SİN-in nəzəriyyəsi və metodikası (SİN-in tədrisinin ümumi əsasları) - BTİ
III kurs ixtisas (AZ)
50 (açıq sual)
1. Gimnastikada hərəkətlərin öyrədilməsinin neçə mərhələsi var?
Cavab: 3
üç
2. Hərəkətlərin öyrədilməsində neçə didaktiki prinsiplərdən istifadə olunur?
Cavab: 5
beş
3. Danışıq, izahat, müzakirə etmək öyrətmənin hansı metoduna aiddir?
Cavab: söz
4. Öyrənilən hərəkət haqqında qabaqcadan təsəvvür yaratmaq öyrətmənin neçənci mərhələsinə aiddir?
Cavab: 1
bir
5. Dayaqlı tullanmada əllərlə təkan tullanmanın neçənci fazasıdır?
Cavab: 5
beş
6. İnsanda neçə hərəki qabiliyyət var?
Cavab: 6
altı
7. Hansı hərəkətlər çevikliyi inkişaf etdirir?
1.idman oyun növləri
2.ağırlıq qaldırmaq
3.təkmübarizlilik elementləri
4.velosiped sürmək
5.gimnastika və akrobatika hərəkətləri
6.marafon qaçışı
Cavab: 1,3,5
8. Dözümlülük hansı hərəkətlər vasitəsi ilə inkişaf etdirilir?
1.suya tullanma
2.uzun məsafəyə qaçış
3.atıcılıq
4.uzun məsafəyə üzmək
Cavab: 2,4
9. Əzələlərin gərginləşməsi hesabına müqaviməti dəf etmək və ya ona qarşı dayanmaq qabiliyyəti necə adlanır?
Cavab: qüvvə
10. İnsanın istənilən hərəkəti sərbəst, geniş amplituda ilə icra etmək qabiliyyəti necə adlanır?
Cavab: əyilgənlik
11. Özünün mürəkkəb hərəki fəaliyyətini optimal idarə etmək və tənzimləmək qabilliyəti necə adlanır?
Cavab: çeviklik
12. Müxtəlif intensivlikli yükün uzun müddətdə yerinə yetirilməsi qabiliyyəti necə adlanır?
Cavab: dözümlülük
13. İdman gimnastikasında qadınların çoxnövçülüyündə neçə alət var?
Cavab: 2
iki
14. Məktəbdə gimnastika dərsi neçə hissədən ibarətdir?
Cavab: 4
dörd
15. İnformasiya təminatı və nəzəri biliklər dərsin hansı hissəsində verilir?
Cavab: giriş
16. Sıra hərəkətləri və ÜİH dərsin hansı hissəsində keçirilir?
Cavab: hazırlayıcı
17. Hərəki qabiliyyətlərin inkişafına yönəlmiş hərəkətlər əsasən dərsin hansı hissəsində keçirilir?
Cavab: əsas
18. Orqanizmi nisbətən əvvəlki vəziyyətə gətirmək üçün verilən hərəkətlər dərsin hansı hissəsində keçirilir?
Cavab: tamamlayıcı
19. Kişilərdə azadə hərəkətlər neçə saniyə icra olunur?
Cavab: 90
20. Gimnastika alətlərində dayaqdan sallanmaya keçid necə adlanır?
Cavab: yatma
21. Gimnastika alətlərində sallanmadan dayağa keçid necə adlanır?
Cavab: qalxma
22. Paralel qolların uzunluğu necə metrdir?
Cavab: 3,5
23. Gimnastika tirinin eni neçə sm-dir?
Cavab: 10
on
24. Turnikin hündürlüyü neçə metr olmalıdır?
Cavab: 2,8
25. Dəstəli atın uzunluğu neçə sm olmalıdır?
Cavab: 160
26. Gimnastların hərəki potensialına neçə növ qüvvə daxil edilir?
Cavab: 3
üç
27. Gimnastların xüsusi fiziki hazırlığı hansı metodla müəyyənləşdirilir?
Cavab: testləşmə
testlə
28. Akrobatika tullanmalarını yerinə yetirmək üçün hansı iradi keyfiyyətə malik olmaq lazımdır?
Cavab: cəsarətə
cəsarət
29. Lentlə, toppuzlarla, iplə, halqa ilə hərəkətlər hansı idman növündə istifadə olunur?
Cavab:bədii gimnastika
bədii gimnastikada
30. Kişilərin gimnastika çoxnövçülüyündə neçə alət var?
Cavab: 4
dörd
31. Alətə istinad edərək qarışıq sallanma təsnifata görə hansı sallanmalara aiddir?
Cavab: statiki
32. Uzanaraq sallanma hansı sallanma növünə aiddir?
Cavab: qarışıq
33. Bucaqda dayaq hansı dayaq növünə aiddir?
Cavab: qarışıq
34. Sallanmadan aşaraq dayaq hansı qrup elementlərinə aiddir?
Cavab: qalxmaya
35. Kürəklərdə duruşu öyrətmək üçün hansı metoddan istifadə etmək olar?
Cavab: bütövlük
36. Klassik rəqsdə dabanlar bitişik, pəncələr, çiyin xətti istiqamətində qoyulmuş vəziyyət neçəncidir?
Cavab: 1
bir
37. Dirsəklərdən yellənərək dayağa qalxmaq hansı alətdə icra olunur?
Cavab: paralel qollar
paralel qollarda
38. Gimnastlar alətlərdə hərəkətləri icra edərkən əllərin sürüşməməsi üçün nədən istifadə edirlər?
Cavab: maqneziumdan
maqnezium
39. İtalyan dairələri hansı alətdə icra olunur?
Cavab: turnikdə
turnik
40. Dərindən tutma hansı alətdə yerinə yetirilir?
Cavab: halqalarda
halqalar
41. Gimnastika alətlərində hərəkətlər hansı elementlə başa çatır?
Cavab: sıçrayışla
sıçrayış
42. Koordinasiya qabiliyyəti dayanıqlıq vəziyyətində müvazinət saxlamaq bacarığı hansı yaşdan fəal inkişaf edir?
Cavab: 10
on
43. Dırmanmada və yenidən dırmanma hərəkətlərinin icra etməsi üçün istifadə olunan köməkçi alətlər hansılardır?
1.gimnastika divari, nərdivani
2.turnik, paralel qollar
3.gimnastika skamyası, kəndir
4.dəstəli at, halqalar
Cavab: 1,3
44. Dərsin hazırlayıcı hissəsində ÜİH hansı üç üsulla keçirilir?
1.ayrı-ayrılıqda
2.sayla
3.keçid
4.saysız
5.axın
6.fasiləsiz
Cavab: 1,3,5
45. Hansı gimnastika hərəkətləri musiqi müşayiəti ilə keçirilmir?
Cavab: alətlərlərdə
46. Halqalarda hərəkətlərin öyrədilməsində hansı öyrətmə üsulundan istifadə olunur?
Cavab: fərdi
47. Bədənin dayaqsız vəziyyətdə irəli, arxaya və yana sərbəst fırlanması necə adlanır?
Cavab: salto
48. Arxası dayağa tərəf olmaqla maksimal dərəcədə arxaya əyilərək qövsvari vəziyyət necə adlanır?
Cavab: körpü
49. Əllər üzərində duruş hansı alətlərdə yerinə yetirilir?
1.paralel qollarda
2.turnikdə
3.dəstəli atda
4.halqalarda
5.müxtəlif hündürlüklü qollarda
6.gimnastika tirində
Cavab: 1,4,6
50. Hansı alətdə bir istiqamətli və müxtəlif istiqamətli yellənmələr yerinə yetirilir?
Cavab: dəstəli at
dəstəli atda
Dostları ilə paylaş: |