Şiəliyin gizli tərəfləri Ön söz


Cinsiyyətin dəyişdirilməsi



Yüklə 1,08 Mb.
səhifə58/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   54   55   56   57   58   59   60   61   ...   70
Cinsiyyətin dəyişdirilməsi.

Bunu ilk dəfə ələ alan Xomeyni olmuşdur. Xomeyni “Təhrir əl Vəsilə” kitabında yazır:


“Məsələ 1. “Zahirən kişinin cinsiyyətinin qadına və qadının cinsiyyətinin kişiyə çevrilməsində problem yoxdur və bu qadağan deyildir.”

Məsələ 3. “ Əgər qadın ərə gedib,sonra cinsiyyətini dəyişərsə onun nigahı bu andan etibarən ləğv olunur və onun əridə əgər onunla bu əməliyyata qədər cinsi əlaqəyə giribsə mehrin tam verilməsi öhdəliyi durur...”

Məsələ 7. “Əgər bacı və qardaş hər ikisi cinsiyyətlərini əks olaraq dəyişiblərsə,bu onların qan qohumluğunu pozmur.Qardaş bacı,bacı isə qardaş olur.Əgər ata tərəfdən əmi cinsini dəyişərsə,o ata tərəfdən bibi olacaqdır və ya əksinə ana tərəfdən dayı olacaqdır.Həmçinin, digərləri də bunun kimi.”

Məsələ 8.”Əgər ana cinsiyyətini dəyişərsə o oğulun zövcəsinə məhrəm olacaqmı,yoxsa yox?Əgər ata qadın cinsinə keçərsə o öz oğlanlarına hətta ana çağrılmasa belə məhrəm olacaqmı?Zahirən bu belədir.Əgər gəlin cinsini dəyişərsə və kişi olarsa o öz xalasına məhrəm olacaqmı?Bütün bunlar məntiqdən uzaq deyil.”


Cinsiyyəti dəyişdirməyi Xamneyi də caiz bilir.“Əcvibətul istiftat” kitabı ikinci cilddə “Cinsiyyəti dəyişmə” fəslində yazır:
Sual: 191: “Bəzi adamların zahirdə kişi olmalarına baxmayaraq, ruhi və psixoloji baxımdan onlar qadın xüsusiyyətlərinə malikdirlər.Onlarda cinsi məsələlərə olan meyllər (homoseksualizm) tamamilə qadınlara uyğun şəkildədir.Əgər onlar öz cinsiyyətlərini dəyişdirməsələr fəsada və günaha düşmə ehtimalları vardır. Onların cərrahiyyə əməliyyatı ilə müalicə etmək caizdirmi?
Cavab: Onların (homoseksualistlərin) cinsi həqiqətlərini aşkar etmək məqsədi ilə yuxarıda qeyd olunan cərrahiyyə əməliyyatının aparılmasının işkalı (problemi) yoxdur, bu şərtlə ki, bu, haram işə səbəb olmasın və öz ardınca fəsad gətirməsin.”
Bunu həmçinin, Muhəmməd Sadiq Ruhani də caiz görmüşdür.

Sual: “Kişinin bir səbəb olmadan öz cinsini qadın cinsinə çevirməsi caizmidir? Yəni,onda heç bir fizioloji qüsur yoxdur.Əgər bu icazəlidirsə,onunla evlənmək olarmı?

Cavab: “Mən bunun qadağan olmasında heç bir səbəb görmürəm.Onunla evlənmək olar.Çünki,ona kimi o artıq qadın olacaqdır.”

http://www.imamrohani.com/fatwa-ar/viewtopic.php?t=1497


İranda bu vəziyyətlə bağlı hazırlanmış bir videonun linki.

http://www.istefta.com/ans.php?stfid=5794&subid=9


2) Şirk baradə.


Xomeyni yazır:
Şübhəsiz ki,şirk ehtiyyacını Allahdan başqasından onun rəbb və ya ilah olduğuna etiqad edərək istəməndir.Allahdan başqasının rəbb və ya ilah olduğuna etiqad etmədən istəməyə gəlincə bu şirk deyildir.Bu baxımdan ölü ilə diri arasında fərq yoxdur.İstər adam torpaqdan və ya daşdan ehtiyyacını tələb etsin,bu şirk deyildir.” (“Kəşful Əsrar” səh 30)
Batil bir əməl olsada daşdan vəya qayadan bir şeylər tələb etmək,istəmək şirk deyildir.Şübhəsiz ki,biz Allahın özlərinə qüdrət verdiyi İmamların və Peyğəmbərlərin müqəddəs ruhlarından mədət diləyirik.” (“Kəşful əsrar” səh 49)
Ayətullah Xameneyiyə sual verirlər:

Sual 325: “Belə bir firqə var ki,onlar Əli (r.a)-yə o Allah deyil,amma Allahdan da aşağı deyil deyirlər.Bu sözü deyənin hökmü nədir?

Cavab: “Onlar Allaha şərik görməsələr müşrik deyillər.”

http://www.wilayah.ir/ar/library/books/ajvibah/ajv23.php

3) Qızının dilinin sorulması.

Bu sözlərə görə bizi üzrlü hesab edin.Biz fəqət, sitat gətiririk.

Şiə mühəddisi Hurr Amili “Vəsailuş şia” (10/102)-da belə bir fəsil ayırmışdır. “Fəsil 35. "Oruclu birinin öz xanımının və ya qızının dilini sorması və ya bunun əksinin kərahiyyət ilə caiz olması və qəsdən edilmədən xanımının və ya qızının tüpürcəyini udmasının orucu pozmaması babı.”
Bu fəsildən olan hədis № 12960. Muhamməd bin əl Həsən isnadı ilə Muhamməd bin Əli bin Məhbubdan, o da Muhamməd bin İsadan, o da İbn Məhbubdan, o da Əbu Vələddən: "Əbu Abdullahdan nəql olunur: "Mən öz kiçik qızımı öpürəm və orucluyam və onun tüpürcəyindən bir şey boğazıma gedərsə?" Dedi: "Bir eybi yoxdur, onun üzərinə bir günah yoxdur."

4) Oruclu vaxtı arxadan cinsi əlaqədə olmaq.


Mühəddis Hurr Amili “Vəsailuş şia” kitabında Əbu Abdullahdan rəvayyət edir: “Əgər kişi qadınına arxadan yaxınlıq etmiş və ikisidə boşalmamışsa,hər ikisinə qüsül almağa ehtiyyac yoxdur.Lakin,əgər kişi boşalmış isə o qüsül almalıdır,qadının alması isə lazım deyil.”

(c.2,səh 200,fəsil 12, № 1922)

Həmçinin, eyni yedə oruclu qadınla arxadan cinsi əlaqə olmaq haqqında soruşduqda imam Əbu Abdullah dedi: ”Qadının orucu pozulmaz,qüsl almasına da ehtiyyac duyulmaz!!!” (“Vəsailuş şia” c.2,səh 200,fəsil 12, № 1933; Tusi “Təhzibil əhkam” c.4,səh 319, № 43)
Xomeyni yazır: Məsələ 11.

Ən məşhur və qüvvətli rəyə görə kişi qadının razılığı olmadan belə onunla arxadan yaxınlıq edə bilər.Lakin,ehtiyyata görə qadının razılığı olmasa bu işi görməsin.” (“Təhrirul vasilə” c.2,səh 216,məsələ 11)






  1. Yüklə 1,08 Mb.

    Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin