Şiəliyin gizli tərəfləri Ön söz


Müxaliflərin qeybətinin edilməsinin caiz olması



Yüklə 1,08 Mb.
səhifə18/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   14   15   16   17   18   19   20   21   ...   70
10. Müxaliflərin qeybətinin edilməsinin caiz olması.
Böyük müctəhidlərindən olan Ruhullah Musəvi Xomeyni kitabında yazır: “Zahir olan odur ki,qeybətin haramlığı mömin üçün olduqda keçərlidir.Buna görə də müxalifin qeybətini etmək caizdir.” (“Məqasibul muharrəmə” 1/249; Qum)

Onlara görə qeybətin haramlığı on iki imami etiqadında olanlara xasdır.

Ayətullah Seyyid Əbdulhüseyn Dəstağeyb yazır: “Bu bilinməlidir ki,qeybətin haram olması möminə yəni,həqiqi inanc əsaslarına inanan kimsəyə məxsusdur.Bu inanclardan biri də 12 imama etiqaddır.Ona görə də müxaliflərin qeybəti haram deyildir.” (“Zunubul kəbira” 2/267 “Darul İslamiyyə”nəşr.Beyrut,1988 il)

Xomeyninin ən yaxın silahdaşı olan 1983-cü ildən inqilab rəhbərliyini öhdəsinə alan Seyyid Dəstağeybin sözləri budur.Şiəliyə görə on iki imami əqidəsində olmayan hər kəsin qeybəti edilə bilər.


Muhəmməd Həsən ən Nəcəfi yazır: “İstənilən halda qeybətin haramlığı imamların birini belə inkar edən digər kafirlərə və müxaliflərə deyil,sadəcə 12 imam etiqadında olan möminlərə xas olduğu aşkardır.” (“Cəvahirul kəlam” 22/63)
Muhəmməd Həsən ən Nəcəfi bu kitabın başqa bir yerində belə yazır: “Hər halda İslam və iman küfrü baxımından müxaliflərin müşriklərin sırasında olması aşkardır.Əsrlər boyunca,müxtəlif ölkələrdə avamı və alimi ilə şiələr müxaliflərin qeybətini etmişlər.Belə ki,bu iş şiəliyə görə itaətlərin ən əfzəli,Allaha yaxınlaşma məqsədi ilə edilən əməllərin ən yaxşılarındandır. Bəzilərindən rəvayyət olunduğu kimi bu məsələdə icma hasil olduğu iddialarında heç bir qəribəlik də yoxdur.Hətta,bu əməlin qəti zərurətdən olması iddiası da mümkündür.” (“Cəvahirul kəlam” 22/62)
Ayətullah Əbul Qasim əl Xoyi “Misbah əl fuqaha” kitabında yazır:

Onun sözü və sözünün mənası budur ki,möminin arxası ilə qeybət etmək olmaz.”



Deyirəm: “Mömindən qəsd olunan Allaha,elçisinə,qiyamət gününə və 12 imama inananlardır ki,onlardan birincisi Əli ibn Əbu Talib və sonuncusu Mehdidir.Allah bizləri onun tərəfdarları və köməkçilərindən etsin.Bunlardan birini inkar edənin qeybətini etmək və onun haqqında pis danışmaq caizdir və bunun bir sıra səbəbləri vardır.

  • Birinci səbəb: Hədislərdə,dua və ziyarətlərdə müxaliflərin lənətlənməsi,onlardan uzaqlaşma və onların çoxlu təhqir olunmaları qəti olaraq sabit olmuşdur.Bu onların qeybətini etmənin caizliyini göstərir.Çünki,onlar bidət və şübhə əhlidirlər.”

  • Bundan başqa onların küfründə heç bir şübhə yoxdur.Axı,imamlardan birinin belə vilayətini və imamətini inkar etmək,digərlərinin qanuni xəlifəliyinə inanmaq və s.küfr və bidətə aparan səbəblərdir.Bunun sübutu vilayəti inkar edənlər haqqında olan çoxsaylı xəbərlərdir (“Misbah əl fuqaha” 2/11; “Darul Hadi” Beyrut)

Ayətullah Əbul Qasim əl Xoyinin fətvalarının olduğu “Minyətus sail” adlı kitabda (səh 218,Beyrut) ona verilən suala o belə cavab verir: “Bəli,müxalifin qeybətini etmək caizdir.Qeybəti caiz olmayan mömindən murad əsl mənası ilə olan mömindir.”

Şiələr Peyğəmbər (s.a.s)-dən belə bir rəvayyət nəql etmişlər: “Məndən sonra bidət və şübhə əhli kimsələr görəcəksiniz.Onlardan uzaq olduğunuzu izhar edin.Onları çox söyün,haqqlarında çox danışıb,hekayələr (qeybət) nəql edin.Belə edin ki,İslamda fəsad çıxarma arzuları olmasın və insanlar onlardan çəkinsin.”

Bu rəvayyəti alimləri Hurr Amili “Vəsailuş şia” (11/508)-da nəql etmişdir.Həmçinin,alimləri Sadiq əl Musəvi “Nəhcul intisar” adlı kitabında imam Səccaddan bu rəvayyəti nəql etmiş və 152-ci haşiyədə bu sözləri yazmışdır: “İmam Səccad zalımlardan və İslam ümmətini istismar edən kimsələr olan bidət əhli haqqında, onlardan uzaq olmağı, söyməyi, barələrində pis şayiələr yaymağı,qeybət və iftira növündən olan bütün əməlləri caiz görmüşdür…”

Söymək,pis şayiələr yaymaq,iftira atmaq,qeybət etmək kimi İslamla əlaqəsi olmayan bu inanclara diqqət edin!!!

Bunlar sadə müsəlmanların da bu üslubları öyrənməsini və tətbiq etməsini istəyirlər.Bu metodu Əhli Sünnətin böyükləri və alimləri haqqında geniş şəkildə tətbiq edirlər. Beləki,Nemətullah Cəzairi kitabında yazır: ”Ömərin arxasında xəstəlik var idi. O yalnız kişinin sperması ilə sənğiyirdi” (“Ənvəru Numaniyyə” c.1,səh 63)

Həmçinin, Ömərin Fatimənin evini yandırması yalanını da yaymışlar.

İslam düşmənlərinə qarşı dəlil,dürüstlük,ədalət və insafla qələbə çalmışdır. Yoxsa, söyərək, şayiələr yayaraq,iftira ataraq zəfər qazanmamışdır. Allah Təala buyurur: “Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.” (Maidə 8)


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin