Şirvani Ədilli



Yüklə 0,73 Mb.
səhifə2/55
tarix30.12.2021
ölçüsü0,73 Mb.
#24969
1   2   3   4   5   6   7   8   9   ...   55
© «Елм вя тящсил», 2014


Ön söz
Şeir formalarının tədqiqi ədəbiyyatşünaslığın əsas sahələrindən biridir. Klassik və müasir poeziyamızda isti-fadə olunan şeir formaları çox zəngin və rəngarəng olsa da, zaman-zaman bu sahənin tədqiqi ədəbiyyatşünaslığın digər sahələri ilə müqayisədə xeyli geri qalmışdır. Son yüz illik ədəbiyyatşünaslıq tariximizdə bu sahə üzrə ixtisaslaşmış tədqiqatçılar demək olar ki, barmaqla sayı-lacaq qədər azdır. Halbuki, qonşu xalqlar (ərəblər, farslar, ruslar və s.) şeir formalarının tədqiqi sahəsində daha irəli gediblər.

Klassik poeziyamızın əsas vəzni olan əruz XX əsrdə görkəmli alimimiz Əkrəm Cəfər tərəfindən geniş tədqiq edilmişdir. Lakin bu vəznin həm şairlər, həm də ədəbiy-yatçılar tərəfindən mənimsənilməsi son bir əsrdə aşağı səviyyədə olmuşdur. Bu dövrdə heca vəzni daha çox istifadə olunan populyar vəzn olsa da, bu vəznin də məhz tədqiqinə lazımı qədər yer verilməmişdir. Milli poeziya-mızda XX əsrin əvvəllərindən meydana çıxmış və sürətlə inkişaf edən sərbəst şeir formasına gəldikdə, bu şeir formasının ümumiyyətlə tədqiq olunmadığının demək olar ki, hamı tərəfindən etiraf edilməsi artıq bir adət halını almışdır. Şeirşünaslığımızda nisbətən geniş tədqiq olun-muş sahə klassik poeziyada və aşıq yaradıcılığında istifadə olunan şeir şəkilləri və janrları olmuşdur.

Şirvani Ədillinin şeir formaları sahəsində araşdırma-larını şeirşünaslığımızda qeyd etdiyimiz problemlərin həllli baxımından irəliyə atılmış mühüm addım kimi qiymət-ləndirmək olar. Müəllif ixtisasca filoloq olmasa da, tədqiq etdiyi məsələlərə peşəkarcasına yanaşmış, mövcud təd-qiqatlara və bədii yaradıcılıq nümunələrinə istinad etmiş, elmi idrakın müxtəlif metodlarından istifadə edərək öz filkir və mülahizələrini irəli sürmüş və onları nəzəri cəhət-dən sistemləşdirə bilmişdir. Müəllifin bu sahədə ilk araş-dırması 2011-ci ildə nəşr olunmuş “Əruz vəzninin sadə-ləşdirilmiş qəlibləri” adlı əsəridir. Həmin əsərdə Ş.Ədilli əruzun türk dilinə və folkloruna uyğunluq məsələlərini araşdırmış, bu vəznin öyrənilməsinin daha asan meto-dunu müəyyən etmişdur. Həmin əsər ədəbi mühitdə bö-yük maraq doğurmuş və öz məqsədini doğrultmaqdadır.

Ş.Ədilli indi əlinizdə olan “Azərbaycan şeirində forma məsələləri” adlı kitabında isə daha geniş əhatəli məsələləri araşdırmaya cəlb etmişdir. Burada şeirimizdə qafiyənin səs əsası və təsnifatı, həmçinin heca vəzninin bölgüsü haqqında yeni baxış irəli sürülmüş, sərbəst şeir forması ilk dəfə köklü şəkildə tədqiqata cəlb edilmiş və bu şeir formasının 8 növü müəyyən edilmiş, əruz vəzninə münasibətdə mövcud olan mübahisəli məsələlərə toxu-nulmuş, şeir formalarının yaranma tarixi mövcud mate-riallar əsasında nəzərdən keçirilmiş, şeir formalarının məhdudiyyətləri və funksiyaları, mahnılarda mətn prop-lemi, sözlə musiqisinin biri-birinə ritmik və tonik uyğunluq məsələləri, Azərbaycan xalq musiqisində geniş yayılmış ritmik vahidlər və qəliblər haqqında danışılmışdır.

Hesab edirəm ki, Ş.Ədillinin bu dəyərli araşdırması şeirşünaslığımızın gələcək inkişafına böyük təkan verə biləcək bir əsərdir. Müəllifə gələcək tədqiqatlarında uğur-lar arzulayıram.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin