Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Yuqoslaviya İkinci Dünya müharibəsi illərində



Yüklə 1,22 Mb.
səhifə129/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   125   126   127   128   129   130   131   132   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Yuqoslaviya İkinci Dünya müharibəsi illərində




Yuqoslaviyanın iúğal edilmasi va bölüúdürülmasi. Avropada Yuqoslaviyanın əsas müttəfiqi hesab etdiyi Fransa hitler Almaniyası tərəfindən işğal edildikdən sonra Yuqoslaviya hökuməti mürəkkəb daxili və siyasi diplomatik çəkişmə zəminində təcrid olunmaq təhlü- kəsindən azad olmaq məqsədilə Almaniya ilə SSRİ arasında tərəfdaş seçmək dilemması qarşısında qalmışdır. İtaliyanın Yunanıstana hücumundan, 1941-ci ilin martında Bolqarıstanın Üçlər paktına qoşulmasından sonra Yuqoslaviya hitler Almaniyası və faşist İtaliyasının təhlükəsilə üz-üzə qaldığı üçün Svetkoviç-Maçek hökuməti 1941-ci il martın 25-də Üçlər paktına daxil olmaq haqqında protokola imza atdılar. Bu, Yuqoslaviyada hökumətin faşist- pərəst siyasətinə qarşı kütləvi nümayişlərə təkan verdi. İngiltərə və ABŞ-dan kömək alan or- dunun ali zabit heyətinin bir hissəsi xalqın kəskin etiraz çıxışlarından istifadə edərək çevriliş təşki etdilər və Duşan Simoviçin başçılığı altında yeni hökumət yaratdılar. 1941-ci il martın 27-də baş verən hadisələrdən xəbər tutan Hitler Yuqoslaviyanı işğal etməyə qərar verdi.
Duşan Simoviçin hökuməti əslində əvvəlki hökuməti təşkil edən partiyalardan yaradılmışdır, fəaliyyəti isə ziddiyyətli və qeyri-ardıcıl idi. 1941-ci il aprelin 5-də Yuqos- laviya ilə SSRİ arasında dostluq və hücum etməmək haqqında müqavilə imzalandı. 1941-ci il
aprelin 6-da Üçlər paktının qoşunları Yuqoslaviyaya hücuma keçərək bir neşə gün gecə və gündüz şəhəri bombaladılar. Hələ 1941-ci ilin aprel ayından əvvəl Belqrad açıq şəhər elan olunmuşdu, yəni şəhər hava hücumundan müdafiə sistemlərinə malik deyildi və onun
ərazisində strateji əhəmiyyətli hərbi obyektlər yox idi və bu dağıdılma planı “cəzalandırma” məqsədi daşıyırdı.
Düşmənin üstünlüyü çox böyük idi, hücumda 34 alman, 44 italiyan və 4 macar diviziyaları iştirak edirdi. Gül-çiçəklə qarşılanan müttəfiq qonşuları aprelin 10-da Zaqrebə, aprelin 12-də dağıdılmış Belqrada daxil oldular. Hökumət, kral II Pyotr Yunansıstana qaçdı. Aprelin 14-də Yuqoslaviyanın ali komandanlığı silahlı müqavimətin dayandırılması haqqında
əmr verdi. Aprelin 17-də Sarayevo şəhərində baş komandanlığın qərargah rəisi general Kalafatoviç və Xarici İşlər naziri Sintsar-Markoviç “Almaniya ilə Yuqoslaviya arasında barışıq və silahlı qüvvələr arasında hərbi əməliyyatların dayandırılması haqqında qərar”ı imzaladılar. Bu, Yuqoslaviya ordusunun tam təslim olması demək idi, 350 minə qədər yuqoslav əsgər və zabiti əsir düşdü. Onların çox hissəsi Almaniyadakı hərbi əsir düşərgələrinə göndərildi. Ölkənin işğalı və bölüşdürülməsindən sonra mühacirətdə olan yuqoslav hökuməti 1941-ci il mayın 4-də işğalçılara qarşı mübarizənin davam etdirilməsi haqqında qərar qəbul etdi. “Barışıq haqqında qərar” əslində kağız üzərində qaldı, Yuqoslaviya vahid dövlət kimi Avropanın siyasi xəristəsindən silindi.
“Aprel müharibəsin”dən sonra Yuqoslaviya torpaqlarının taleyi fərqli oldu. Bəzi regionlar işğalçı dövlətlərin ərazisinə qatıldı, qalanları işğalçıların bilavasitə nəzarəti altına keçdi. Sloveniyanın şimal hissəsi Üçüncü Reyxin tərkibinə qatıldı, cənub hissəsi İtaliyaya birləşdirildi. Voyevodinanın bir hissəsi Macarıstanın tərkibinə qatıldı, digər hissəsi -
əhalisinin əsas hissəsi almanlardan ibarət olan Banat isə xüsusi ərazi vahidi oldu. Bolqarıstan Oxrid gölünə qədər uzanan Vardar Makedoniyasını, Kosovanın bir hissəsini və Şərqi Serbiyanın bəzi ərazilərini öz torpaqlarına qatdı.
İtaliyanın protektoratı altında Çernoqoriya krallığı yaratmaq planı irəli sürüldü, lakin 1941-ci il iyulun 13-də başlanan kütləvi antifaşist üsyanı buna mane oldu. Kosovo və Metoxiya, Makedoniyanın bir hissəsi, həmçinin 1938-ci ildə İtaliya tərəfindən işğal olunmuş Albaniya İtaliyanın protektoratlığına verildi. Serbiya, Balkan müharibələrinə qədər sərhədləri çərçivəsində ölkə ərazisində yerləşdirilmiş alman işğalçı qoşunlarının baş komandanının bilavasitə nəzarətində idi.
Faşistlər Müstəqil Xorvatiya Dövləti (MXD) yaratdılar, Bosniya və Herseqovinanın da daxil olduğu bu ərazidə alman və italiyan hərbi hissələri yerləşdirilmişdir. Yaradılmış hökumətin fəaliyyəti isə tamamilə faşist dövlətlərinin səlahiyyətli nümayəndələrinin tam nəzarəti altında idi. Müstəqil Xorvatiya dövlətinin yaradılmasının təşəbbüsçüsü hələ hərbi
əməliyyatlar başlanmamışdan əvvəl Zaqrebə gəlmiş alman generalı Edmund Venzenmayer idi. V.Maçek və Zaqreb ustaşlarının, faşistlərinin başçısı Slavko Kvaterniklə danışıqlar aparmışdı. V.Maçek yeni dövlətin başçısı olmaqdan imtina etdi, lakin Xorvatiya Kəndli Partiyasının üzvlərini və tərəfdarlarını yeni hakimiyyətlə əməkdaşlığa çağırdı. Bu çağırışı Zaqreb radiostansiyası ilə Avstriya–Macarıstan ordusunun keçmiş zabiti, bir vaxtlar fran- koçular partiyasının qızğın tərəfdarı olan S.Kvaternik oxudu. V.Maçekin çağırışı sayəsində polislər də daxil olmaqla Xorvatiyanın bütün inziabati orqanları bu ustaş dövlətinin xidmətinə keçdi.
Ustaşların başçısı Paveliç özünün 600 tərəfdarı ilə birlikdə Zaqrebə gəldi. Paveliç 1934- cü ildə Marseldə baş vermiş terror aktından sonra Fransada ev dustağı edilmiş, ustaşlar isə tərksilah edilərək İtaliya ərazisində həbs düşərgələrinə səpələnmişdilər. Mussolini ilə görüşdə Paveliç Dalmasiyanı İtaliyaya güzəştə gedəcəyinə vəd verdi. Zaqrebə gələn kimi o, təntənəli surətdə Xorvat xalqının rəhbəri elan edildi. 1941-ci ilin iyununda Paveliçin Hitlerlə görüşü oldu. İmzalanmış protokola görə Müstəqil Xorvatiya dövləti Üçlər ittifaqı, Almaniya-İtaliya- Yaponiya paktına qoşuldu. Ustaşların başçısı füreri inandırdı ki, Müstəqil Xorvatiya dövləti
ərazisində yaşayan serblərin gələcəyi radikal formada həll olunacaq, onların üçdə bir hissəsi məhv ediləcək, üçdə biri katolikləşdiriləcək, qalan üçdə biri isə Serbiyaya sürgün ediləcəklər.
Bununla da Yuqoslav xalqlarının tarixində ən faciəli səhifələrindən biri başlandı. Ustaşlar diktaturasının yaradılması ilə yanaşı ölkədə həbs düşərgələri, cəza ekspedisiyaları yaradıldı, qaraçı və yəhudilərin, həmçinin xorvat antifaşistlərinin kütləvi ləğv edilməsi tədbirləri hazırlandı.
Ustaşlar və onların hərbi hissələri SS qoşunları ilə tam eynilik təşkil edirdi. Bundan başqa Müstəqil Xorvatiya dövlətinin ordusu var idi ki, bu əsgər və zabitləri “domobran”, yəni vətənin müdafiəçiləri adlandırılırdılar. Hitlerçilər SSRİ-yə hücum etdikdən sonra MXD-nin hərbi hissələri, yəni “Xorvatiya legionu” sovet-alman cəbhəsində olan döyüşlərdə iştirak edirdilər.
