Şirvani Ədilli



Yüklə 0,73 Mb.
səhifə10/55
tarix30.12.2021
ölçüsü0,73 Mb.
#24969
1   ...   6   7   8   9   10   11   12   13   ...   55
Heca vəzni
Heca vəzni misralarda heca saylarının bərabərliyi-nə, diləyatımlı, ahəngdar bölgülənməyə və bu bölgülən-mənin bütün misralarda qismən eyniliyinə (təkrarına) əsaslanan şeir vəznidir.

Heca vəznli Azərbaycan şeirində misraların uzunlu-ğu və ona uyğun bölgülənmə variantları Cədvəl–1-də göstərilmişdir.


Cədvəl-1

Misranın uzunluğu

Misranın bölgülənmə variantları

4-hecalı

2-2

5-hecalı

2-2-1 (o cümlədən 2-3), 3-2

6-hecalı

3-3, 2-2-2 (o cümlədən 2-4 və 4-2)

7-hecalı

4-3, bəzən də 3-4

8-hecalı

4-4

9-hecalı

3-3-3, 4-5 (nəzəri)

10-hecalı

5-5, şərti olaraq 6-4 və 4-6

11-hecalı

6-5, 4-4-3

12-hecalı

4-4-4, 6-6, 7-5

13-hecalı

4-4-5, 6-7 (nəzəri)

14-hecalı

7-7

15-hecalı

8-7, 7-8, (o cümlədən: 4-4-4-3, 4-3-4-4, 3-4-4-4)

16-hecalı

8-8

Burada ən işlək variantlar 11, 8 və 7-hecalı variant-lardır. 4, 6 və 9-hecalı variantlardan nadir hallarda istifadə olunur. Qalan variantlar az və qismən işlək səviyyədədir.

Ədəbiyyat nəzəriyyəsində adətən heca vəzninin 2-hecalı (“yüz ölç, bir biç” və s. kimi misallarla) və 3-hecalı (“el gücü, sel gücü” və s. kimi misallarla) variantlarına da baxılır (həmin prinsiplə 1-hecalı şeirə də “toy, doy” xalq deyimini misal gətirə bilərik). Lakin, bu hallara əsasən şifahi xalq yaradıcılığında, özü də çox az təsadüf olunduğundan, habelə, bu ölçüdən yazılı müəllif ədəbiy-yatında demək olar ki, istifadə olunmadığından həmin variantlara vaxt ayırmağı lazım bilmirik.

Ədəbiyyat nəzəriyyəsində vəzn durğusu ilə nitq-dəki sintaktik durğu (pauza) arasındakı fərqin nəzərə alınmaması nəticəsində yanlış olaraq heca vəznində sözlərin bölgülərdə heç vaxt parçalanmadığı qəbul olunur. Ona görə də indiyə qədər heca vəznində misraların bölgülənmə variantları real olduğundan qat-qat çox verilmişdir. Əslində isə, deyilişin, tələffü-zün, ahəngdarlığın normal alındığı hallarda sözlərin bölgülərdə parçalanması heca vəznində də normaldır və çoxsaylı bölgülənmə variantlarının qəbul olunma-sına ehtiyac yoxdur. Daha aydın olmaq üçün hər bir varianta ayrılıqda baxaq.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin