Şİmali amerikada iSTİqlaliYYƏt uğrunda mühariBƏ. abş ın- yaranmasi



Yüklə 47,91 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü47,91 Kb.
#39315
1   2   3   4
ŞİMALİ AMERİKADA İSTİQLALİYYƏT UĞRUNDA MÜHARİBƏ

Müstəmləkələrin təsərrüfatı.

XVIII əsrin ortalarında 13 müstəmləkəni daxili iqtisadi əlaqə birləşdirirdi. Onların təsərrüfatları müxtəlif olduğu üçün öz aralarında ticarət imkanı yaranırdı. Şimal və orta müstəmləkələrdən cənuba taxıl, balıq və sənaye məhsulu gətirilirdi. Quru yollar az olduğu üçün ticarət dəniz və çaylar vasitəsilə gedirdi. Xarici ticarət əsasən İngiltərə ilə aparılırdı. İngiltərə hakim dairələri həmin ticarəti inhisar altına almağa çalışırdı. “Üç künclü ticarət”adlanan ticarət daha səciyyəvi idi. Bu ticarət İngitərə müstəmləkələri ilə Vest-İndiya və Qərbi Afrika arasında aparılırdı. Vest-İndianın “şəkər adalarından” Yeni İngiltərəyə gətirilən məhsuldan çoxlu miqdarda rom istehsal edilirdi. Burada gəmilərə doldurulmuş rom Afrikaya gətirilərək, “qara fil sümüyünə” və qullara dəyişdirilirdi. Vest-İndiyaya müstəmləkələrdən taxıl, balıq, meşə materialları gətirilərək burada qullarla dəyişdirilirdi. Amerika tacirlərinə qaçaq mallar ilə alver etmək daha artıq qazanc gətirirdi. Bütün okeanlarda dəniz quldurları geniş fəaliyyət göstərirdi.

Inkişaf etmiş ticarət və geniş meşələr Yeni İngiltərədə gəmiqayırmanın sürətli inkişafına şərait yaratdı. Buna İngiltərə dənizçilik qanunlar ıda kömək etdi. Bu qanuna əsasən ticarət malları ancaq İngiltərə və onun müstəmləkələrinin gəmilərini ilə daşınmalı idi. Gəmiqayırma sənayesindən başqa müstəmləkələrdə xüsusilə şimalda ağac emalı, iaşə, toxuculuq məmulatı və b. sənaye sahələri inkişaf etdi. Bu yerlərdə sənətkarlıq və manufakturalar fəaliyyətdə idi.

Yeni İngiltərə və Atlantik okeanı müstəmləkələrində cənubda olduğu kimi patriarxal təsərrüfat səciyyəvi idi. Lakin, buralarda əmtəə təsərrüfatları da var idi ki, bunun vasitəsi ilə kapitalist ünsürləri və təbəqələşməsi güclənirdi. Ingilərə aristokratları Holandiya “patronları” kimi Amerikaya feodal qaydaları gətirməyə çalışırdılar. Lakin, onlar da bu sahədə müvəffəqiyyətə nail ola bilmədilər. Müstəmləkələrdə torpaq üzərində inhisar yartmaq mümkün deyildi. Çünki, müstəmləkə əhalisi qərbə gedərək orada torpaq əldə edə bilərdilər. Buna görə də müstəmləkələrdə toplanan “kvinrenta” möhkəm renta çox çətinliklə toplanırdı. Zorla torpaq ələ keçirmək burada geniş yayılmışdı. Bu işlə fermerlərin ən yoxsul təbəqəsini təşkil edən skvatterlər əsasən məşğul idilər. Varlılar qanuni və qeyri qanuni yollarla olduqca böyük torpaq sahələri öz əllərinə keçirmişdilər. Müstəmləkəçi burjuaziya üçün torpaq alveri ən xeyirli məşğuliyyət forması idi.



Yüklə 47,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin