Şİmali amerikada iSTİqlaliYYƏt uğrunda mühariBƏ. abş ın- yaranmasi



Yüklə 47,91 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü47,91 Kb.
#39315
1   2   3   4
ŞİMALİ AMERİKADA İSTİQLALİYYƏT UĞRUNDA MÜHARİBƏ

Sinfi mübarizə.

Beləliklə, müstəmləkələrdə kapitalist cəmiyyəti formalaşırdı. Burada Avropa feodalizm qalıqları və quldarlıq var idi. Cəmiyyətin bu cür quruluşuna müvafiq olaraq onun daxilində müxtəlif formalarda sinfi mübarizə davam edirdi. Sahil şəhərlərində XVII əsrdə çox miqdarda olan fəhlələr özünəməxsus tətillər təşkil edirdilər. Onlar əmək haqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirdilər. Məcburi nökərlər belə imkanlar malik deyildilər. Onların etirazı hər şeydən əvvəl işlədiyi müəsisədən qaçmaq və sui-qəsd təşkil etməklə özünü göstərirdi.

Səciyyəvi haldır ki, məcburi nökərlər, xüsusilə XVII əsrdə çox zaman zənci qullarla birgə çıxış edirdilər. Güclü təzyiq altında olan bu təbəqələr mübarizə, aparırdılar. Onlar müxtəlif metodlara əl ataraq quldarlara qarşı mübarizə aparırdılar. Onlar mühacirlərdən, sabotajlardan , əmlakı yandırmaqdan başqa, nəhayət XVIII əsrdə daha güclü olan üsyanlarda da geniş iştirak edirdilər.

Müstəmləkələrdə ictimai-həyatın xarakterik xüsusiyyətləri fermerlərin həyacanı idi. Qərbdə fermer rayonlarında onları ticarət burjuaziyası və kral məmurları istismar edirdilər. Xalq kütlələrinin narazılıq və həyəcanları, geniş siyasi hərəkat üçün zəmin yaratdı.

Müstəmləkəçilik dövründə ən geniş siyasi hərəkat 1676-cı ildə Nataniel Bekonun başçılığı ilə Virginiyada olmuşdur. İngiltərə bu müstəmləkələri amansız istismar edirdi. İngiltərə naviqasiya qanunlarına əsaslanaraq, burada tütün ixracını inhisar altına almışdı. Varlılara əsaslanaraq qubernator Berkli Virginiyanı qəddar qayda ilə idarə edirdi. Bəzi müvəffəqiyyətlərə malik olan Bekon üsyanı qanlı bir şəkildə yatırıldı. Lakin, bu üsyanın nəticəsində seçki hüququ bir az genişləndi və bəzi islahatlar verildi.

Ingiltərə koloniyaların iqtisadi həyatını sıxışdırırdı. Koloniyalar xammal mənbəyi olaraq İngiltərə üçün pul əldə etmək üçün bir vasitə idi. Naviqasiya aktları vasitəsilə onların digər dövlətlərlə ticarətinə hədd qoyulurdu. Dəmirəritmə və yun sənayesi sıxışdırılır və qadağan edilirdi.

XVIII əsrin II yarısında koloniyaların əksəriyyəti kral tərəfindən təyin edilən qubernatorlar tərəfindən idarə olunurdu. Qubernatorlar hətta koloniyaların yerli qanunverici orqanlarının qərarlarına veto qoya bilirdilər. Lakin, maliyyə cəhətdən bu orqanlardan asılı olmaları onların fəaliyyətini nisbətən məhdudlaşdırırdı. Qubernatorlar ilə bu orqanlar arasında gedən mübarizədə axırıncılar qalib çıxırdılar. İngiltərə parlamentində koloniyaların nümayəndələri yox idi.
Əmlak və yaş senzinin mövcudluğu yerli orqanlara ancaq varlıların seçilməsini təmin edirdi. Koloniyaların birləşdirilməsi məsələsi öz kəskinliyi ilə qarşıya çıxırdı. Bu cəhətdən milli-azadlıq hərəkatının pioneri sayılan Bencamin Franklin 1754-cü ildə Olbanidə konqres çağırır, lakin, istəyinə nail olmur. Şam və sabun bişirən ailəsində anadan olmuş B.Franklin koloniyaların İngiltərədən ayrılmasının və burjua rəqabətinin tərəfdarı idi. Lakin, hinduların və zəncilərin vəziyyətinə biganə idi. Onun “Varlanmağın yolu” kitabı xüsusilə geniş yayılmışdı. Qənaətçilliyi, işgüzarlığı, əməli fəaliyyəti və haqq-hesab işinin yüksək qiymətləndirilən B.Franklin varlanmağın yolunu göstərirdi.

Yeddi illik müharibədən sonra ağır maliyyə vəziyyətinə düşmüş İngiltərə koloniyaların hesabına xəzinəni doldurmaq fikrində idi. Fransa kimi rəqibi məğlub etdikdən sonra növbə Amerika koloniyalarındakı kapitalizmə zərbə vurmaq idi. Xüsusilə sənaye çevrilişindən sonra İngiltərə Amerikanı əvvəlki vəziyyətdə saxlamaqda maraqlı idi.

Yeddi illik müharibədən sonra İngiltərə koloniyalara qarşı sərt kurs götürürdü. Birinci olaraq kontrabanda ticarətinə zərbə vurdu. 1736-ci ildə III Georq tərəfindən verilmiş fərmana əsasən Alleqan dağlarından qərbə doğru torpaqların məskunlaşdırılması qadağan edilirdi.

1764-cü ildə Amerika üçün yeni gömrük qanunları verilir. Bu qanuna görə Avropa ölkələrindən və onların amerikan ərazilərindən gələn mallara rüsum qoyulurdu. Bu əsasən Vest-Hind şəkərinə və patokaya aid idi. Bütün koloniyalarda kağız pul buraxmaq qadağan edilirdi. Vergi və rüsum isə gümüş pulla yığılırdı. 1765-ci ildə verilən qanuna görə ingilis qoşunları üçün ingilis qanunları üçün kazarmalar tikilir və yeməklə təmin olunmalı idi. Həmin ildə gerb vergisi qoyulur. Bütün hüquqi və təsərrüfat sənədləri, elanlar, qəzetlər bu rüsumu ödəməli idi. 1765-ci ildə kolonistlərin konqresi bu vergini tanımaqdan imtina edir. Ingilis malları boykot edilir. Gerb rüsumuna qarşı hərəkatda, fəhlə, sənətkar, xırda burjuaziyanın nümayəndələrindən ibarət “Azadlıq oğulları” təşkilatı böyük rol oynayırdı. 1766-cı ildə gerb rüsumu ləğv edilir. 1767-ci ildə çay, şüşə, rəng üzərinə qoyulmuş əlavə vergi ( Taunşend vergisi ) yeni xalq hərəkatına səbəb olur. Koloniyalarda ingilis qoşunlarının yerləşdirilməsi davam edilirdi. Bir qədər sonra bu vergilər çaydan başqa ləğv olunur. Koloniyalarda xalq hərəkatı iki yerə inqilabçılara, royalistlərə bölünürdü.

Boston fəhlələri kazarma tikməkdən etiraz etdilər. Boston əhalisi nümayişlər edir, silah toplayırdılar. 1770-ci ilin martın 5-də Bostonda ilk dəfə İngilis qoşunları ilə toqquşma baş verir. 6 nəfər ölür. Boston qırğını geniş əks –səda olmasından ehtiyyat edən hökümət ingilis qoşunlarını şəhərdən çıxarır. 1772-ci ildə elan edilir ki, bundan sonra qubernatorlar kral xəzinəsindən maaş alacaqlar. Bu kral məmurlarının özbaşınalığını artırırdı.

1773-cü ildə parlament Ost-Hind şirkətinə Amerika bazarında çay satmağa icazə verir. Bu koloniyaların etirazına səbəb oldu. Bu “çay qanunu” tacir-kontrabantçıların maraqlarına zərbə vurdu. Ost-Hind şirkəti tərəfindən gətirilən çay amerikan limanlarına gətirilir. Bostonda bir qrup vətənpərvər bütün çayı dənizə tökür. Bu “Boston çay dəstgahı” 1773-cu ildə dekabrında baş vermişdir. Bu əhvalatdan sonra Boston limanı bağlanır. Massaçusetsdə şəhər mitinqləri qadağan edilir, özünüidarə ləğv edilir.

Burjuaziya öz orqanlarını yaradır. Bostonda ilk orqan muxbir komitəsi yaradılır. Semuel Adams, Cozef Uorren, Polem River onun başçıları idi. Komitə Bostonda faktiki hakimiyyəti ələ alır və digər koloniyalarda hakimiyəti ələ almağa çağırır. 1773-cü ildə Virginiyada və digər yerlərdə də belə komitələr yaranır. Virginiya komitəsinin başçısı T.Cefferson idi.

1774-cü ildə parlament Missisipi və Ohayo çayları arasındakı ərazini Kanada ərazisi Kvebenə qatır, bu da böyük narazılığa səbəb olur.

1774-cü ildə sentyabrda Filodelfiyada I Kontinental konqres toplanır. Bütün koloniyaların nümayəndələri burada iştirak edirdi. Kontinental konqresdə 56 nəfər: vəkillər, tacirlər və plantatorlar iştirak edirdilər. Konqres ingilis mallarının boykot edilməsi, əmrlərə itaətsizlik, hərbi hazırlıq işlərinə başlamaq haqqında qətnamə qəbul edir. Hər koloniyanın özündə xalq komitələri yaranır ki, sonradan bunlar təhlükəsizlik komitələri adlanır. Bu komitələr ticarətə nəzarəti gücləndirirdilər.

1775-ci ilin aprelin 13-də Boston yaxınlığında Leksinqton və Konkord şəhərlərinə göndərilən ingilis qoşunları kolonistlərin və könüllü dəstələrin hücumuna məruz qaldılar. Səpələmə taktikasından istifadə edən kolonistlər ingilisləri məğlub edirlər.

Konkord və Leksinqton yaxınlığında döyüş bütün koloniyaların üsyana qalxmasına siqnal oldu. Boston yaxınlığında partizan düşərgəsi yaradılır ki, bura 20 min adam toplanır. Boston mühasirəyə alınır.

Ingiltərə ilə müharibədə 13 koloniya iştirak edirdi. Onların əhalisinin çoxu inqilaba qalxsa belə, bunu əleyhinə olanlar da var idi. Ingiltərə tərəfdaşlarına tori və ya loyalistlərə ingilis çinovnikləri, ingilis tacirlərinin agentləri, ingilis din xadimləri, iri torpaq sahibləri-varlı plantatorlar və tacirlər aid idi. Inqilab tərəfdaşları sırasında vigilər və ya vətənpərvərlər varlı mühafizəkarların yuxarı dairəsi və radikal burjua-demokratik qanadı var idi. Burjua-demokratik qanada fermerlər, şəhər fəhlələri, sənətkarlar daxil idi. Rəhbərliyi isə radikal burjuaziya edirdi. Bu hərəkatın nümayəndələri arasında Tomas Cefferson, Semuel Adams, Patrik Qenri idi.

1775-ci ildə mayın 10-da hərbi əməliyyatlar başlayandan dərhal sonra II Kontinental konqres açılır. Ingiltərə ilə müharibə vəziyyəti təsdiq edilir, ordunun yaradılması haqda qətnamə qəbul edir. Corc Vaşinqton ordunun başçısı təyin edilir. C.Vaşinqton varlı Virginiyalı plantatorun oğlu idi. Konqres amerikanlara silahlanmaq hüququ verdi.

1775-ci il iyun ayında Banker-Xill yaxınlığında döyüşdə amerikanlar ingilis qoşunlarına ilk zərbəni endirdi. Digər könüllü dəstələr Kanada üzərinə hücuma keçdilər. Xırda qələbələrə baxmayaraq müvəffəqiyyət qazanılmadı. Kanadalı fransızlar qiyamçılara kömək etmədilər, bununla belə ingilislərə də qoşulmadılar.kolonistlərin Kanadaya yürüşü İngiltərəni bütün müharibə boyunca Kanadada qoşun saxlamağa məcbur etdi, bu da cəbhədə ingilislərin gücünü zəiflədirdi.

Müharibənin ilk ilində Şimali Karolina və Virginiya İngiltərədən ayrıldığını elan edir. 1776-cı il iyulun 4-də II Kontinental konqres İstiqlaliyyət Bəyannaməsini qəbul edir. Ştatlar (koloniyalar) birləşərək ABŞ adı altında dövlət yaratdılar. Bu bəyannamənin müəllifi T.Cefferson idi. (1743-1826) Bu bəyannamə bütün insanların bərabərliyini, onların yaşamaq, azadlıq və xoşbəxtlik hüququnun olmasını elan edirdi.

1776-cı il mayında kolonistlər Bostonu tutduqdan sonra Nyu-Yorku ingilislərdən azad etməyə çalışdılar. Lakin, müharibənin axırına qədər Vaşinqton öz ordusu ilə Nyu-Yorkda qalır.

1777-ci ilin ortalarında Kanadadan gətirilən general Berqoyun başçılığı altında ingilis ordusu Nyu-York ətrafındakı qoşunla birləşməyə çalışır. Bu yürüşün əsas məqsədi Yeni İngiltərəni Vaşinqton ordusundan və Cənub ştatlarından ayrılmaq idi. Lakin, Yeni İngiltərənin könüllü dəstələri amerikan qoşunları ilə birləşəcək Berqoyun ordusunu mühasirəyə aldılar. Oktyabrın 19-da Berqoyun ordusu Saraqota yaxınlığında məğlubiyyətə uğradı.

Saratoqa döyüşü müharibənin gedişində dönüş oldu. Bu döyüş beynəlxalq vəziyyəti amerikanların xeyrinə dəyişdi. 1778-ci ilin fevralında fransızlar amerikanlarla ittifaq və ticarət müqaviləsi bağlayaraq ingilislərlə müharibəyə girdi. 3 ildən sonra İngiltərənin daha iki rəqibi İspaniya və Hollandiya da müharibə qoşuldu. 1780-cı ildə Rusiyanın təklifi ilə “Bitərəflər Liqası” yarandı. Bu sənədə görə bütün neytral ölkələr silahdan başqa bütün məhsulları öz gəmilərində döyüşən tərəflərə çatdıran bilərdilər. Bu liqanın yaranması İngiltərəni dünyadan təcrid etdi.

Fransa-Amerikan ittifaqından sonra Atlantikokeanda dəniz müharibəsi gücləndi. Fransız flotiliyası Vest-Hindistanda ingilislərlə döyüşərək onları materikdən uzaqlaşdırmağa çalışırdı. 1781-ci ilin payızında Vaşinqton ordusu və Roşambo ilə Lafayetin başçılığı altında fransiz hissələri Yorktaun yaxınlığında ingilis generalı Kornuollisi böyük ordusunu mühasirəyə aldılar. Dəniz tərəfdən fransız eskadras şəhərə yaxınlaşaraq ingilis donanmasını ora yaxın buraxmadı. 1781-ci ilin oktyabrın 19-da Kornuollisin ordusu məğlub oldu. Bu faktiki olaraq Amerika materikində müharibənin sonu idi. Fransada Amerikan səfiri olan B.Franklin və ABŞın digər səlahiyyətli şəxsləri tərəfindən uzun və mürəkkəb sülh danışıqları nəhayət 1783-cü ildə sülh sazişi ilə bitdi.

Müharibədən çıxmış yeni dövlətin iqtisadi vəziyyəti qeyri-stabil idi. Ticarət əlaqələri zəifləmişdi. Sənayedə tənəzzül gedirdi. Pulun dəyəri aşağı düşdü. Cənubda fəhlə qüvvəsi çatmırdı. On minlələrlə xaricə qaçmış loyalistlərin torpaqları müsadirə olunub, xırda sahibkarlar arasında bölünür, və ya torpaq alverçilərinin əlinə keçir. Müharibə ərzində və sonra Qərb torpaqlarına axın gedirdi. Qərb torpaqları üstündə müxtəlif ştatlar arasında narazıçılıq olduğundan 1781-ci ildə konqres bu torpaları federasiyanın mülkiyyəti elan edir.

1777-ci ildə ABŞın I Konstitusiyası- “Əbədi İttifaq və konfederasiyanın maddələri” konqres tərəfindən qəbul edilir, 1781-ci ildə isə bu konstitusiya ştatlar tərəfindən təsdiq edilir. Bu konstitusiya bütün ştatlara müstəqillik verir, konfederasiyanın konqresi isə məşvərət orqanı sayılır.

Konqresin xəzinəsi boşaldığından, həmçinin hərbi borcların dövləti çətin vəziyyətə saldığından ordu əmək haqqı ala bilmir. 1781-1783-cü illərdə orduda həyəcanlar baş verirdi, hətta dövlət çevrilişi cəhdləri də olurdu. Müharibə bitdikdən sonra vətənpərvərlər arasında mübarizə gücləndi. Xalq kütlələri inqilabdan gözlədiyi əsil bərabərliyi ala bilmədi. Müharibədən sonrakı dövrün ağırlığı xalqın üzərinə düşmüşdü. Borcların qaytarılması, kağız puldan metal pula keçirilməsi fermer və sənətkarları müflisləşdirirdi. Xalq hərəkatının ən yüksək zirvəsi Şeys üsyanı oldu. Bu üsyanda keçmiş cəbhəçilər iştirak edirdilər. 1786-1787-ci illərdə bu üsyan bütün Massaçusets və Yeni İngiltərənin digər ştatlarını bürümüşdü. Tacirlər üsyanı yatırmaq üçün hərbi dəstələr yaratmaqdan ötrü pul toplayırdılar. Üsyan yatırılsa da, burjuaziyanın hökümətdə möhkəmlənməsinə təkan oldu.

1787-ci ildə Filadelfiyada tacir, bankir, sənayeçi, plantator və torpaq alverçilərdən ibarət xüsusi “konstitusiya konventi” toplandı.

Vaşinqtonun rəhbərliyi altında konvent ABŞ ın konstitusiyasını hazırladı. Bəzi dəyişikliklərə baxmayaraq bu konstitusiya bu günə qədər fəaliyyətdədir. Konstitusiyaya görə ABŞ federasiyadan ordu və donanmaya malik prezidentin başçılıq etdiyi ittifaq dövlətə çevrildi. Konqress iki palatadan: nümayəndələr palatası və senatdan ibarət idi. Səs vermək hüququ ayrı-ayrı ştatlar tərəfindən nizama salınırdı. Konstitusiyaya zidd olan qanunları dayandıran ali məhkəmə təsis edildi. Bu konstitusiyada demokratik azadlıqlar haqqında heç nə deyilmirdi. Konstitusiyanın tərəfdarları federalistlər adlanırdı. Cefferson və Patrik Qenrinin rəhbərlik etdiyi antifederalistləri fermerlər, şəhərin plebey kütlələri təşkil edirdi. 1788-ci ildə b konstitusiya təsdiq edildi. 1789-cu ildə isə konqres “Hüquq haqqında Bill” adlanan 10 düzəlişi əlavə etdi. Bu söz, mətbuat, yığıncaq, din azadlığı, kilsənin dövlətdən ayrılması, şəxsiyyətin toxunulmazlığı andlılar məhkəməsi və.b. düzəlişlər idi.

Ölkədə burjuaziyanın rəhbərliyi altında dövlət birliyi yarandı.

Istiqlaliyyət uğrunda müharibə burjua inqilabı olub milli-azadlıq mübarizəsi məsələsini həll edərək Amerikada kapitalizmin inkişafını sürətləndirən sosial-iqtisadi proseslərə gətirib çıxartdı. Bu müharibə feodalizmin qalıqları olan kvintrenta və mayoratı ləğv etdi. Həmçinin ingilis müstəmləkəçiliyindən azad edərək sənayenin və ticarətin inkişafına təkan verdi. Bu inqilab öz dövrünün inkişaf etmiş burjua-demokratik respublikasının yaranmasına gətirib çıxartdı.

Hamilton və Medisonun başçılığı altında irticaçı bir dəstə konstitusiyalı monarxiya yaratmaq fikrində idi. 1783-cü ilin noyabrında ordunun böyük bir hissəsi buraxıldı. Əməkhaqqıları verə bilməyən hökümət bunun əvəzində əsgərlərə torpaq sahələri almaq hüququ verən şəhadətnamələr, bir də borc kağızları- sertifikatlarla haqq-hesab çəkdi. Çoxsaylı kağız pulların buraxılması onların qiymətdən düşməsinə gətirib çıxarırdı. Nyu- Hempşer, Rod-Aylenddə, Vermontda müflis olmuş fermerlərin narazılıqları başlayır. 1786-cı ilin payızında Massaçusetsdə müflisləşmiş fermerlərdən olan Daniel Şeysin başıçılığı ilə üsyan başlayır. 1787-ci ilin fevralında D.Şeys və dəstəsi mühasirəyə alınaraq məğlub edildilər.

Ölkədəki qarışıqlıq 13 ştatın daha da sıx birləşməsini tələb edirdi. 13 ştatın hər birinin öz qanun-qaydaları var idi. Ölkədə vahid pul sistemi olmadığından müxtəlif əskinaslar dövriyyə edirdi. Xarici siyasət məsələləri də böyük əhəmiyyət kəsb edirdi.

“Konfederasiyalar maddəsi” əsasında yaranmış zəif hökümət ABŞ beynəlxalq aləmdə lazımi səviyyədə təmsil edə bilməzdi.

1787-ci il mayında, 1781-ci ilin konfederasiya maddələrinə yenidən baxmaq üçün konstitusiya konventi açıldı. 55 nəfərdən -20-si plantator 23-bankir, tacir, sənayeçi 10 vəkil, 2 yer həkim və müəllim. Sentyabrda konvent işini başa çatdırdı.



  • 1787-ci il konstitusiyası yeni federal və yaxud ittifaq dövləti yarandığını elan edirdi.

  • Ştatlar özünü idarə və konstitusiyalarını saxlayırdılar.

  • Qanunverici hökümət- Konqessə mənsub idi. Konqress iki palatadan- nümayəndələr və senatdan ibarətdir.

  • Nümayəndələr palatası üzvləri əhalisinin proporsional sayına müvafiq hər ştatdan 2 illiyinə seçilir.

  • Senatorlar isə- 6 illik müddətə, hər ştatdan iki nəfər olmaqla seçilir.

  • Qanunun qəbul edilməsi üçün hər iki palatanın razılığı vacib idi.

  • Icraedici hakimiyyət prezidentə verilir. Prezident 2 mərhələli seçkidə seçilir.

  • Prezident nazirləri (katibləri) təyin edir, nazirlər ancaq prezident qarşısında cavabdeh idilər.

  • Prezident də ali komandandır. Əgər qanun konqresin 3\2-ni razı salmırsa, prezident ona veto qoya bilər.

Konstitusiya ABŞın ali məhkəməsini də təsis edirdi ki, bura da ömürlük təyin olunmuş hakimlər daxil idi. Ali məhkəmə, qanunda ABŞ konstitusiyasına ziddlik taparsa bu qanunu ləğv edə bilər. Qul alveri qadağan edilmirdi.

1787-ci il konstitusiyası 13 ştatdan 9 nun konventi onu ratifikasiya etdikdən sonra qüvvəyə minməli idi. Konstitusiyanın tərəfdarları federalistlər adlanırdı. Hamilton, Medison, Vaşinqton. Konstitusiya əleyhinə olanlar isə antifederalistlər T.Cefferson və s. təkilf edirdilər ki, konstitusiyaya düzəlişlər edilsin.


İstiqlaliyyət uğrunda müharibədə ABŞ-ın qələbəsi müstəqil milli inkişaf üçün zəmin yaratmış oldu. XVIII əsrin sonunda Avropada Fransa, Hollandiya, İspaniya kimi dövlətlərin xarici ticarətindən gələn gəlirinə malik idi. Məhz bu dövrdə ABŞda gəmiçilik, ticarət üçün böyük bum keçirməkdə idi. 1803cü ildə ABŞ Fransadan Luiziana ərazisini 15 mln dollara alır. Bu isə ABŞ ın ərazisinin 2 qat artması demək idi. Bu ərazilər satılan zaman sərhədlər dəqiq müəyyən edilmədiyi üçün 1810 cu ildə ABŞ Floridanın qərbini də İspaniyadan qopardı. Amerikalıların qərbə doğru irəliləmələri hindu qəbilələrinin kütləvi surətdə qırılmasına gətirirdi. Hindular müqavimət göstərsələr də nəticə etibarı ilə məğlub olur və öz torpaqlarından çıxarılmağa məcbur olurdular. (Hindu qəbilələri arasında birliyin olmaması onların əsas məğlubiyyət səbəblərindən idi.) Hindular zorla Qərbə doğru-səhralara doğru sıxışdrılırdılar.Təkcə Çeroke qəbiləsi belə köçürülmə zamanı 4 min adam itirmişdi. (14mindən) 1810-1811ci illərdə hindular Alkonkin qəbiləsinin başçısı Tekumzenin rəhbərliyi altında müstəqillik uğrunda böyük mübarizəyə qalxdılar.Tekumze Kanadadan Floridaya kimi çox böyük ərazidə yaşayan hinduları bu müharibəyə cəlb etmək fikrində idi. Ayrı-ayrı qələbələrə baxmayaraq bu müharibədə hindular məğlub oldular. II İngilis Amerikan müharibəsi zamanı (1812-1815) hindular ingilislər tərəfindən vuruşur lakin yenə də məğlub olurdular. Bundan sonra hinduları Missisipi çayından qərbə doğru onlar üçün ayrılmış rezarvasiyalara qovurlar. Külli miqdarda yeni torpaqların əldə olunması ABŞ-da kapitalizmin eninə inkişafına səbəb olur.Torpaq üzərində heç bir feodal məhdudiyyətinin olmaması kapitalizmin kənd təsərrüfatında sürətli inkişafına səbəb oldu. İstiqlaliyyət müharibəsindən sonra Britaniya taxt-tacının, aristokratların torpaqları müsadirə edilmiş və kiçik sahələrlə satışa buraxılmışdı. 1800-cü ildə verilmiş qanuna görə Qərbdə satılan torpaqların miqdarı 640 akrdan 160 akra endirildi. Həmçinin bunun pulun vermək üçün fermerlərə möhlət də verirdilər.

XVIII əsrin sonu- XIX əsrin əvvələrində ABŞ aqrar ölkəsi olaraq qalırdı. Bu dövrdə əhalinin 95-96 % - i kənd təsərrüfatı ilə məşğul olurdu. Ştatların iqtisadi inkişafı müxtəlif yollarla getmişdi. Əgər Şimalda fermer təsərrüfatı əsas idisə, cənubda quldar plantator təsərrüfatı çiçəkləklənirdi. Amma kənd təsərrüfatında çalışanların 85 % - ni fermer təsərüffatı təşkil edirdi. Fermer təsərüffatının tədricən bazarla əlaqəsinin inkişafı nəticədə ABŞ da kənd təsərrüfatı kapitalizmin surətli inkişafına səbəb olurdu. Cənub plantasiyalarında əsasən pambıq, tütün becərilirdi. Xüsusilə dünya bazarında pambığa olan tələbatın artması cənubda bu bitkinin plantasiyalarının artmasına səbəb olmuşdu. 1793 – cü ildə amerikalı Uitni pambığı toxumlarından təmizləyən maşını ixtira etdi. Bu maşının köməyi ilə bir adam gündə 50 funt pambıq təmizləyə bilərdi ki, əvvəl bu işi yalnız 3 - 4 adam görə bilərdi. Tezliklə bu maşının istehsal gücü gündə 100 – funta çatdırıldı. Bu ixtira pambığın təmizlənməsinin dəyərlərini azaltdığı üçün pambığın inkişafı gözəl imkanlar qazanmış oldu. Əgər 1791 – ci ildə pambıq cəmi 2 ştatda – Corciya və Cənubi Karolinada becərilirdisə sonrakı illər, bütün cənub ştatlarında becərilməyə başlandı. 1791 – ci ildə 1,5 mln funt pambıq istehsal edilmişdisə, 1810 – cu ildə bu rəqəm 101 mln funta çatdı. Bu ildə təkcə İngiltərəyə ixrac edilən pambıq 93 mln funta çatmışdı. Qulların sayı da artırdı. Əgər 1790 – cı ildə 700 min qul plantasiyalarda işləyirdisə, 1810 – cu ildə bu rəqəm 1,2 mln qula çatmışdı. Bu dövrdə ABŞ da kənd təsərrüfatının inkişafına baxmayaraq sənaye cəhətdən ölkə hələ ingilislərin təsirindən azad olmamışdı. Engels yazırdı ki, ABŞ müstəmləkə bazarı olaraq qalırdı. XIX əsrin I onilliyində ilkin kapital yığımı prosesi güclənir. Əsasən qul alveri, hindularla bərabər olmayan ticarət, torpaq möhtəkirliyi ilkin kapital yığımının mənbələri olublar. Boş torpaqların olması hamını qərbə çəkirdi. Digər tərəfdən fabrikdə istehsal olunmuş ucuz ingilis malları ilə Amerika manufakturalarında istehsal olunmuş amerikan malları rəqabət apara bilmirdi. Amerika sənayesinin inkişafı üçün təkan 1807 – də İngiltərə ilə ticarət əlaqələrinin kəsilməsi oldu. 1807-1809-cu illərdə 89 toxucu müəssisəsi tikilmişdi. İlk fabrik Rodaylend ştatında Sleyter tərəfindən tikilib. (Bu şəxs Arkraytın yanında işləyib 1790) 1814-cü ildə ilk mexaniki toxucu dəzgahı işə düşür. İstiqlaliyyət müharibəsindən sonra amerikan millətinin formalaşması prosesi də sürətlənir. Milli mədəniyyət yaranır. Nümayəndələri-Fenimor Kuper, Vaşinqton İrvinq, Viliam Brayant və başqaları olub.



ABŞ-da İstiqlaliyyət müharibəsindən sonra konstitusiya qəbul edilməsi ilə əlaqədar olaraq 2 siyasi partiya formalaşır. 1-ci partiya Federalist-quldar plantatorları, iri burjuaziya nümayəndələrinin partiyası idi. Onlar konstitusiyanın qəbul edildiyi şəkildə saxlanmasını istəyirdilər. 2-ci siyasi partiya Antifederalist və ya respublikaçılar konstitusiyanın demokratikləşdrilməsini istəyirdilər. Respublikaçılar əsasən fermerlərə, xırda şəhər burjuaziyasına arxalanırdı. 1789-da Corc Vaşinqton ABŞın ilk prezidenti seçildi. Konqresə əsasən plantatorların və iri burjuaziyanın nümayəndələri daxil idi. Vaşinqton və Hamilton federalist partiyasının görkəmli başçıları idi. (Hamilton maliyyə naziri idi) 1796-cı ilə kimi Vaşinqton prezident oldu. Sonra onu bu kürsüdə Con Adams əvəz etdi. Bu dövrdə federalistlər xalq kütlələrinin təzyiqi altında konstitutsiyaya ilk 10 əlavəni etdilər. (1791) Fransa inqilabı 2 partiya arasında mübarizəni daha da kəskinləşdirdi. Federalistlər əsasən İngiltərə ilə əməkdaşlıq etmək kimi xarici siyasət kursu yeridirdilər. 1794-cü ildə ABŞla İngiltərə arasında bağlanmış ticarət müqaviləsi ölkədə böyük narazılıq yaratdı. Cefersonun başçılığı altında olan respublikaçılar Fransa inqilabına rəğbətlə yanaşırdılar. 1798-ci ildə xaricilər və xəyanət haqqında qəbul edilmiş qanunlardan federalistlər öz rəqiblərinə qarşı istifadə etməyə başladılar. Fransa inqilabının təsiri altında Filadelfiyada, Çarliston, Nyu-Yorkda demokratik klublar açılır ki, xalq kütlələri burada yaxından iştirak edirdilər. 1793-cü ilin aprelində Vaşinqton konqreslə məsləhətləşmədən Avropada Fransaya qarşı aparılan müharibələrdə ABŞın bitərəfliyini elan etdi.Əslində Vaşinqton İngiltərə ilə yaxınlaşmağa meyl edirdi. Mövcud demokratik klublar federalistlərin xarici siyasətini tənqid edirdilər. Antibritaniya hərəkatı elə geniş vüsət alır ki, ABŞ höküməti 1794cü ildə İngiltərə ilə ticarət əlaqələrini kəsir, o vaxta kimi ki, İngiltərə öz qoşunlarını 1783cü il Paris sülhünün şərtlərinə əsasən şimal qərb fortlarından çıxarsın. 1794cü ildə buğdadan viski düzəltməyə görə əlavə vergi qoyulması Qərbi Pensilvaniyada, Qərbi Virginiyada silahlı hərəkatın başlanmasına səbəb oldu. 1799cu ildə Con Freysin başçılığı altında pəncərə vergisinə qarşı üsyan başlanır. Haiti adasında qulların üsyanı xəbəri cənubda qulların çıxışlarına səbəb oldu.Virginiyada 30 min kölə Qabrielin başçılığı altında üsyana hazırlaşırdı. (1800cü ildə) Federalistlərin daxildə irticaçı siyasətinə cavab olaraq respublikaçıların başçılığı altında olan hərəkat açıqdan açığa hökümətin siyasətini dəyişməzsə, müharibə ilə hədələyirdi. (Kentukki Virginiya ştatlarının qanunverici məclislərinin qətnamələri buna sübutdur.) Federalistlər hökümətinin silahlı yol ilə devrilməsinə Nyu-Yorkda hazırlıq gedirdi.1800cü ildəki prezident seçkilərində Tomas Cefferson qalib gəldi. (1801-1809) o, prezident olduqdan sonra irticaçı qanunları ləğv edib Rusiya ilə diplomatik münasibətlər yaradır. (1808) Torpaq almaq üçün fermerlərə güzəştlər edilir. 1812ci ildə II İstiqlaliyyət müharibəsi başlandı. İngiltərənin ABŞ ın suverenliyini tanımaması müharibənin əsas səbəbi idi. Digər tərəfdən 1803cü ildə silahlanmış Luiziananin bəzi hissələrinə İngiltərənin iddiası var idi. İyunun 18 də başlanan müharibə heç bir tərəfə üstünlük gətirmir. Bu dövrdə prezident Ceyms Medison idi. (1809-1817) Federalistlər bu müharibənin əleyhinə çıxdılar. Hətta Xartford Konventində şimal şərq ştatlarının ABŞdan ayrılması müzakirə olunur. 1814cü ilin avqustunda ingilislər Vaşinqtonu tutdular. Lakin, Baltimor yaxınlığında məğlub oldular. 24 dekabr 1814 cü ildə Gent müqaviləsi imzalandı.
Yüklə 47,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin