Şiəliyin gizli tərəfləri Ön söz


- Şiə Mehdisi bütöv Quranı gətirəcəkdir



Yüklə 1,08 Mb.
səhifə45/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   41   42   43   44   45   46   47   48   ...   70
19 - Şiə Mehdisi bütöv Quranı gətirəcəkdir.
Şiələr etiqad edirlər ki,həqiqi Quran Mehdinin yanındadır və o zühur edəndə bunu gətirəcəkdir.

Şeyx Mufid ləqəbli Muhəmməd ibn Muhəmməd ibn Numan “əl İrşad”kitabında imam Əbu Cəfərin belə dediyini rəvayyət etmişdir: “Muhəmməd (s.a.s) ailəsinin Qaimi ortaya çıxdığı zaman, Quranın nazil edildiyi kimi öyrədilən çadırlar quracaqdır.Bu günün hafizləri üçün o gün çox çətin gün olacaq.Çünki,o Quranın tərtib və təlifi bundan fərqlidir.” (“əl İrşad”səh 365, “Muəssisətu aləmi” Beyrut,1979 il)


Bu rəvayyəti Kamil Suleyman “Yəvmul Xəlas” kitabında (səh 372) nəql etmişdir.Şeyx Numani “Qeybə ən Numani” kitabında (səh 318) imam Əlidən belə bir hədis rəvayyət edir: “Sanki, mən əcəmdə Kufə məscidində insanlara Quranın nazil edildiyi şəkildə öyrədildiyi çadırları görürəm.Dedim ki,(ravi) Ya Əmirəlmöminin! Məgər Quran nazil edildiyi kimi deyil? İmam: “Xeyr.Ondan Qureyşə mənsub yetmiş adamın ataları ilə birgə adları silinib.Əbu Ləhəbin adını isə əmisi olduğu üçün Peyğəmbər (s.a.s)-ə tənə olsun deyə saxlayıblar!”
Hacı Kərim Kirmani yazır: “Mehdi zühur edəndə Quran oxuyacaq və deyəcək: “Ey müsəlmanlar! Allaha and olsun ki,bu həqiqi Qurandır.Hansıki,bu Muhəmməd (s.a.s)-ə nazil olmuşdu və onu təhrif edib,dəyişdirmişdilər.” (“İrşadu əvvam” 2/121,fars dilində)
Şeyx Muhəmməd ibn Muhəmməd Sadiq əs Sədr “Tarihu mə badəz zuhur” (səh 637)

kitabında Əbu Abdullahın belə dediyini nəql etmişdir: “...Sanki,mən onu rukn ilə məqam arasında insanlardan yeni bir kitab üzərinə beyət aldığını və ərəblərlə sərt davrandığını görürəm.”



Bu rəvayyəti Şeyx Kamil Suleyman “Yəvmul Xəlas”kitabında (səh 371) nəql etmişdir.
Yusif əl Bəhrani yazır: “Bu iki xəbərdən çıxan nəticəyə görə indi mövcud olan Quranı oxuma əmri,sadəcə bu Quranla kifayətlənmə,Qurandan çıxarıldığı imamlar tərəfindən bildirilən hissələrin oxunulmasının caiz olmaması təqiyyə və bəzi məsləhətlərə görədir.Mehdi zühur edib,qiyam etdikdən sonra,oxunulması caiz olmayan hissələr ilə birgə bütün Quranı gətirəcək və bu şəkildə oxunulmasını əmr edəcəkdir.” (“əd Durarun Nəcəfiyyə” Muəssisətu ahləl beyt” nəşr.səh 296)
“Tarihu mə badəz zuhur” kitabında (səh 373) Cəfər Sadiqdən belə bir hədis rəvayyət olunur: “Qaim (Mehdi) zühur edəndə Allahın kitabını olduğu kimi oxuyacaq və Əlinin yazdığı müshəfi ortaya çıxaracaqdır.”
Şeyx Muhəmməd ibn Muhəmməd Sadiq əs Sədr “Tarihu mə badəz zuhur” kitabında (səh 638) imam Muhəmməd ibn Əlidən belə bir rəvayyət nəql edir: “Muhəmməd (s.a.s)-in Mehdisi zühur edərsə.....yeni bir iş,yeni bir sünnət,yeni bir hökm gətirəcək və ərəblərə qarşı şiddətli olacaqdır.”
Şeyx Kamil Suleyman “Yəvmul Xəlas”kitabında (səh 372) Əli (r.a)-dən belə nəql edir: “Sanki,Kufə məscidində şiələrimizi görür kimiyəm.Çadırlar qurmuş və Quranı nazil olduğu kimi öyrətməkdədirlər.”
Kamil Suleyman yazır: "Əli (r.a) Quranı yazıb qurtarandan sonra adamlara göstərib demişdir: "Bu, Qüdrət və Cəlal sahibi Allahın Muhəmməd (s.a.s)-ə nazil etdiyi kitabıdır. Mən onu iki lövhədən toplamışam." Camaat isə dedi: "Budur, bizdə Quranın toplandığı müshəf var, bizim ona ehtiyyacımız yoxdur." İmam dedi: "Onda Allaha and olsun ki,siz onu bu gündən etibarən heç vaxt görməyəcəksiniz.Mənim borcum onu toplayandan sonra sizə göstərmək idi ki,oxuyasınız." (“Yəvmul Xəlas” səh 373)
Nemətullah Cəzairi yazır: “Xəbərlərdə deyildiyinə görə onlar (imamlar) öz şiələrinə əmr etmişlər ki, mövlamız Sahibəzzaman zühur edənədək bu mövcud olan Quranı namaz qılarkən və başqa hallarda oxusunlar və onun ehkamlarına əməl etsinlər.Bir zaman bu Quran adamların əllərindən çıxıb səmaya qalxacaq və Əmirəlmömininin tərtib etdiyi Quran üzə çıxacaq.Onda onlar onu oxuyar və onun ehkamlarına əməl edərlər" ("Ənvarun Numaniyyə" 2/360)
Əbul Həsən əl Amili əl Fəttuni yazır: “Dediklərimizdən aydın olur ki,Allahın nazil etdiyi Quran o Qurandır ki,onu Əli (r.a) toplamışdır.Sonra Həsənə,sonra isə digər imamlara,nəhayət qaim Mehdiyə ötürmüşlər.Bu gün Quran onun yanındadır.” ("Təfsiru mirətul-ənvər və mişkətul-əsrar" səh 36,“Mətbəatul əftab”nəş.Tehran,hic.1374 il)
Şeyx Mufid yazır: “Bizim imamlar bizə iki müshəf arasında olanı ona bir şey artırıb,azaltmadan oxumağı əmr etmişlər.Bu qaim Mehdi gələnə qədər belə davam edəcək və o gələndə insanlara Allahın nazil etdiyi və Əli (r.a)-nin topladığı Quranı oxuyacaqdır. Xəbərlərdə varid olanlara əsasən bizə müshəfdə olan Qurana hərf və sözlər artıraraq oxumaq qadağan edilmişdir.Bu artırılma ilə bağlı rəvayyətlər bizə mütavatir yolla varid olmamışdır.Onlar yalnız xəbərlərdə varid olmuşdur.Adamlar müshəfə müxalif olanları oxuduğu zaman müxaliflər tərəfindən sıxıntıya məruz qala bilərlər.Bu səbəblə özünü təhlükəyə salmış olarlar.Ona görə də iki lövhə arasında olan müshəfin xilafını oxumaq qadağan olunmuşdur.” (“Məsailus səraviyyə” səh 78-81-də (bəzi nəşrlərdə 81-88-də)
Şiəliyin on ikinci imamları olan Mehdinin səhabələr tərəfindən təhrif olunmuş Quranı gətirəcəklərinə dair inancları budur.

Hüccət sayılan Ayətullah Mirzə Həsən əl Həiriyə “əd Din bəynəs sail vəl Mucib” adlı kitabda belə bir sual ünvanlamışdılar:


Sual: “Məlum olduğu kimi Quran Rəsulullah (s.a.s)-a müxtəlif dövrlərdə nazil olmuş ayələr şəklində nazil olmuşdu.Ayələr surələr içərsində necə tərtib olunmuşdu?Bu gün oxuduğumuz Quran Rəsulullah (s.a.s)-a nazil olunmuş bütün ayələri ehtiva edirmi, yoxsa onda Fatimə müshəfindən fərqli olan bəzi artırma və azalmalar vardır?”

Cavab: “Bəli,Quran Peyğəmbər (s.a.s)-ə 23 il ərzində yəni risalət başlayandan vəfat edənə qədər nazil olmuşdu.Quranı ilk cəm edən və kitab halına salan Əmirəlmöminin Əli ibn Əbu Talib olmuşdu.Bu Quran daha sonra məsum imamlar içərisində imamdan imama ötürülmüşdür. Gözlənilən imam Mehdi zühur etdiyi zaman bu Quranı ortaya çıxaracaqdır.Sonralar müshəfi xəlifəlikləri dövründə Osman cəm elətdirmişdir. Səhabələrin sinələrindən vəya yazmış olduqları səhifələrdən bir araya cəm edib, toplamışdı.Əlimizdə olan məhz bu Qurandır.” (“əd Din bəynəs sail vəl Mucib”səh 89,hic.1394 il)


Möhtərəm müsəlman qardaş! Bunlara diqqət elə! İki müshəf mövcuddur.Birini Əli,digərini Osman cəm etmişdir.Hairi iki müshəfin eyni olduğunu yəni,Osmanın və Əlinin müshəfi eynidir söyləmir.Əli müshəfi əldən-ələ keçərək imamlarda qalmışdır və onlar heç kəsi bu müshəflə tanış etməmişlər. Gözlədikləri imam (Mehdi) gəldikdə bu müshəfi gətirəcəkdir.Ağla belə bir sual gəlir.Əgər Mehdinin gətirəcəyi müshəf müsəlmanların əlində olan müshəf ilə eynidirsə,onda bu müshəfin dəyəri,faydası nədir?
İzahı şiə alimləri verir.

Şeyx Mufid yazır: “Əhli beyt imamları tərəfindən varid olmuş xəbərlərdə Quranın fərqli olduğu və zalımlar tərəfindən Quranda artırma və əksiltmə olduğu bildirilmişdir.” (“Əvailul məqalət” səh 54,Təbriz)


Əbu Mənsur Əhməd ibn Əli ət Təbərsi “İhticac” kitabında Əbu Zərr əl Qifaridən rəvayyət edir:
Rəsulullah (s.a.s) vəfat edəndən sonra imam Əli Quranı topladı və mühacirlərin və ənsarların yanına gəlib topladığı Quranı Rəsulullah (s.a.s)-ın vəsiyyət etdiyi kimi, onlara göstərdi. Əbu Bəkr onu açanda birinci səhifədə özlərinin biabırçılıqlarının yazıldığını gördü. Ömər sıçrayıb ayağa qalxdı və dedi: "Əli! Onu buradan rədd elə. Bizim ona ehtiyacımız yoxdur”. Əli (r.a) onu götürüb getdi. Sonra Zeyd ibn Sabiti çağırıb gətirdilər.O, Quran oxuyan bir şəxs idi. Ömər ona dedi: "Əli bir Quran gətirmişdi,orada mühacirlərin və ənsarların pis əməlləri yazılmışdı. Biz belə qərara gəldik ki, özümüz Quran yazıb ondan mühacirləri və ənsarları biabır edib hörmətdən salan yerləri çıxaraq. Zeyd yazdığı Quranı onun yanına gətirdi və dedi: "Mən sizin dediklərinizi Qurandan çıxarandan sonra o öz yazdığı Quranı mənə göstərsə, sizin bütün etdikləriniz batil olmazmı?"Ömər dedi: "Onda nə edək?" Zeyd dedi: "Tədbir işlətməkdə siz məndən yaxşısınız" Ömər dedi: "Onu öldürüb canımızı qurtarmaqdan başqa çarəmiz qalmır". O, Əlini Xalid ibn Vəlidin əli ilə öldürmək tədbirini tökdü. Xalid isə bunu bacarmadı. Elə ki, Ömər xəlifə oldu, onlar Əli (r.a)-dən xahiş etdilər ki, o Quranı gətirsin. Məqsədləri də o idi ki, onu öz aralarında təhrif etsinlər. Ömər dedi: "Ya Əbülhəsən! Gəlsənə, Əbu Bəkrə göstərdiyin Quranı gətirəsən, onun hökmləri əsasında birləşək". Əli dedi: "Artıq buna ehtiyyac yoxdur, mən onu Əbu Bəkrə gətirmişdim ki, sizin əleyhinizə sübut olsun və Qiyamət günü deməyəsiniz ki, bizim bundan xəbərimiz olmayıb, yaxud deməyəsiniz ki, onu bizə göstərməmisən. Məndəki Quran elə bir Qurandır ki, ona mənim övladımdan olan pak adamlardan və vəliəhdlərdən başqa heç kəs toxunmamalıdır” Ömər dedi: "Onun zühuru vaxtı məlumdurmu? "Əleyhissəlam dedi: "Bəli, o vaxt ki mənim övladlarımdan bir nəfər müdafiəçi ayağa qalxacaq və onu üzə çıxarıb adamları onunla ayağa qaldıracaq." (Təbərsi "əl Ihticac" səh 225-228, Beyrut,h.1414)

Əbul Həsən əl Amili əl Fəttuni yazır: "Bil ki, üzərində heç bir şübhə olmayan, mütəvatir və başqa yollarla varid olan xəbərlərə görə haqq budur ki,bizim əlimizdə olan bu Qurana Peyğəmbər (s.a.s)-dən sonra, dəyişikliklərdən bir şey qarışmışdır. Peyğəmbər (s.a.s)-dən sonra, Quranı cəm edənlər, oradan bir çox sözləri və ayələri çıxarmışlar. Dediklərimizdən aydın olur ki,Allahın nazil etdiyi Quran o Qurandır ki,onu Əli (r.a) toplamışdır.Sonra Həsənə, sonra isə digər imamlara, nəhayət Qaim Mehdiyə ötürmüşlər.Bu gün Quran Mehdinin əlindədir.” (“Mirətul ənvər və mişkətul əsrar” səh 36,”Darut təfsir” Qum)

http://www.al-shia.org/html/ara/books/lib-...maqalat/a03.htm
Həmçinin,müəllif ikinci müqəddimənin dördüncü fəslini təhrifi qəbul etməyənlərə rəddiyə olaraq ayırmış və bu fəslə “Quranın dəyişdirilib,dəyişdirilmədiyi baradə alimlərin xüsusi görüşləri və dəyişdirilmə olduğunu qəbul etməyənlərin dəlillərinin tənqidi” adını vermişdir.
Bu fəsildə yazır: “Siqət əl-islam” təxəllüslü Muhəmməd ibn Yəqub Kuleynidən zahir olur ki, o da Quranın təhrif olunduğu və onda çatışmazlıqların mövcudluğu etiqadında olmuşdur.Çünki, o özünün “əl-Kafi” kitabında bu mənalı rəvayyətlər nəql etmiş, kitabın əvvəlində orada rəvayyət etdiklərinə inandığını qeyd etməklə yanaşı, həmin rəvayyətlərə etiraz etməmişdir.Onun ustadı Əli ibn Ibrahim Qummi də belədir.Onun təfsiri belə rəvayyətlərlə doludur.O, bu işdə xüsusi səy göstərir....Əshabımızdan Əyyaşi,Numani,Furat əl Kufi və bir çox təfsirçilər Qummi və Kuleyni ilə razılaşmışlar. Son dövr hədis mühəddislərinin bir çoxunun məzhəbi böyük Şeyx Əhməd ibn Əbu Talib ət Təbərsinin “əl İhticac” kitabında bildirdiyi kimi bu yöndədir.Əhli beyt elmlərində böyük təcrübəyə sahib və rəvayyətlərin mühafizi olan ustadımız əllama Məclisi “Biharul Ənvar” kitabında bu fikri dəstəkləmiş və başqa bir sözə hacət qoymayacaq şəkildə bu məsələni izah etmişdir.Mənə görə bu rəyin səhih olmasına xəbərlərin və əsərlərin tədqiqindən sonra gəlmək olar.Həmçinin, şiəlik məzhəbinin zəruriyyətlərindən olmasına və xilafət qəsbinin yaratdığı ən böyük cinayət olması fikrinə gəlmək mümkündür.” ("Təfsiru mirətul-ənvər və mişkətul-əsrar" səh 49 “Mətbəatul əftab”nəş.Tehran,hic.1374 il)

Sonra müəllif Səduq,Murtəza kimi alimlərin təfrifi qəbul etməmə fikirlərini gətirir,sonra onların fikirlərini ətraflı şəkildə “dəlillərlə” rədd edir və onların fikirlərini əsassız və dəyərsiz adlandırır.




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin