Şirvani Ədilli


Eyni bölgülü, qafiyəli sərbəst şeir



Yüklə 0,73 Mb.
səhifə26/55
tarix30.12.2021
ölçüsü0,73 Mb.
#24969
1   ...   22   23   24   25   26   27   28   29   ...   55
Eyni bölgülü, qafiyəli sərbəst şeir;

  • Fərli bölgülü, qafiyəli sərbəst şeir;

  • Qismən bölgülü, qafiyəli sərbəst şeir;

  • Bölgüsüz, qafiyəli sərbəst şeir (“qafiyəli nəsr”);

  • Eyni bölgülü, qafiyəsiz sərbəst şeir (yalnız nə-zəri olaraq);

  • Fərqli bölgülü, qafiyəsiz sərbəst şeir;

  • Qismən bölgülü, qafiyəsiz sərbəst şeir;

  • Bölgüsüz, qafiyəsiz sərbəst şeir (mənsur şeir).

    5-ci növ yalnız nəzəri xarakter daşıyır, yəni praktiki olaraq hələ ki, aşkar etməmişik. Onu da qeyd edək ki, indiyə qədər ədəbiyyat nəzəriyyəsində sərbəst şeirin ən çoxu 3 növünün (19, s. 209) adı çəkilmişdir.

    Eyni bölgülü, qafiyəli sərbəst şeir. Burada ardıcıl təkrarlanan bölgülər eyni heca sayına malik olur. Bölgü-lərdə heca sayı adətən 4-ə, həmçinin 7-yə, bəzən də 3-ə bərabər olur. Sözlər adətən bölgülərdə parçalanmır. La-kin deyilişin normal səsləndiyi hallarda sözlər bölgülərdə parçalana bilər. Qafiyələnmə qaydası sərbəstdir. Xüsusi hallar istisna olmaqla qafiyələr bölgülərin (həm də misra-nın) sonunda gəlir. Çünki, əks halda deyiliş çətinləşər.

    Ən geniş yayılmış variantı dördlük bölgülü vari-antdır. Dördlük bölgülü qafiyəli sərbəst şeir xüsusi gözəl avaza malik olur və fikri ifadə etmək üçün çox geniş imkanlar açır. Misal (qafiyələr tünd rəngli hərflərlə veril-mişdir):


    Yoldaş ölüm/4!

    Hamı bilir/4, sən çox evlər/4 uçurmusan/4,

    Milyonları/4 bu dünyadan/4

    vaxtlı-vaxtsız/4 köçürmüsən/4.

    Qəhrəmanlar/4 aparmısan/4

    bu aləmdə/4 yoxdur tayı/4,

    Yer altında/4 olanların/4

    Yer üstündə/4 yoxdur sayı/4.

    Sinələrdə/4 çalın-çarpaz/4 dağlar qoyub/4,

    Anaları/4, bacıları/4 ağlar qoyub/4,

    Sən dahilər/4 susdurmusan/4 –

    millətimin/4 iftixarı/4.

    Susdurmusan/4 varlıları/4, kasıbları/4...

    Qoymayırsan/4 göz açmağa/4 adamı sən/4,

    Uşaq idim/4,

    bir gün aldın/4 əllərimdən/4 atamı sən/4.

    Söylə, azmı/4 fitnələri/4

    dəf etdilər/4 əlin ilə/4?

    Mənim qaynar/4 Müşfiqimi/4

    məhv/4 etdilər əlin ilə/4.

    Sən gəlirsən/4 gündüz olur/4, gecə olur/4,

    Bəşər cansız/4 vücudunun/4

    Qarşısında /4cücə olur/4...

    Sən Əzrayıl/4 nəfəslisən/4,

    Sən cəhənnəm/4 qoxulusan/4.

    Sən tüfəngdən/4, sən bombadan/4,

    Sən atomdan/4 qorxulusan/4.

    Nə zaman ki/4, hiss elədin/4

    insanlara/4 gərəksizəm/4,

    İlhamsızam/4, duyğusuzam/4, ürəksizəm/4,

    Bu həyatdan/4 tap, al məni/4!

    Min yol xahiş/4 eləyirəm/4, apar məni/4!



    C.Novruz

    Göründüyü kimi burada şeirin əvvəlindən sonuna dək bir dəfə də olsa sözlər dördlüklər arasında parçalan-mır. Lakin yuxarıda qeyd etdiyimiz kimi deyilişin normal səsləndiyi hallarda bu parçalanma baş verə bilər. Bu zaman sözün parçalandığı ardıcıl dördlüklər 8-hecalı şeirin xüsusiyyətlərini daşıyır:


    Könül necə/4 sevinməsin/4, bahar gəlib/4, bahar gəlib/4,

    Gəzib diyar/4-diyar gəlib/4.

    Gəlib əlin/4/də lalələr/4,

    Şəfəq dolu/4 piyalələr/4...



    S.Rüstəm
    “Bəhri-təvil” (“uzun dərya”) şeir formasını da sərbəst şeirin məhz bu növünə aid etmək olar. Belə ki, burada da bölgü (“dada-dahdah” dördlüyü) sabitdir və qafiyələnmə sərbəstdir. Sadəcə olaraq burada şeir misralara ayrılmır, yəni mənsur formada yazılır. Halbuki, “Bəhri-təvil”i də qa-fiyələrə görə asanlıqla misralara ayırmaq və misraları səpələmək olar.

    Bəhri-təvildə qafiyələnmənin fərqliliyi ondan ibarətdir ki, qafiyələr bölgülərin sonluğunda olmaya da bilər. Bu, deyilişin ahəngini pozmur, çünki, uzun və qısa hecalar baxımından ritmik quruluş sabitdir.

    Aşağıda bəhri-təvilin hər iki (mənsur və misralara ayrılmış) variantda yazılışı verilmişdir.

    Misal (mənsur variantda):


    Ey fələk, zül/mün əyandır/, bu necə döv/ri-zamandır/ ki, işim a/hü fəğandır/, məni yandır/ma, amandır/, gözümün əş/ki rəvandır/, ürəyim dop/dolu qandır/, hamı qəmdən/ bu yaman-dır/ ki, neçə əh/li-qələmlər/, buraxıb ca/nıma qəmlər/, qarışıb dər/di-bəhəmlər/, ürəyim in/di vərəmlər/, qəzetə, jur/nala bu-küf/ri-şiyəmlər/ necə cürət/lə rəqəmlər/ yazıb, isla/ma sitəmlər/ eləyiblər/ ki, gərək a/ləmi isla/m(ı)da, hər öl/kədə, hər şəh/r(i)də dina/rü dirəmlər/ saçılıb, mək/təbi-nisvan/ açılıb, qız/ balalar mək/təbə hazır/ olalalar, el/m(i)də mahir/ olalar, fəz/-l(i)də bair/ olalar, baş/dan ayağa/ geyələr don/, gedələr mək/-təbə on-on/, tutalar şi/veyi-bidət/, oxuyub nəh/v ilə hikmət/, alalar dər/si-təbabət/, bilələr cüm/lə kitabət/, edələr yaz/mağa adət/, itə ismət/, bata iffət/, aman ey va/h(ı), ay Alla/h(ı), bu qövm ol/du nə gümra/h(ı), bu nə şi/veyi ikra/h(ı), bu nə züm/reyi-bədxa/h(ı), salıb a/ləmə pərxa/ş(ı), bular la/l ola ey ka/ş(ı), düşə baş/larına da/ş(ı)! Xudaya/, bu nə göfta/r(ı), nə rəfta/r(ı), nə murda/r(ı), nə bia/r(ı), fənaka/rə bizi söv/q eləmək fik/rinə ama/də olublar/!...

    M.Ə.Sabir
    Misralara ayrılmış və səpələnmiş variantda:
    Ey fələk, zül/mün əyandır/,

    bu necə döv/ri-zamandır/

    ki, işim a/hü fəğandır/,

    məni yandır/ma, amandır/,

    gözümün əş/ki rəvandır/,

    ürəyim dop/dolu qandır/,

    hamı qəmdən/ bu yamandır/

    ki, neçə əh/li-qələmlər/,

    buraxıb ca/nıma qəmlər/,

    qarışıb dər/di-bəhəmlər/,

    ürəyim in/di vərəmlər/,

    qəzetə, jur/nala

    buküf/ri-şiyəmlər/

    necə cürət/lə rəqəmlər/

    yazıb, isla/ma sitəmlər/

    eləyiblər/ ki, gərək

    a/ləmi isla/m(ı)da,

    hər öl/kədə,

    hər şəh/r(i)də

    dina/rü dirəmlər/

    saçılıb,

    mək/təbi-nisvan/ açılıb,

    qız/ balalar

    mək/təbə hazır/ olalalar,

    el/midə mahir/ olalar,

    fəz/lidə bair/ olalar,

    baş/dan ayağa/

    geyələr don/,

    gedələr mək/təbə on-on/,

    tutalar şi/veyi-bidət/,

    oxuyub nəh/v ilə hikmət/,

    alalar dər/si-təbabət/,

    bilələr cüm/lə kitabət/,

    edələr yaz/mağa adət/,

    itə ismət/,

    bata iffət/,

    aman ey va/h(ı),

    ay Alla/h(ı),

    bu qövm

    ol/du nə gümra/h(ı),

    bu nə şi/veyi ikra/h(ı),

    bu nə züm/reyi-bədxa/h(ı),

    salıb a/ləmə pərxa/ş(ı),

    bular la/l ola ey ka/ş(ı),

    düşə baş/larına da/ş(ı)!

    Xudaya/, bu nə göfta/r(ı),

    nə rəfta/r(ı),

    nə murda/r(ı),

    nə bia/r(ı),

    fənaka/rə bizi söv/q eləmək

    fik/rinə ama/də olublar/!...
    Onu da qeyd edək ki, türkcəmizə daha uyğun olması üçün burada bölgüləri 3-4-...-4-5 (dadadah dahda-dadah .... dahda-dadah dahda-dadahdah) kimi də qəbul etmək olar. Bu halda şeirin mənsur variantının bölgülərə ayrılması aşağıdakı kimi olacaq:
    Ey fələk/, zülmün əyan/dır, bu necə/ dövri-zaman/dır ki, işim/ ahü fəğan/dır, məni yan/dırma, aman/dır, gözümün/ əşki rəvan/dır, ürəyim/ dopdolu qan/dır, hamı qəm/dən bu yaman/-dır ki, neçə/ əhli-qələm/lər, buraxıb/ canıma qəm/lər, qarışıb/ dərdi-bəhəm/lər, ürəyim/ indi vərəm/lər, qəzetə/, jurnala bu/-küfri-şiyəm/lər necə cü/rətlə rəqəm/lər yazıb, is/lama sitəm/lər eləyib/lər ki, gərək/ aləmi is/lam(ı)da, hər/ ölkədə, hər/ şəh-r(i)də di/narü dirəm/lər saçılıb/, məktəbi-nis/van açılıb/, qız balalar/ məktəbə ha/zır olalalar/, elmidə ma/hir olalar/, fəzlidə ba/ir olalar/, başdan aya/ğa geyələr/ don, gedələr/ məktəbə on/-on, tutalar/ şiveyi-bi/dət, oxuyub/ nəhv ilə hik/mət, alalar/ dərsi-təba/bət, bilələr/ cümlə kita/bət, edələr/ yazmağa a/dət, itə is/mət, bata if/fət, aman ey/ vah(ı), ay Al/lah(ı), bu qöv/m oldu nə güm/rah(ı), bu nə/ şiveyi ik/rah(ı), bu nə/ zümreyi-bəd/xah(ı), salıb/ aləmə pər/xaş(ı), bular/ lal ola ey/ kaş(ı), düşə/ başlarına/ daş(ı)! Xuda/ya, bu nə göf/tar(ı), nə rəf/tar(ı), nə mur/dar(ı), nə bi/ar(ı), fəna/karə bizi/ sövq eləmək/ fikrinə a/madə olublar/!...

    Misralara ayrılmış və səpələnmiş variantda:


    Ey fələk, /zülmün əyan/dır,

    bu necə/ dövri-zaman/dır

    ki, işim/ ahü fəğan/dır,

    məni yan/dırma, aman/dır,

    gözümün/ əşki rəvan/dır,

    ürəyim/ dopdolu qan/dır,

    hamı qəm/dən bu yaman/dır

    ki, neçə/ əhli-qələm/lər,

    buraxıb/ canıma qəm/lər,

    qarışıb/ dərdi-bəhəm/lər,

    ürəyim in/di vərəm/lər,

    qəzetə/, jurnala

    bu/küfri-şiyəm/lər

    necə cü/rətlə rəqəm/lər

    yazıb, is/lama sitəm/lər

    eləyib/lər ki, gərək/

    aləmi is/lam(ı)da,

    hər/ ölkədə,

    hər/ şəhr(i)də

    di/narü dirəm/lər

    saçılıb/,

    məktəbi-nis/van açılıb/,

    qız balalar/

    məktəbə ha/zır olalalar/,

    elm(i)də ma/hir olalar/,

    fəzl(i)də ba/ir olalar/,

    başdan aya/ğa

    geyələr/ don,

    gedələr/ məktəbə on/-on,

    tutalar/ şiveyi-bi/dət,

    oxuyub/ nəhv ilə hik/mət,

    alalar/ dərsi-təba/bət,

    bilələr/ cümlə kita/bət,

    edələr/ yazmağa a/dət,

    itə is/mət,

    bata if/fət,

    aman ey/ vah(ı),

    ay Al/lah(ı),

    bu qöv/m

    oldu nə güm/rah(ı),

    bu nə/ şiveyi ik/rah(ı),

    bu nə/ zümreyi-bəd/xah(ı),

    salıb/ aləmə pər/xaş(ı),

    bular/ lal ola ey/ kaş(ı),

    düşə/ başlarına/ daş(ı)!

    Xuda/ya, bu nə göf/tar(ı),

    nə rəf/tar(ı),

    nə mur/dar(ı),

    nə bi/ar(ı),

    fəna/karə bizi/ sövq eləmək/

    fikrinə a/madə olub/lar!...


    Yüklə 0,73 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   22   23   24   25   26   27   28   29   ...   55




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin