6. Əhli Sünnətin yanında təqiyyə ilə əməl etməməyin haram olması. Onlar özlərindən olan kimsələrin zərərini dəf etmək və intiqam almaq üçün Əhli Sünnə sultanlarının xidmətinə can atmışlar.Məzhəbləri buna onları təşviq edir.Hurr Amili Muhəmməd ibn Əli ibn İsanın imam Əbul Həsənə Abbasi xəlifələrinin xidmətinə girməsi haqqında yazdığı məktubu nəql edir: “Təhlükə olmadığı müddətcə Allah üzrü qəbul edəndir.Bunun əksi isə məkruhdur….Ona mənə verdiyi sualın cavabında yazdım: “Mənim onların əmrinə girmək haqqında fikrim,düşmənin başına bəla gətirmək və onlara yaxınlaşıb,intiqam almaqdan yanadır.Kim belə bir şey edərsə,haram iş görməz,əksinə savab və əcir qazanar.”(“Vəsailuş şia” 12/137)
Abbasi oğullarının xidmətinə girməklə, məqsədin onların başına bəla gətirib,intiqam almaq olduğuna dair imamın sözlərinə diqqət edin!
Hurr Amili Səfvan ibn Mehran əl Cəmaldan nəql edir: “İmam Əli ibn Əbul Həsənin yanına girdim.Ey Səfvan! Səndə olan hər şey xoş və gözəldir,bir şeydən başqa…dedi.Sənə fəda olum,o nədir? dedim. İmam dedi: “Dəvələrini bu adama (xəlifə Harun ər Rəşid) kirayə verirsən.” Səfvan dedi: “Vallahi,ona sevinc və əylənmək qəsdi ilə verməmişəm…..” Mənə dedi: “Kirayəni ödəyənə qədər onlarla qalmaq istəyirsən?” Dedim: “Bəli” Dedi: “Kim onlarla olarsa,onlardandır və gedəcəyi yer oddur.” Səfvan dedi: “Getdim və dəvələrimin hamısını satdım.Bu xəbər xəlifənin qulağına çatdıqda məni çağırdı və dedi: “Ey Səfvan! Qulağıma çatdığına görə dəvələrini satmısan.Mən sənə bu fikrin kim tərəfindən verildiyini bilirəm.Bu fikri sənə Musa ibn Cəfər verib.” Dedim: “Musa ibn Cəfərdən mənə nə!” O,dedi: “Vallahi,əgər yaxşı dostluğun olmasa idi səni öldürərdim.” (“Vəsailuş şia” 12/131)