnsanın ədalət və zülm qarşısında vəzifəsi nədir?
5.Zülmü qəbul edib zalıma tabe olmaq günahdırmı?
III dərs
Pisliklər və ziyanların fəlsəfəsi
Qədim zamanlardan başlamış indiyədək Allahın ədalətinə şəkk edən bir sıra insanlar
bəzi səhv düşüncə və əqidələrə düçar olmuşlar. Onların zənnincə, bəzi işlər vardır ki, Allahın
ədalətinə uyğun gəlmir. Bu işlər təkcə Allahın ədalətli olmamasının qəbulu ilə yox, bəzən
hətta, Allahın inkar ilə nəticələnir. Məsələn, gözlənilməz və qeyri-adi hadisə-tufan, sel,
zəlzələ və s. kimi təbii fəlakətləri göstərmək olar. (Onların zənnincə). Həmçinin, insanlar
arasında olan fərqləri də (biri çolaq, biri kor, biri kar, bir dəstə isə sağlam) misal göstərmək
olar. Eləcə də ziyanlar və xəsarətlər.
Bəzən bu bəhs Allahın tanıma bəhsində, bəzən isə materialistlərdə Allahın ədaləti
haqqında müzakirə zamanı irəli sürülür. Biz isə bu haqda Allahın ədaləti bəhsində danışırıq.
Bu söz-söhbətin, gümanların səhv və batil olduğunu isbat etmək üçün geniş müzakirə
açılmalı və aşağıdakı məsələlərə diqqət olunmalıdır.
Dostları ilə paylaş: |