Щязряти Айятуллащцл-Цзма


)İnsan çətinliklərin qoynunda tərbiyə olunur



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə33/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

3)İnsan çətinliklərin qoynunda tərbiyə olunur

Bir  daha  təkrar  edirik  ki,  insan  heç  vaxt  özü-özünü  çətinliyə  salmamalıdır.  Eyni 

zamanda,  çətinliklərlə  üzləşdikdə  insanın  qüdrəti,  ruhiyyəsi  artır.  Polad  parçasının  isti 

kürənin  içində  qızdırılaraq  döyülməsi  onu  möhkəmləndirdiyi  kimi,  eləcə  də  insan 

çətinliklərlə üz-üzə gəldikdə iradə və ruhiyyəsi möhkəmlənir.

Müharibə  pis şeydir. Lakin bəzən ola bilsin,  çətin müharibə  böyük  bir millətin  başını 

ucaltsın, ayrıseçkiliyi vəhdət və həmrəyliyə çevirsin.

Əlbəttə  bütün  insanların,  bütün  millətlərin  çətinliklərə  qarşı  göstərdikləri  müqavimət 

bərabər  və  eyni  səviyyədə  deyil.  Bəzi  insanlar  çətinliklərin  qarşısında  aciz  qalaraq  məyus 

olur və mənfi nəticə yaradırlar. Bəziləri isə, çətinliklərlə üzləşdikdə mübarizəyə qalxaraq öz 

zəif cəhətlərini islah edirlər.

Çətinliklərlə  üzləşdikdə  insanların  əksəriyyəti  səthi  və  nisbi  hökm  verdikləri  üçün 

yalnız  onun  çətinliklərini,  acılığını  və  mənfi  cəhətlərini  nəzərə  alırlar.  Həmin  hadisənin 

müsbət cəhətləri isə nəzərdə tutulmur.

Əlbəttə,  biz  həyatda  baş  verən  bütün  çətin  hadisələrin  müsbət  cəhətinin  olduğunu 

demirik. Ancaq heç olmasa, bir qismi bu cürdür.

Əgər  böyük  alimlərin  həyatına  diqqət  yetirsəniz,  görərsiniz  ki,  onların  əksəriyyəti 

çətinliklər  icərisində  böyümüş  və  elmi  dərəcələrə  yüksəlmişlər.  Naz-qəmzə,  eyş-işrət 

içərisində böyümüş insanlar heç vaxt belə məqamlara yetişə bilməzlər. Yetişsə də, həddən 

artıq az insanlar yetişər. 

Əsl  hərbi  komandirlər  uzun  müddət  çətinliklərin,  odun-alovun  və  müharibənin 

içərisində olanlardır. Həqiqi iqtisadçılar iqtisadi böhran vəziyyətində olan bazarlarda ticarət 

və müamilə edənlərdir. Əsl siyasətçilər isə, siyasi prblemlərlə üzləşənlərdir.

Qısa sözlə desək, çətinliklər insanı öz qoynunda böyüdür və tərbiyə edir.

Qurani-Məcid belə buyurur: «Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin