http://w w w.amu.edu.az
31 yanvar 2017-ci il
2
Bundan sonra “Azərbaycan
Tibb Universitetinin Elmi-Tədqiqat
Mərkəzində 2016-cı il ərzində
yerinə yetirilən elmi-tədqiqat işlə-
rinin vəziyyəti və qarşıda duran
vəzifələr” barədə mərkəzin direk-
toru, professor Qalib Qarayevin
hesabatı dinlənildi. Elmi-Tədqiqat
Mərkəzinin patoloji proseslərin
modelləşdirilməsi,
eksperimental
cərrahiyyə, biokimya, farmakolo-
giya, toksikologiya, morfologiya,
immunologiya, elektron mikrosko-
piyası, bioloji fəal maddələrin sinte-
zi, eksperimental endokrinologiya
şöbələrindən, direktorluq, mü-
hasibat, vivarium bölmələrindən,
mühəndis-texniki
qruplarından
ibarət olduğunu diqqətə çatdıran
Q.Qarayev bildirdi ki, burada çalışan
108 nəfərdən 37 nəfəri elmi işçi, 19
nəfəri baş laborant, qalanları texniki
və yardımçı işçilərdir. Elmi işçilərin 5
nəfəri elmlər doktoru, 16 nəfəri isə
fəlsəfə doktorudur.
“Elmi-Tədqiqat Mərkəzinin əsas
vəzifələrindən biri də müxtəlif mü əs-
sisələrdən ezam olunan əmək daşlara
elmi, metodik və texniki kömək
göstərməkdir” - de yən məruzəçi bu
istiqamətdə üzərlərinə düşən vəzifə
borclarını yerinə yetirdiklərini vur-
ğuladı: “Əməkdaşlarımız hesabat
ili dövründə Səhiyyə Nazirliyinin 3
idarəsindən ezam olunan 3 nəfərə,
Azərbaycan Tibb Universitetinin
16 kafedrasından ezam olunan 23
nəfərə, Azərbaycan Milli Elmlər Aka-
demiyasının 3 institutundan ezam
olunan 4 nəfər əməkdaşa elmi-
tədqiqat işinin yerinə yetirilməsində
elmi, metodik və texniki kömək
göstərmişlər. Onlardan 7 nəfəri
elmlər doktoru, 17 nəfəri fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün
tədqiqat işləri aparmışdır”.
Burada tədqiqat işi aparan as-
pirantlara xüsusi diqqət yetirildiyini
söyləyən Q. Qarayev Elmi- Tədqiqat
Mərkəzinin maddi texniki bazasının
möhkəmləndirilməsinin ötən illərdə
olduğu kimi bu il də universitet
rəhbərliyinin diqqət mərkəzində ol-
duğunu dedi.
Mərkəzin direktoru 2011-ci il
hesabatında elektron mikroskopu ilə
bağlı olaraq ünvanlarına yönəldilən
problemin professor Eldar Qasımo-
vun layihəsi əsasında Azərbaycan
Prezidenti yanında Elmin İnkişafı Fon-
dundan udulan vəsait hesabına artıq
öz həllini tapdığını da diqqətə çatdır-
dı: “Bu gün Elektron mikroskopiyası
şöbəsi professor Eldar Qasımovun
rəhbərliyi altında dünya standartları-
na cavab verəcək səviyyədə fəaliyyət
göstərir. Mən bu yüksək tribunadan
Eldar müəllimə çəkdiyi zəhmətə görə
dərin minnətdarlığımı bildirirəm.
Mənimsənilən yeni metodlar nəinki
Elmi-Tədqiqat Mərkəzinə ezam olu-
nanların, eyni zamanda mərkəzin
əməkdaşlarının da geniş miqyaslı
tədqiqat işləri aparmasına şərait ya-
ratmışdır. Əvvəlki illərdən fərqli ola-
raq biz daha dəyərli və geniş əhatəli
tədqiqat işləri planlaşdırmışıq. Bu
işləri planlaşdırarkən biz əsasən
praktik səhiyyənin bu günə olan
tələbatını nəzərə almışıq”.
Elmi-Tədqiqat Mərkəzinin əmək-
daşlarının 2015-ci ildə elan olunan
“Universitet qrantı müsabiqəsi”ndə
iştirakını daha uğurlu hesab edən
Q.Qarayev bildirdi ki, müsabiqəyə
təqdim olunan layihələrdən üçü
müsabiqənin qalibi olmuş və həmin
layihələrdən büdcəyə 300 min ma-
nat məbləğində vəsait daxil olmuş-
dur. Həmin vəsait hesabına 21 nəfər
əməkdaşın aylıq əmək haqqına
müəyyən miqdarda vəsait əlavə edil-
miş, 15 adda yeni avadanlıq və reak-
tiv dəstləri alınaraq mərkəzin maddi-
texniki bazası möhkəmləndirilmişdir.
Azərbaycan Tibb Universiteti-
nin I cərrahi xəstəliklər kafedrası-
nın müdiri, AMEA-nın müxbir üzvü,
professor N.Bayramovun müraciəti
əsasında rezendtlər üçün eksperi-
mental I cərrahiyyə şöbəsində təlim
otaqlarının yaradıldığını söyləyən
məruzəçi biokimya şöbəsində də ro-
tasiya xarakterli təlim kursları təşkil
etməyin mümkünlüyünü vurğuladı.
“Sabahın alimləri” layihəsi çərçi-
vəsində Elmi-Tədqiqat Mərkəzin-
də professor R.Axundov və dosent
R.Cəfərovanın rəhbərliyi altında
ha zır lanan məruzələrin gümüş və
bürünc medallara layiq görüldüyü-
nü diqqətə çatdıran Q.Qarayev
mərkəzdə çalışan əməkdaşların Milli
Elmlər Akademiyasının 2016-cı ildə
təşkil etdiyi Elm Festifalında da fəal
iştirakından söhbət açdı.
Eyni zamanda mərkəzin əmək-
daşlarının ekspertiza işlərində fəallıq
göstərdiyini deyən Q.Qarayev digər
məsələlərə də toxundu. Artıq 22 il-
dir ki, müntəzəm nəşr olunan və
həcminə görə tibb jurnalları içərisində
ön sırada duran “Sağlamlıq” elmi-
praktik jurnalının fəaliyyətinə xüsu-
si diqqət çəkdi: “Tərtibatı mərkəzin
əməkdaşları tərəfindən aparılan jur-
nal 2006-cı ildən stabil olaraq 500
tirajla 204 səhifə həcmində nəşr
olunaraq dünyanın 14 ölkəsinə ya-
yımlanır. Özünün müstəqil internet
saytı olan jurnala Rusiya, Ukrayna,
Türkiyə, Özbəkstan, Gürcüstan və
digər ölkələrdən məqalələr daxil
olur və onlar jurnalın səhifələrində
işıq üzü görür. 2009-cu ildən bəri
jurnalın maraq dairəsi daha da
genişləndirilmişdir”.
Qazanılan uğurların bütövlükdə
böyük bir elmi potensiala və kifayət
qədər maddi-texniki bazaya malik
olan elmi mərkəzin tam fəaliyyət gücü
olmadığını etiraf edən Q. Qarayev
öz həllini gözləyən problemlərdən
də danışdı: “Dünya alimləri ilə
mütəmadi əməkdaşlıq demək olar ki,
yox dərəcəsindədir. Respublikanın
daxilində müvafiq elm sahələri ilə in-
teqrasiya istənilən səviyyədə deyildir.
Hesabat ilində əməkdaşlarımızın ha-
zırladıqları elmi məqalələr Münhen,
London, Belqorod, Stavrapol, Kazan,
Moskva, Yalta, Pyatiqorski, Doqamıs
və Praqada keçirilən elmi simpozi-
umların materiallarında, Avropanın
bir çox məşhur jurnallarında çapdan
çıxsa da, bu, bizi tam qane etmir”.
Elektron informasiya sistemlə-
rin dən yararlanmaqla dünya mət-
buatına daha yaxından inteqrasiya
et məyi, xarici dillərdə, xüsusilə in-
gilis dilində məqalələr yazmağı da
həllini gözləyən problemlərdən biri
kimi göstərən mərkəzin direktoru
çıxışının sonunda rəhbərlik etdiyi
kollektivin 2017-ci ildə daha fəal ça-
lışacağına və indiyəcən buraxdıqları
nöqsanları aradan qaldıracaqlarına
əminliyini ifadə etdi.
Elmi Tədqiqat Mərkəzində tibbin
bütün sahələrini əhatə etmək şərti ilə
hərtərəfli elmi tədqiqat işlərinin apa-
rıldığını söyləyən patoloji anatomiya
kafedrasının müdiri, professor Ədalət
Həsənov bildirdi ki, ancaq buna bax-
mayaraq tədqiqat işlərinin hamısının
burada yerinə yetirilməsi mümkün
deyil.
O, kafedraların ayrı-ayrılıqda
yük sək zirvələr fəth etməklə nə-
ti cə lənən elmi tədqiqat işləri apa-
ra bilməyəcəyini də deyərək xarici
qrant layihələrində iştirakın vacibliyi-
ni diqqətə çatdırdı. Yeri gəlmişkən,
patohistoloji laboratoriyanın yaradıl-
ması və patoloji anatomiya kafedra-
sının yeni baza ilə təmin olunmasına
görə universitet rəhbərliyinə təşəkkür
etdi.
Professor Səfixan Həsənov sto-
matoloji və cərrahi profilli kafedralar
istisna olmaqla kliniki kafedralar-
la mərkəz arasında əlaqələrin aşağı
səviyyədə olduğunu söylədi. Növbəti
illərdə istər terapevtik, istərsə də pe-
diatrik və cərrahi profilli kafedraların
Elmi Tədqiqat Mərkəzinin mövcüd
imkanlarından istifadə üçün əlaqəli
mövzuların planlaşdırılmasına xü-
susi önəm verməsini məqsədəuyğun
saydı.
İnsan anatomiyası kafedrasının
professoru Mübariz Allahverdiyev
Elmi-Tədqiqat Mərkəzinə müraciət
edən kafedralar üçün əlverişli şərait
yaradılmasından, çalışdığı kafed-
ra ilə mərkəz arasında əlaqələrin
möhkəmliyindən söz açaraq qeyd
etdi ki, son 10 ildə kafedranın 5
nəfər əməkdaşı doktorluq, 6 nəfər
əməkdaşı isə fəlsəfə doktorluğu işini
bu mərkəzdə başa çatdırıb. “Elmdə
qazanılan kiçik bir fakt da elmi
zənginləşdirə bilər” fikrini sitat gətirən
professor beynəlxalq əlaqələrin
genişləndirilməsi məqsədilə bir in-
formasiya qrupunun yaradılmasına
ehtiyac olduğunu dedi.
Məruzə və çıxışlarda səslənən
fikir ləri yekunlaşdıran rektor dəyişən
dünyada böyük tədqiqatlara daha
çox üstünlük verildiyini, hansısa
bir müəllif tərəfindən yazılan elmi
işə nadir hallarda rast gəlindiyini
vurğuladı. Hərtərəfli, eyni zaman-
da çox lakonik məruzədə və çıxış-
larda toxunulan bir neçə məqama
münasibətini açıqlayan universitetin
rəhbəri kafedralararası tədqiqatların
vəziyyəti üzərində ayrıca dayandı.
Elmi-Tədqiqat Mərkəzinin imkan-
larından eyni kafedraların yararlan-
dığını bildirərək qeyd etdi ki, kafed-
raların daha geniş arsenalı mərkəzə
cəlb olunmalı, kafedralar arasında
olan tədqiqatlar da burada həyata
keçirilməlidir.
Azərbaycan Milli Elmlər Akade-
miyasının bir neçə institutunun
mər kəzlə birgə layihələrinin ol ma -
sını, bu istiqamətdə işlərin daha
da genişlənməsini müsbət qiy-
mət ləndirən G.Gəraybəyli elektron
mik roskopdan səmərəli istifadənin
vacibliyini də önə çəkdi. Bir neçə
ay bundan qabaq elektron mikros-
kopiyası şöbəsində olarkən gəldiyi
qənaəti şura üzvləri ilə bölüşərək
bildirdi ki, şöbənin potensialının 20,
bəlkə də daha az faizindən istifadə
olunur. Ona görə də təkcə təməl,
baza kafedralarının yox, kliniki ka-
fedraların da elektron mikroskopdan
istifadə etməklə elmi-tədqiqat işləri
aparmasını məsləhət gördü.
Beynəlxalq inteqrasiya imkanla-
rının getdikcə artdığını vurğulayan
rektor əməkdaşlarımızın xarici qrant
layihələrində iştirakını, dünyanın qa-
baqcıl elmi mərkəzləri ilə əlaqələrin
qurulmasını, eləcə də rezidentlərin
elmi işlərə cəlb olunmasını müasir
dövrün tələbatı kimi səciyyələndirdi.
Hətta
gələcəkdə
mərkəzin
nəzdində rezidentlərə nəzarət edən
hansısa bir qurumun yaranma eh-
timalını da şura üzvlərinin nəzərinə
çatdırdı.
Yekun nitqində digər məsələlərə
də aydınlıq gətirən G.Gəraybəyli
univeristetdə nizam-intizam məsə-
lərinin hazırkı durumuna toxunaraq
daha sərt mövqe sərgilədi: “Hər bir
iş, hər bir əmək, hər bir tərəqqi ni-
zam-intizamdan başlayır. Nizam-
intizam olmadan heç bir yüksək
nəticədən danışmağa dəyməz. Bəzi
kafedralarımızda nizam-intizamın
qənaətbəxş olmadığını siz də bilirsi-
niz, mən də. Universitetin Həmkarlar
İttifaqı Komitəsinin sədri Cahangir
Qasımova bir müddət əvvəl cid-
di tapşırıq vermişəm ki, “birdəfəlik
yoxlamalar” dayandırılsın. Çünki belə
yoxlamalar zamanı əməkdaşlar bir
neçə gün ərzində hamılıqla işə cəlb
olunur, müəyyən vaxtdan sonra yenə
boşluq yaranır. Sistemli tədbirlər
görülənə qədər ənənəvi yoxlamala-
rın müntəzəm olaraq aparılacağını
bəyan edirəm. Elmi şuranın üzvləri
qarşısında bir daha xatırladıram ki,
bu yoxlamalar Cahangir Qasımo-
vun şəxsi təşəbbüsü deyil. Heç kəs
ona zəng edərək “bu nədir, ildırım
şəklində gəldiniz, yoxladınız, imkan
vermədiniz…” deməsin”.
Yoxlamaların nəticələri haq-
qında ona dərhal məruzə olun-
masını tələb edən rektor bildir-
di ki, nəticələr Həmkarlar İttifaqı
Komitəsində də müzakirə olunsun
və konkret tədbirlər görülsün. Eyni
zamanda görülən tədbirlər univer-
sitetin qəzetində işıqlandırılsın və
bu barədə kafedra əməkdaşları
məlumatlandırılsın. Dəfələrlə eyni
mənzərənin üzə çıxdığı kafedralar-
da gün ərzində bir dəfə deyil, lazım
gələrsə 3 dəfə: səhər, işin ortasında
və işin sonunda yoxlama aparılması-
nı tövsiyə edən rektor öz vəzifəsinin
öhdəsindən gələ bilməyən kafedra
müdirlərinin ciddi cəzalandırılacağını
da vurğuladı.
Sonda normal fiziologiya ka-
fedrasının müdiri, professor Arif
Məmmədovun Milli Aviasiya Akade-
miyası tərəfindən AMEA-nın müxbir
üzvlüyünə nami zədliyini dəstəkləyən
elmi şura gənc kadrların rəhbər
vəzifələrə irəli çəkilməsi prinsipini
nəzərə alaraq kafedra müdirliyindən
azad olunmasını xahiş edən III cərrahi
xəstəliklər kafedrasının müdiri, pro-
fessor Məmməd Nəsirovu həmin ka-
fedraya məsləhətçi-professor seçdi.
ATU-nun Stomatoloji Klinikasının
adının dəyişdirilərək ATU-nun Təd ris
Stomatoloji Klinikası adlandırılmasını
da təsdiqləyən elmi şura müsabiqə
məsələlərini həll etməklə öz işini ye-
kunlaşdırdı.
Arif MƏMMƏDLİ
BÖYÜK ELMİ ŞURADA
Yanvarın 30-da Böyük Elmi Şuranın növbəti yığıncağını
açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli
gündəlikdə duran məsələlərin müzakirəsindən öncə Elmi-
Tədqiqat Mərkəzinin direktoru, professor Qalib Qarayevi
və IV daxili xəstəliklər kafedrasının müdiri, professor
Əlihüseyn Hidayətovu 70 illik yubileyləri münasibətilə
təbrik etdi.
31 yanvar 2017-ci il
http://w w w.amu.edu.az
3
u
Azərbaycanda baş verən
Qanlı Yanvar faciəsindən 27
il ötür. Bu müddət ərzində
şəhid məzarları zamanın
qan yaddaşına köçür, xalqı-
mızın müqəddəs and yerinə
çevrilərək ehtiramla yad olu-
nur.
Yanvarın 18-də Respublikamızın
hər yerində olduğu kimi Azərbaycan
Tibb Universitetində də 20 Yanvar
faciəsinin 27-ci ildönümünə həsr
olunmuş anım mərasimi keçirilib.
Toplantı iştirakçıları ilk öncə uni-
versitet şəhərciyində torpaqlarımı-
zın azadlığı və bütövlüyü uğrunda
canlarından keçən şəhid tələbələrin
xatirəsinə ucaldılmış abidəni ziyarət
edərək önünə tər çiçəklər düzüb.
İgid Vətən övladlarının ruhunu bir
dəqiqəlik sükutla yad ediblər.
Sonra ATU-nun rektoru, professor
Gəray Gəraybəyli 20 Yanvar hadisələri
zamanı baş vermis dəhşətlərdən
söhbət açaraq həmin gün qəhrəman
Azərbaycan xalqının igid övladları-
nın göstərdiyi şücaətlərdən danışıb.
O, qeyd edib ki, Azərbaycan xalqı öz
müstəqilliyini asan yolla qazanma-
yıb, bu yol xalqımıza çətinliklər və
faciələr hesabına başa gəlib.
Sözünə davam edən G. Gəraybəyli
ötən əsrin 90-cı ilində ölkəmizin
müstəqilliyi və azadlığı uğrunda
küçə lərə çıxmış vətəndaşlarımıza
qarşı insanlığa sığmayan vəhşiliklərin
törədildiyini,
əliyalın
insanla-
ra ağır silahlaradan atəş açıldığını,
hətta qocalara, qadınlara, uşaqlara
belə rəhm edilmədiyini xatırladıb:
“Azərbaycan xalqının həyatında belə
hadisələrdən biri 1990-cı ilin yanvar
ayının 19-dan 20-nə keçən gecə baş
verib. Bu hadisənin mahiyyəti illər
keçdikcə daha da dərinləşir, böyük
əhəmiyyət kəsb etməyə başlayır.
Əliyalın insanlara qarşı ağır texnika,
tanklarla vəhşicəsinə hücum edildi-
yi, insanların gülləbaran olunduğu
bu gecə xalqımızın tarixindəki bö-
yük faciələrindən biridir. Fövqəladə
vəziyyətə, komendant saatına bax-
mayaraq, indiki müasir rabitə üsul-
larının olmaması halında belə, yan-
varın 21-i səhər tezdən milyonlar-
la insan öz ürəklərinin çağırışı ilə
“Azadlıq” meydanına toplanmışdı.
Həmin gün kimsə tərəfindən təşkil
olunmamış möhtəşəm bir dəfn
mərasimi keçirildi. Təsadüfi deyil
ki, bu tarixi gün milli dirçəlişimizin
vacib mərhələlərindən biri kimi he-
sab olunur . Həmin ğünlərdə azad-
lıq mücadiləsinə qalxmış xalqın
iradəsini qırıb böyük imperiyanı
saxlamaq istəyirdilər. Amma xalqın
iradəsi, mərdliyi sayəsində onların
bu planları reallaşa bilmədi. Hətta
qadınlarımız öz vətənlərini qorumaq
üçün təpədən-dırnağa qədər silah-
lanmış ordunun qarşısına əliyalın
çıxmışdılar. Odur ki, bu qanlı gün
bizim tariximizə faciə ilə yanaşı,
həm də əsl igidlik, qəhrəmanlıq
səhifəsi kimi daxil olub. Xalqımız öz
qanı bahasına azadlığına qovuşub”.
G.Gəraybəylinin sözlərinə görə,
20 Yanvar hadisələri tariximizdə bir
dönüş nöqtəsi olaraq milli qürurun
formalaşmasında, müstəqilliyin qo-
runub saxlanılmasında, bizim dün-
ya xalqları arasında özünəməxsus
yer tutmağımızda böyük rol oynayıb:
“Biz hazırda da görürük ki, bu tarixi
faciə həmin qırğından sonra dün-
yaya gələn gənclərimizə də böyük
təsir göstərib, onlarda milli qürur
hisslərini daha da gücləndirib. Biz hər
birimiz dövlətimiz, müstəqilliyimiz
uğrunda canlarından keçən oğulla-
rımız, bacı və qardaşlarımızın ruhu
qarşısında baş əyirik”.
Rektor bildirdi ki, Heydər Əliyevin
yenidən ölkə rəhbərliyinə qayıdı-
şından sonra bu istiqamətdə böyük
işlər görülüb. Məhz onun təşəbbüsü
ilə ilk dəfə bu hadisəyə hüqu-
qi- siyasi qiymət verilib, şəhidlərin
xatirəsinin əbədiləşdirilməsi üçün
ulu öndər mühüm sənədlər imzala-
yıb. Ümummilli lider Heydər Əliyevin
siyasi kursunu uğurla davam etdirən
möhtərəm prezidentimiz cənab Il-
ham Əliyev Vətənimizin ərazi bü-
tövlüyü uğrunda canlarından keçən
insanların əziz xatirəsinin daim
anılması, onların ailələrinin sosial
rifah halının yüksəldilməsi, mənzil-
məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində və bir sıra əhəmiyyətli
tədbirlərin həyata keçirilməsinə
göstərişlər verib.
Sonra ATU-nun III cərrahi xəstə-
liklər kafedrasının müdiri, profes-
sor Məmməd Nəsirov çıxış edərək
qanlı Yanvar olaylarının şahidi kimi
həmin gecəni belə xatırladı: “Yan-
varın 10-dan etibarən şəhərdə bö-
yük təxribatlar gedirdi. Bizi çağırıb
dedilər ki, şəhərdə böyük qırğın
gözlənilir, bütün xəstələri evə ya-
zın, tez bir zamanda xəstəxananı
boşaldın. Elə həmin gün hara-
dansa təzə yataq dəstləri gətirib
xəstəxanaya düzdülər. Elə bil hamı
nəsə gözləyirdi. Və belə də oldu. Heç
bir xəbərdarlıq olmadan 19-u gecəsi
Bakının hər tərəfindən şəhərə qoşun
yeridildi. İnsanları qıra-qıra şəhərin
mərkəzinə doğru irəliləyirdilər.
Xəstəxana yaralılarla dolub daşırdı,
hətta dəhlizlər də xəstələrlə doluy-
du”.
“Həmin gecə açılan ölümsaçan
güllələrin bir neçəsi indi də mənim
stolumun üstündədir” deyən profes-
sor qeyd etdi ki, bu faciədən 27 il
keçməsinə baxmayaraq, 20 yanvar
hadisələri hər kəsin yaddaşına əbədi
həkk olunub. Biz hamımız bu gün
qazndığımız müstəqilliyimizə görə
məhz həmin şəhidlərə borcluyuq”.
Daha sonra ATU-nun I cərrahi
xəstəliklər kafedrasının dosenti
Səxavət Rəfiyev də həmin müdhiş
gecədə yaşanan o acı həqiqətlərdən
söz açaraq dedi ki, yollar bağlı oldu-
ğundan, həkimlər böyük çətinliklə
özlərini xəstəxanaya çatdırırdılar:
“Xəstəxananın həyətində izdiham
vardı. Həkimlər az, əməliyyat otaq-
ları isə yaralılarla dolu idi. İnsanla-
ra tibbi yardımın göstərilməsində
Tibb Universitetinin tələbələri böyük
köməklik etdilər. O gecə yaralıla-
ra yardım göstərən həkimlərə, tibb
işçilərinə də atəş açıldığını söyləyən
natiq Tibb Universitetinin müəllim və
tələbələrinin fədakarlığını da xüsusi
qeyd edib: “Əməliyyat önü palata-
larda və bütövlükdə əməliyyat blo-
kunda çoxlu xəstələr vardı. Növbəti
əməliyyat başlayanda artıq işıq-
lar söndürülmüşdü. Bu zaman biz
tələbələrin və tibb işçilərinin köməyi
ilə lampa və şam işığında əməliyyat
etməli olduq. Həkimlər hətta qəzeti
yandırıb onun işığında əməliyyat
aparırdılar. Qorxu yox idi ki, birdən
oksigen balonu partlaya bilər. Bu
ərazidə yaşayan əhali və yataqxa-
nada qalan tələbələrimiz xəstələrin
daşınmasında və əməliyyatın apa-
rılmasında bizə yaxından kömək
etdilər. Bu insanlar həmin gün səhərə
qədər və ondan sonraki günlərdə də
könülü qanvermə aksiyası keçirdilər.
Yaddaşlarımızdan heç vaxt silin-
məyəcək bu gecədə verdiyimiz
şəhidlər
Azərbaycan
tarixində
növbəti qəhrəmanlıq səhifəsini yaz-
mış oldular. Çox şükür ki, bu gün
müstəqilik. Azərbaycanın sükanı
etibarlı əllərdədir”.
Tələbələr adından çıxış edən II
müalicə profilaktika fakültəsinin V
kurs tələbəsi Nailə Şirəliyeva 1990-
cı il yanvarın 19-dan 20-ə keçən
gecə amansızcasına qətlə yetirilən
günahsız insanların xatirəsini gənc-
lərin daim əziz tutduğunu, eyni za-
manda öz ölkəsinin, xalqının müs-
təqilliyi yolunda şəhid olanlarla
qürur duyduqlarını bildirib: “Artıq
müstəqil Azərbaycanımızın azad
vətəndaşıyıq. Müstəqilliyimizin əbə-
di olduğunu bütün dünyaya sübut
edəcəyik”. Şəhidlərin heç zaman
unu dulmayacağını, respublikamız-
da və eləcə də dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən soy-
daşlarımızın qəlbində əbədi yaşa-
yacaqlarını söyləyən N.Şirəliyeva
gənc həkimlərin öz peşələrinə daha
məsuliyyətlə yanaşmalı olduqlarını
vurğuladı.
Toplantını yekunlaşdıran universi-
tetin rəhbəri, professor G.Gəraybəyli
Azərbaycanın hər bir övladının bu
hadisə haqqında saatlarla danışa
biləcəyini qeyd edərək bir daha xa-
tırlatdı ki, həmin gün xalqımız öz
qəhrəman övladlarını itirsə də qa-
zandığı azad, müstəqil Azərbaycan
dövləti oldu.
Mənsur ƏLƏKBƏRLİ