Şiəliyin gizli tərəfləri Ön söz



Yüklə 1,08 Mb.
səhifə61/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   57   58   59   60   61   62   63   64   ...   70
Mutə nigahı baradə.

Mutə nigahı Əhli Sünnətdə hər zaman və məkanda haram olmasına baxmayaraq şiəlikdə halaldır.Mutə nigahı müvəqqəti nigah deməkdir ki,bu nigah boşanma niyyəti ilə bağlanır.Müddəti isə hədislərinin də ifadə etdiyi kimi bir saatdan bir ay və ya daha çox bir vaxta qədər uzadıla bilər.Nigah müddəti ərzində daimi nigahda olduğu kimi tərəflər münasibətdə olurlar.Bu açıq-aşkar bir zinadır.


Nigah olunan qızın müsəlman,müşrik,xristian,yəhudi,hətta məcusi olması belə fərq etməz.Əbu Abdullahdan rəvayyət olunur: ”Kişinin Məcusi bir qadınla mutə bağlamasında bir qüsur yoxdur.“

(“Vəsaliuş şia” c.21,səh 38; “Təhzib” c.7, səh 256)


Başqasının xanımı ilə mutə bağlama:
Əbu Abdullaha dedim ki,mən yollarda gözəl qadınlara rast gəlirəm.Onların yoldaşlarının olub-olmaması və ya ərdə olub-olmamaları baradə özümü tam əmin,rahat hiss edə bilmirəm.Əbu Abdullah dedi: ”Onlar sənin problemin deyil.Sənin işin onları razı etməkdir.” (“Kafi” c.5,səh 462)
Başqa bir rəvayyətdə isə Muhəmməd ibn Rəşiddən nəql olunur ki,Əbu Abdullaha dedim ki,mən bir qadın ilə mutə nigahı bağladım.Daha sonra qəlbimə onun əri olduğu şübhəsi gəldi.Araşdırmağa başladım və məlum oldu ki,əri vardır.Əbu Abdullah cavabında dedi: “Yaxşı,bəs niyə araşdırdın?” (“Təhzib” c.7,səh 253; “Vəsailuş şia” c.21,səh 31)
Bakirə ilə mutə nigahı bağlamaq:
Əbu Abdullahdan nəql olunur: “Bakirə ilə mutə nigahı bağlamaqda bir problem yoxdur.”

(“Kafi” c.5,səh 462)



Həqiqi nigah ilə müvəqqəti nigah arasındakı fərqlər:
1-Daimi nigahda vəlinin olması vacibdir.Mutə nigahında isə bu vacib deyil.Əbu Abdullahdan: ”Dörd qadına sahib olan kişi istədiyi qadınla şahidsiz və vəlisiz evlənə bilər.” (“Vəsail” c.21,səh 64)
2-Daimi nigahda şahidlər zəruridir.Mutə nigahında isə şahid istənilməz. (“Vəsail” c.21,səh 64)
3-Həqiqi nigahda məqsəd daimilik və davamlılıqdır.Lakin,mutə nigahında məqsəd zövq almaq,müvəqqəti olaraq faydalanmaqdır.
4-Səhih olan nigah ancaq müsəlman və ya Əhli kitabdan olan bir qızla həyata keçirilir.Lakin,mutə nigahında isə yuxarıda bildirildiyi kimi məcusi bir qızla da caizdir. (“Vəsail” c.21,səh 38)
5-Səhih nigahda qadının iffətini qoruması vacib ikən,mutə nigahında qadının iffətini qoruması vacib deyildir.
6-Səhih olan nigahda insan zövcəsi ilə səfər edə bilərsə,mutə nigahında isə birlikdə səfər etmələri caiz deyildir. (“Vəsail” c.21,səh 77)
7-Həqiqi nigahda talaq yəni,boşanma vardır.Mutə nigahında isə bu yoxdur. ( “Kafi” c.5,səh 451)
8-Səhih olan nigahda boşanma müddəti bilindiyi kimi üç ay və ya üç heyz zamanıdır.Amma,mutə nigahında hədislərdə keçdiyi kimi qırx beş gün,bir ay və ya iki heyz zamanıdır.
9-Bilindiyi kimi evlilikdə miras və vərəsəlik vardır.Amma,mutə nigahında bunların heç birisi yoxdur. (“Vəsail” c.21,səh 79)
10-Həqiqi nigahda dörd qadından artığı caiz deyildir.Lakin,mutə nigahında isə min qadınla da evlənmək caizdir. Zurara rəvayyət edir ki, o imam Sadiqdən müvəqqəti nigah bağlanılan qadınların icazə verilmiş dörd qadına aid olub-olmamasını soruşduqda, o belə cavab verib: “İstəyirsən lap mini ilə evlən, axı bunlar icarəyə götürülən qadınlardır” (“Vəsailuş şia”, c. 14,səh 446-447)

Həmçinin oxşar rəvayyət (“Kafi” c.5,səh 452)


11-Həqiqi nigahda evli bir qadınla evlənmək caiz deyildir.Lakin,mutə nigahında evli qadınla evlənmək caiz olub,araşdırmaya belə lüzum yoxdur.
12-Həqiqi nigahda zinakar ilə evlənmək caiz deyildir.Çünki,Allah buyurur: ”Zina edən qadınla da ancaq zina edən kişi və ya müşrik evlənə bilər.Bu möminlərə haramdır.Lakin,mutə nigahında zinakar biri ilə nigah bağlamaqda heç bir problem yoxdur. (“Vəsailuş şia”, c.14,səh 446-447)
13-Həqiqi nigahda insanları çağırmaq və bildirmək vardır.Amma,mutə nigahında belə şey tələb olunmaz. (“Vəsailuş şia”, c.21,səh 65)

Ayətullah əl Hakimin rəsmi saytından:

Fahişə olan qadınla mutə nigahı bağlamaq olar amma,o bir qayda olaraq bunu dini bir vacibat olaraq görmür.Ona görə də sən əmin olmalısan ki,o bunu əri qarşısında olan bütün öhdəlikləri ilə bərabər qəbul edir.O qadın da başa düşməlidir ki,ona verilən məbləğ zina haqqı deyildir.”


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin