Şirvani Ədilli



Yüklə 0,73 Mb.
səhifə13/55
tarix30.12.2021
ölçüsü0,73 Mb.
#24969
1   ...   9   10   11   12   13   14   15   16   ...   55
7-hecalı şeir. Həddən artıq diləyatımlı, gözəl səs-lənən, ruh yüksəkliyi yaradan şeir ölçüsüdür. Folklor nü-munilərində çox geniş yayılıb. Həmçinin müəllif yaradıcılı-ğında da geniş istifadə olunur. Bayatılar və əksər uşaq şeirləri məhz bu ölçüdə olur. Hətta maraqlı faktdır ki, yeni dil açan uşaqlar mahnıları və şeirləri leksik mənası olmayan səslərlə təqlid edərkən qeyri-iradi olaraq məhz 7-hacalı, 4-3 bölgülü ritmə əsaslanırlar.

7-hecalı şeir əsasən 4-3 bölgüsündə, bəzən də 3-4 bölgüsündə olur. Eyni şeirin misralarında bölgülər biri-birindən fərqlənə və sözlər bölgülərdə parçalana bilər.

3-4 bölgüsü yalnız xüsusi hallarda alınır. Belə ki, misranın ritmik quruluşu təsadüfən əruzun rəməl-10 qəlibinə (dadadah dahda-dadah) tam uyğun və ya ona yaxın olduqda məhz həmin qəlibin bölgüsü olan 3-4 bölgüsü hiss olunur. Məsələn:
Dam üstdə/3/dir damımız/4,

Qoşadır/3 xırmanımız/4.

Sən ordan çıx/4, mən burdan/3,

Kor olsun/3 düşmanımız/4.



Xalq bayatısı
Bu misalda birinci misranı həm adi 4-3 bölgüsündə, həm də ritmik quruluşu rəməl-10 qəlibinə yaxın oldu-ğundan (cəmi 2 hacada fərq var) 3-4 bölgüsündə oxumaq olar. Həmin misra 3-4 bölgüsündə oxunduqda, rəməl-10 qəlibinin təhrif olunmuş variantı alınır. İkinci misra rəməl-10 qəlibinə dəqiq uyğun gəldiyinə görə avtomatik olaraq 3-4 bölgüsündə oxunur və həmin misranı 4-3 bölgüsündə oxumaq mümkün olmur. 3-cü misrada ritmik quruluş əruz qəlibinə yaxın olmadığından yalnız adi 4-3 bölgüsündə oxuna bilər. 4-cü misranın ritmik quruluşu isə rəməl-10 qəlibinə çox yaxın olduğundan (yalnız “olsun” sözündə birinci heca qısa əvəzinə uzundur) məhz 3-4 bölgüsündə deyilir.

Xalq şeiri nümunələrinin əruz qəlibinə bu cür təsa-düfi (qeyri-iradi) tabe olması əruzun dilimizə yad olması fikrinin yanlış olduğunu bir daha təsdiq edir. Özü də belə təsadüfi uyğunluğa təkcə bayatılarda yox, başqa folklor nümunələrində də rast gəlinir. Məsələn, xalq tapmacasın-dan “ağamın bir donu var qatlamaq olamaz...” ifadəsi dəqiqliklə rəməl-7 (dadadah dahda-dadah dahda-dadahdah) qəlibinə uyğundur.

Ədəbiyyat nəzəriyyəsində sözlərin bölgülərdə parça-lanması heca vəzni üçün ümumiyyətlə inkar edildiyindən 7-hecalı şeirin 5-2 və 2-5 bölgülərinin də olduğu qeyd edilir. Əslində isə, bölgüləri bütöv sözlərdən ibarət götür-məklə 5-2 və ya 2-5 bölgülərini yalnız nəzəri cəhətdən qəbul etmək olar, bu, praktiki olaraq özünü doğrultmur. Belə ki, misra qısa olduğundan praktiki olaraq sözün bölgülərdə parçalanması normal səslənir və həmişə 4-3 (və xüsusi hallarda 3-4) bölgüsü hiss olunur. Misallar:
Maral durdu/4/ğu yerdə/3,

Boynun burdu/4/ğu yerdə/3,

Qolun quru/4/sun, ovçu/3,

Maral vurdu/4/ğun yerdə/3.



Xalq bayatısı
Maralam /4/ gəlləm/3,

Otlaram /4/ gəlləm/3,

Yüz il qaza/4/mat çəksəm/3,

Çıxanda si/4/ gəlləm/3!



Xalq bayatısı

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin