XoriOİdeyanin metastatiK ŞİŞİ (KLİNİk müŞAHİDƏ)



Yüklə 53,45 Kb.
Pdf görüntüsü
tarix13.04.2017
ölçüsü53,45 Kb.
#13908

 

XORİOİDEYANIN METASTATİK ŞİŞİ (KLİNİK  MÜŞAHİDƏ) 

⃰Aslanova V.Ə., Qurbanova N.F. 

⃰E-mail: 

drvefa68@yahoo.com

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, 



oftalmologiya kafedrası, Bakı, Azərbaycan 

Bu günkü gün gözdaxili şişlər arasında daha çox təsadüf olunanı xorioideyanın metastatik şişləri 

hesab  edilir.  Süd  vəzinin  xərçəngi,  ağciyər  xərçəngi  və  dəri  melanoması  görmə  üzvünə 

metastazın səbəbi kimi tez-tez rast gəlinən ilkin şişlərdən sayılır. Ədəbiyyatlardan məlum olduğu 

kimi,  süd  vəzi  xərçənginin  metastazı  ilə  olan  xəstələr  görmə  üzvünün  metastatik  zədələnməsi 

olan xəstələrin 67,5%-ni təşkil edir. Gözə metastaz zamanı xorioideyanın zədələnməsi müşahidə 

olunur.  Bu məqalədə akad.  Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə  müraciət edən,  süd 

vəzinin  xərçənginə  görə  əməliyyat  olunmuş  35  yaşlı  pasiyentin  klinik  halının  təhlili  təqdim 

olunub.  Süd  vəzinin  xərçəngi  olan  bütün  xəstələrdə  tam  oftalmoloji  müayinənin  aparılması 

mütləqdir.  Gözdaxili  metastazların  vaxtında  aşkar  olunması  görmə  funksiyasının  saxlanmasına 

və xəstənin ömrünün uzanmasına kömək edir. 

Açar sözlər: xorioideya, metastatik şiş, süd vəzinin xərçəngi. 

 

Damarlı qişaya və orbitaya metastazlar barəsində məlumatlar XIX əsrin 60-



70-ci  illərində  ortaya  çıxmışdır.  İlk  dəfə  F.Horner  1864-cü  ildə  süd  vəzi 

xərçənginin  orbital  metastazını  təsvir  etmiş,  1872-ci  ildə  isə  M.Perl  gözdaxili 

metastazın  təsviri  ilə  məqalə  çapa  vermişdir.  Görmə  üzvünün  metastatik  şişlərinə 

çox  nadir  hallarda  rast  gəlindiyi  hesab  olunurdu.  Ancaq  1983-cü  ildə  Nelson  C. 

həmmüəlliflərlə  birgə  bədxassəli  şişi  olan  xəstələrin  7,3%-də  görmə  üzvünə 

metastazların aşkar olunması barədə məlumat verdi [4]. 

Son illər  görmə  üzvünün  metastatik şişlərinin artması qeyd olunur ki, bu da 

onkoloji  xəstəliklərin  uğurlu  müalicəsi  ilə  əlaqədar  belə  xəstələrin  ömürlərinin 

uzanması ilə bağlıdır [3].   

  Dövrümüzdə  gözdaxili  şişlər  arasında  daha  çox  təsadüf  olunanı 

xorioideyanın  metastatik  şişləri  hesab  edilir  [2].  Görmə  üzvünün  metastatik 

zədələnmə hallarının heç də hamısı oftalmoloqlar tərəfindən aşkar olunmur. Çünki 

metastazların əksər hissəsi simptomsuz keçdiyinə görə aşkar olunmamış qalır. 

Süd  vəzinin  xərçəngi,  ağciyər  xərçəngi  və  dəri  melanoması  görmə  üzvünə 

metastazın səbəbi kimi tez-tez rast gəlinən ilkin şişlərdən hesab olunur. Digər növ 

şişlər az hallarda gözə və orbitaya metastaz verir. Ədəbiyyatlardan məlum olduğu 



 

kimi,  süd  vəzi  xərçənginin  metastazı  ilə  olan  xəstələr  görmə  üzvünün  metastatik 



zədələnməsi olan bütün xəstələrin 67,5%-ni təşkil edir [1].  

Süd vəzinin xərçəngi müasir təbabətin aktual problemlərindən hesab olunur. 

Süd  vəzinin  xərçəngi  zamanı  gözün  və  orbitanın  metastatik  şişləri  ilkin  şişin 

diaqnostikasından  2-4  il  sonra  meydana  çıxır.  Gözdaxili  metastazın  inkişafı  süd 

vəzinin  xərçəngi  diaqnozu  qoyulmasından  hətta  10-11  il  sonra  belə  mümkündür. 

Gözə  metastaz  zamanı  əsasən  damarlı  qişanın  arxa  şöbəsinin  –  xorioideyanın 

zədələnməsi müşahidə olunur. 

Xorioideyanın  metastatik  şişləri,  bir  qayda  olaraq,  şişin  sürətlə  inkişafı  və 

simptomatikanın  şiddətlənməsi  ilə  səciyyələnir.  Xorioidal  metastazların  əsas 

simptomu  görmə  itiliyinin  zəifləməsi,  əşyaların  təhrif  olunmuş  görünməsi,  göz 

qarşısında pərdənin əmələ gəlməsi hesab olunur. Bu da metastatik şişin göz dibinin 

mərkəzi hissələrində lokalizasiyası ilə şərtlənir.   

Xorioideyaya  metastaz  erkən  mərhələlərdə  qeyri-aydın  sərhədli  sarı-ağ  boş 

yumşaq  ocaq  şəklində  görsənir.  Süd  vəzi  xərçənginin  xorioidal  metastazları  üçün 

şişin  böyüyərək  böyük  sahəni  tutması,  hündürlüyə  doğru  az  inkişaf  etməsi  -

“döşənən (sərilən) şiş” xarakterdir. Şiş böyüdükcə transsudatla özünü göstərən tor 

qişanın  ikincili qopması baş verir.  Tor qişanın qopması yalnız şişin üstündə deyil, 

ondan  aralıda  da  baş  verir.  Belə  hallarda  göz  dibinin  bütün  hissələrinin  diqqətlə 

müayinəsi  tor  qişanın  birincili  qopması  kimi  səhv  diaqnozdan  yayınmağa  kömək 

edir.  Metastatik  şiş  adətən  xorioideyanın  hemangiomasına  oxşayır,  ancaq  ondan 

fərqli  olaraq  sürətlə  inkişaf  edir.  Xorioidal  metastazı  olan  hər  5  xəstədən  birində 

hər  iki  gözün zədələndiyini  nəzərə alsaq, hər iki  gözün  gen bəbəkdə tam, diqqətlə 

müayinəsinin aparılması vacibdir.  

Təcrübəmizdə  rast  gəldiyimiz  bir  klinik  müşahidəni  nəzərinizə  çatdırmaq 

istəyirik.  Xəstə  Z.S.,  1981-ci  il  təvəllüdlü,  Gəncə  şəhər  sakini  16.09.2015-ci  il 

tarixdə  sağ  gözündə  görmənin  zəifləməsi  və  əşyaları  təhrif  olunmuş  halda  əyri 

görməsi  (metamorfopsiya)  şikayəti  ilə  akad.  Z.Əliyeva  adına  Milli  Oftalmologiya 

Mərkəzinə  müraciət  etmişdir.  Anamnezində  5  il  öncə  Türkiyədə  süd  vəzində  şiş 

diaqnozu qoyulduğuna görə süd vəzinin total xaric edilməsi əməliyyatı keçirdiyini 


 

qeyd edir. Əməliyyatdan sonra onkoloqun təyinatına əsasən tamaksifen preparatını 



xəstə  5  il  müddətində  qəbul  edib,  onkoloqun  nəzarəti  altında  olmalı  idi.  Ancaq 

xəstə tamaksifeni 5-6 ay qəbul edib, sonra səhlənkarlıq edərək dərmanın qəbulunu 

dayandırmışdır.  Xəstə  son  3-4  ay  ərzində  sağ  gözündə  görmənin  tədricən 

zəiflədiyini, əşyaları kölgəli gördüyünü hiss etmişdir. 

Obyektiv müayinədə Vis OD=0,3 k\olunmur, Vis OS=1,0. 

Refraktometrin göstəricisinə əsasən refraksiya anomaliyası qeyd olunmadı. 

 

   


 

 Şək.1  


 

 

 



 

    


Şək.2. 

 OD – Yuxarı arkada və paramakulyar    

OD – Makula nahiyəsində subretinal    

      sahədə prominensiya edən ocaqlar                     mayenin toplanması 

  

Göz  dibinin  müayinəsi  zamanı  OD  –  yuxarı  arkada  və  paramakulyar  sahədə 



ağımtıl-sarı  rəngli,  sərhədləri  aydın  olmayan  yüngül  prominensiya  edən  ocaqlar 

aşkar olundu (subretinal mayenin toplanması ilə olan tor qişanın ikincili qopması). 

OS – N (şək.1). 

Xəstə,  makulanın  Optik  Koherent  Tomoqrafiyası  (OCT)  müayinəsinə 

göndərildi.  Makulanın  OCT  müayinəsi  zamanı  sağ  gözdə  makulada  2-3  yerdə   

subretinal  mayenin  toplanması  və  “plus”  toxumanın  olma  ehtimalı  aşkar  olundu 

(şək.2).  

Diaqnozu dəqiqləşdirmək üçün xəstə, sağ gözün ultrasəs müayinəsinə (B-scan 

müayinəsi)  göndərildi.  B-scan  müayinəsinin  nəticəsi  –  OD  –  büllur  yerindədir, 

şüşəvari  cisimdə  tək-tək  zəif  intensivlikli  bulanmalar,  optik  zonada  qişalardan 



 

inkişaf  edən  hiperexogen  ocaq  aşkar  olunur,  tor  qişanın  qopması,  qişalar  ödemli, 



qeyri-hamardır. OS – akustik sakitdir (şək.3). 

 

 



Şək.3.  

 

 



 

 

Şək.4. 



       OD – optik zonada qişalardan inkişaf                OD – flüoressent angioqrafiyanın 

       edən hiperexogen ocaq                                    erkən fazasında ocaqlardan patoloji 

                                                 hiperflüoressensiya 

 

        



Xəstə  göz  dibinin  flüoressent  angioqrafiyası  (FAQ)  müayinəsinə  göndərildi. 

OD  –  başlangıc  mərhələdə  paramakulyar  və  yuxarıda  arkada  sərhədində  üzəri 

dənəvər  strukturlu  dairəvi  4-5  DD-də  xorioideyadan  inkişaf  edən  qabarıqlıq  (+ 

toxuma)  aşkar  olundu  (şək.4).  Bu  ocaqların  damar  strukturu  olmadığından 

metastatik mənşəli olması fikri irəli sürüldü.  

Xəstə  təcili  olaraq  onkoloqa  doğru  istiqamətləndirildi.  Oktyabr  ayından 

yanvaradək    seanslarla  kimyaterapiyası  qəbul  etdi.  Sonra  da  tamaksifen  və 

herseptin  preparatları  ilə  müalicəni  davam  elətdirdi.  Xəstə  may  ayında  təkrar 

müayinə  üçün  yenidən  akad.  Z.Əliyeva  adına  Milli  Oftalmologiya  Mərkəzinə 

müraciət  etdi  və  oftalmoloqun  müayinəsindən  keçdi.    Müayinənin  nəticələri  çox 

sevindirici  oldu.  Xəstənin  sağ  gözünün  görmə  itiliyi  1-ə  (vahidə)  qədər 

yüksəlmişdir.  Eləcə  də  aparılan  digər  müayinələrin  nəticələri  də  müsbət  dinamika 

qeyd olunduğunu göstərdi.  

 Oftalmoskopiya  zamanı  yuxarı  arkada  və  paramakulyar  zonada  distrofik 

ocaqlar  müşahidə  olundu  (şək.5).  Göz  dibinin  flüoressent  angioqrafiyası  zamanı 

OD  –  başlangıc  mərhələdə  paramakulyar  və  yuxarıda  arkadadan  başlayan  böyük 

dairəvi  distrofik  ocaq  qeydə  alındı.  Retinada  aşağı  zonada  bir  neçə 


 

hiperpiqmentasiya  ocaqları  müşahidə  olundu.  Son  mərhələdə  distrofik  ocaqlardan 



patoloji  hiperflüoressensiya  və  aktivlik  aşkar  olunmadı.  Dinamikada  inkişaf 

olmamışdır, proses qeyri-aktivdir. OS – N (şək.6).    

      

 

          



Şək.5.  

 

 



 

                       Şək.6. 

     OD – göz dibinin fundus şəkli:  

 

 



OD – distrofik ocaqlardan patoloji 

     yuxarı arkada və paramakulyar 

           hiperflüoressensiya qeyd olunmur 

     sahədə distrofik ocaqlar                      

                                                         

 

Göz  almasının  B  scan  müayinəsi  zamanı  OD  –  müsbət  dinamika  müşahidə 



olunur,  şüşəvari  cisim  şəffafdır,  qişalar  sakitdir,  yerindədir,  qeyri-hamardır.  OS  – 

akustik sakitdir (şək.7). 

 

 

                                   Şək.7.  



         OD – Qişalar sakit, yerində, qeyri-hamardır 

 

Gözdaxili  metastaz  diaqnozu  tipik  klinik  şəkil,  gözün  ultrasəs  müayinəsi, 



optik koherent tomoqrafiya, anamnezində süd vəzinin xərçəngi və digər orqanların 

zədələnməsi  haqda  məlumatın  olmasına  əsasən  qoyulur.  Klinik  şəkil  tipik 

olmadıqda  və  digər  orqanların  zədələnməsi  haqda  məlumat  yoxdursa,  diaqnozu 


 

dəqiqləşdirmək  üçün  göz  dibinin  flüoressent  angioqrafiyası  aparılmalıdır. 



Xorioidal  metastazların angioqrafiya şəklində erkən  fazada hiperflüoressensiyanın 

tədricən  artması  ilə  hipoflüoressensiya  olur.  Ultrasəs  əlaməti  olaraq  şişin 

diametrinin  böyüməsi,  şişin  göbələk  şəklində  qabarması,  damar  lakunlarının 

olması, göz qişalarının yayılmış qalınlaşması nəzərdə tutulur. 

Süd  vəzinin  xərçəngi  zamanı  gözdaxili  metastatik  zədələnmənin  erkən  və 

vaxtında diaqnostikası üçün ultrasəs müayinəsi, optik koherent tomoqrafiya və göz 

dibinin  flüoressent  angioqrafiyasının,  orbitaya  metastazlarda  –  kompüter 

tomoqrafiyası  və  immunohistokimyəvi  müayinənin  aparılması  vacibdir.  Süd 

vəzinin  xərçəngi  olan  bütün  xəstələrdə  tam  oftalmoloji  müayinənin  aparılması 

mütləqdir. 

Metastatik  şişlərin  klinik  xüsusiyyətləri  haqda  bilgi  və  dəqiq  toplanmış 

anamnez  görmə  üzvünün  metastatik  zədələnməsinin  vaxtında  diaqnostikasına 

kömək  edir.  Metastatik  şişlərin  erkən  diaqnostikası  və  vaxtında  müalicəsi  ağrı 

sindromunun  və  korluğun  qarşısının  alınmasına  və  xəstələrin  yaşam  keyfiyyətinin 

yaxşılaşmasına imkan verir.   

 

 



Ədəbiyyat 

1.  Гришина  С.М.  Метастатическое  поражение  органа  зрения.  РМЖ  «Клиническая 

офтальмология» №1, 2001, стр.15. 

2. Maran R., Grinbaum A., Ashkenazi İ. Ocular metastatic carcinoma – rare or common? // 

Harefuah.-1994- vol. 129 (9).- p. 510-513, 563 

3. Mc. Cartney A. İntraocular metastasis. // Br. J. of Ophthalmol.- 1993.-vol.77.-p.133 

4.  Nelson  C.,  Hertzberg  B.,  Klinworth  G.  A  historic  study  of  716  unselected  eyes  in 

patients  with cancer of the time of death. // Ann J. Ophthalmol. -1983.-vol.-95.-p.788-793

                              

                                     

 

SUMMARY 

 

METASTATIC  TUMOR  OF CHOROIDEA (clinical case) 



 

Aslanova V.A., Kurbanova N.F. 

 

Azerbaijan State Advanced Training Institute for Doctors named after 

A.Aliyev, Azerbaijan, Baku 

 

To date, among the most common intraocular tumors metastatic choroidal tumor. Cancer of the 



breast,  cancer  of  the  lung  and  melanoma  of  the  skin  is  a  common  cause  of  visual  organ 

metastasis.  From the literature it is known that, patients with metastatic breast cancer constitute 

67.5%  of  patients  with  metastatic  lesions  of  visual  organ.  In  metastasis  choroid  is  usually 

damaged.  In  this  article  we  analyzed  the  clinical  case  of  35  year  old  patient  operated  on  for 

breast cancer at the National Ophthalmological Center named after Acad. Z.Aliyeva. All patients 

with  the  breast  cancer  must  carry  out  a  complete  ophthalmic  examination.  Early  detection  of 

intraocular metastases helps preserve visual function of the eye and extend the life of the patient. 

Keywords: choroidea, metastatic tumor, cancer of the breast.

 

                                                 



РЕЗЮМЕ 

 

МЕТАСТАТИЧЕСКАЯ ОПУХОЛЬ ХОРИОИДЕИ 

(КЛИНИЧЕСКИЙ СЛУЧАЙ) 

 

Асланова В.А., Курбанова Н.Ф. 

 

Азербайджанский Государственный Институт Усовершенствования 

врачей им. А.Алиева, г. Баку, Аэербайджан 

 

На  сегодняшний  день  среди  внутриглазных  опухолей  чаще  встречается  метастатические 



опухоли хориоидеи. Рак  молочной  железы,  рак  легких  и  меланома  кожи  являются 

частыми  причинами  метастаза  органа  зрения.  Из  данных  литературы  известно,  что 

больные  с  метастазами  рака  молочной  железы  составляют  67,5%  больных  с 

метастатическими  повреждениями  органа  зрения.  При  метастазе  обычно  повреждается 

хориоидея.  В  этой  статье  представляется  анализ  клинического  случая  35  летнего 

пациента,  оперированная  по  поводу  рака  молочной  железы,  обратившейся  в  НОЦ  им. 

Акад. З.Алиевой.  Всем больным с раком молочной железы необходимо провести полное 

офтальмологические обследования. Ранее выявление внутриглазных метастазов помогает 



сохранить зрительные функции глаза и продлить жизнь больного. 

Ключевые слова: хориоидея, метастатическая опухоль, рак молочной железы. 

 

Yüklə 53,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin