1)Nisbi mühakimə və məhdud məlumatlar
Adətən, insanlar əşyalarla təmasda olduqları üçün öz mühakimələrində əşyalara
istinad edirlər. Məsələn, deyilir ki, filan əşya uzaqdadır. Yəni, bizə nisbətən uzaqdadır. Yaxud
filankəs güclü və ya zəifdir. Müsibətlər və ziyanlar barədə də insanlar bu cür mühakimə
yürüdürlər.
Məsələn, bir məntəqəyə yağış yağır. Məntəqənin şəraitini nəzərə alaraq yağışın müsbət
təsiri olarsa, onu nemət, mənfi təsiri olarsa, onu bəla adlandırırıq.
Yaxud köhnə bir binanı uçurub, yerində təzə bir bina tikmək istəyirlər. Sökülən zaman
oradan ötən bir nəfər toz-torpağı gördükdə narahat olub deyingənlik edir. Lakin fikirləşmir
ki, orada xəstəxana tikiləcək, gələcəkdə həmin binadan yüzlərlə insan istifadə edəcəkdir.
İlk baxışdan ilanın zəhərini şər, bəla adlandırırq. Lakin bilmirik ki, həmin zəhərlə ilan
özünü müdafiə edir. Yaxud bilmirik ki, həmin ilan zəhərindən bir çox xəstələrə şəfa verən
dərmanlar hazırlanır.
Bu cür səhvlərin qarşısını almaq üçün yeganə yol yalnız fərdi məlumatlara
arxalanmamaqdır. Əksinə, bütün cəhətləri nəzərə alaraq hökm etmək lazımdır.
Ümumiyyətlə, dünyada baş verən bütün hadisələr zəncir halqaları kimi bir-biri ilə bağlı
və əlaqədardır. Bir şəhərdə əsən güclü külək, yağan leysan, hamısı bu zəncir silsiləsinin bir
hissəsidir. Bu hadisələr digər şəhərlərdə də baş verən hadisələrə əlaqədardır. Eyni zamanda,
keçmişdə baş verəcək hadisələrlə də əlaqədardırlar.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlirik ki, dunya hadisələrinin əksəriyyətini
kənara qoyub, onların kiçik bir hissəsi barədə hökm vermək səhv və məntiqsiz bir işdir.
Dünyada elə bir şey yoxdur ki, tamamilə şər və ziyandan ibarət olsun.
Düzdür, bəzi şeylər var ki, onların ziyanı var, lakin onda olan fayda və xeyir ziyanından
daha coxdur. Məsələn, bir xəstə üçün cərrahiyyə əməliyyatının ziyanı var. Çünki xəstə ondan
22
əziyyət çəkir. Lakin həmin cərrahiyə əməliyyatının faydası ziyanından qat-qat çoxdur.
(Onun nəticəsində xəstə şəfa tapır).
Məsələnin daha aydın olması üçün nümunə kimi zəlzələni götürək. Düzdür, zəlzələ baş
verən məntəqəyə çoxlu zərər dəyir. Bu da bizim nəzərimizdə şər və ziyan olan bir işdir.
Ancaq həmin zəlzələnin dünyanın digər hadisələri ilə əlaqədar olduğu nəzərə alındıqda ola
bilsin ki, bizim fikrimiz dəyişsin.
Zəlzələnin təkcə yerin altında olan hərarət və buxarların və ya quru, dəyişməyən ayın
daima yer kürəsini özünə cəlb etməsinin, yaxud da deyilənlərin hər ikisinin səbəbindən baş
verməsi barədə alimlər müxtəlif nəzəriyyələr yürüdürlər. Bu nəzəriyyələrdən hər hansını
qəbul etsək, yenə də gərək, zəlzələnin digər cəhətlərini nəzərə alaq. Yəni, bilməliyik ki, yerin
altında əmələ gəlmiş hərarətin indiki zamanda dünyada böyük rol oynayan neft mənbəyini,
eləcə də daş kömür hövzəsinin aşkar edilməsində nə qədər rolu var. Bunları nəzərə aldıqda
zəlzələnin xeyirli olduğunu da anlayarıq.
Həmçinin dənizlərdə, çaylarda, okeanlarda ayın cazibəsi nəticəsində su səthinin
qabarması və çəkilməsi dəniz sularının, eləcə də dənizdəki canlı, və cansız varlıqların
salamat qalmasında, bəzən də qurumuş sahillərin suvarılmasında böyük rol oynayır. Deməli,
bu da xeyirdir.
Belə məsələlərə nəzər saldıqda anlayırıq ki, bizim məhdud elmimizin nəticəsində bəzi
işlər şər və bəzi işlər xeyir adlandırılmışdır. Hadisələrə nə qədər cox diqqət yetirsək, bir o
qədər onların həqiqətinə yetişərik.
Qurani-Məcid insanlara buyurur ki, «sizə yalnız cüzi bir elm və bilik verilmişdir.»
Dostları ilə paylaş: |