“Aprel müharibəsi” həm siyasi qruplaşmaların, həm də hərbi dairələrin daha da ayrılmasına səbəb oldu. Mühacir kral hökuməti elan etdi ki, işğalçılara qarşı mübarizə davam etdiriləcək. Eyni zamanda, müxtəlif partiyaları təmsil edən hökumət üzvləri arasında kəskin mübahisələr başlandı. Serbiya siyasətçiləri Xorvatiya Kəndli Partiyasının üzvlərini ordunun məğlubiyyətində ittiham etdi. Xorvatları isə öz növbəsində S.Radiçin öldürülməsini və kral Aleksandrın diktaturasını yada saldı. Belə ittihamlar Yuqoslaviyanın özündə, partiya qrupları rəhbərliyi arasında da təkrar edilirdi. 1941-ci ilin yazına qədər kimin uğur qazanacağı məlum deyildi. Almaniya Avropa ölkələrinin çoxunu işğal etmiş və ya özünə mütəffiq etmişdi, ingi- lislər Yunanıstana desant çıxarmış italyanlara qarşı Şimali Afrikada uğurlu əməliyyatlar aparırdılar. İngilis donanması Aralıq dənizində hakim idi. Ona görə də keçmiş Yuqosla- viyanın siyasi xadimlərinin bir hissəsi almanlara, digər bir hissəsi ingilislərə tərəfdar çıxırdı.
Yuqoslaviyanın keçmiş müdafiə naziri general Milan Nediç 1941-ci ilin payızında Serbiyada kollaborasionist hökumətə başçılıq etməyə başladı. İşğalçıları Dmitri Letiçin başçılıq etdiyi “Zbor” faşist quplaşması aşkar şəkildə müdafiə edirdi. Xorvatiya Kəndli Partiyasının lideri V.Maçekin siyasəti fərqli idi, belə ki, yerli ustaş dövləti ilə əməkdaşlığa çağırmaqla yanaşı, Maçek və onun əhatəsində olan bir sıra şəxslər gözləmə mövqeyi tutmuşdular. Ustaş hökuməti isə Maçekin rəhbər olduğu XKP-nin bəzi üzvlərinin Londondakı mühacir hökumətin tərkibinə daxil olmaqda ittiham edirdi. Slovakiya siyasi rəhbərləri içərisində ümumi birlik yox idi, onların bir hissəsi başda Marko Natlaçet olmaqla imperiyanın işğalçı hakimiyyətini, digər bir hissəsi London mühacir hökumətini müdafiə ediridi. Siyasi dairələrin bəzi üzvləri bir müddət sonra kommunist antifaşist hərəkatına qoşuldular, qalanları isə ümumiyyətlə, siyasi fəaliyyətdən uzaqlaşdılar.
Yuqoslaviya ordusu təslim olduqdan sonra əsirlikdən qaçmış əsgər və zabitlərin bir hissəsi Serbiya və Şərqi Bosniyanın meşə və dağlarında gizlənirdilər. Onlar burada Draqolyub (Draji) Mixayloviçin ətrafında birləşdilər. D.Mixayloviç (1893-1946) müharibəyə qədər Yuqoslav ordusunun Baş qərargahında kəşfiyyat şöbəsinin zabiti idi, sonralar isə Praqa və Sofiyada hərbi attaşe olmuşdu. Fransada ali zabitlər kursunda oxuyarkən Şarl de Qolla yaxından tanış idi. Tərbiyəsinə və baxışlarına görə antikommunist və monarxist idi. 1941-ci il mayın əvvəllərində D.Mixayloviç bir qrup hərbiçi ilə birlikdə Qərbi Serbiyanın Ravna Qora dağ massivinə gəldi. Sonralar Ravna Qora ingilislərə və amerikanlara meyl edən Serbiya partizanlarının, yəni çetniklərinin, hərbi hissələrin və təşkilatlarının simvoluna çevrildi. Tezliklə partizanların bu mərkəzi qərargahına başqa siyasətçilər də gəldi. Onların arasında Serb, sonralar isə Yuqoslav Sosial Demokrat partiyasının başçılarından biri olan D.Lapçeviç, ruslara rəğbət bəsləyən vəkil D.Vasiç və b. var idi. Çetniklərin işğalçılarla ilk toqquşması 1941-ci ilin mayında başlandı.
Almaniyanın SSRİ-yə hücumu bütün Yuqoslav antifaşistlərinin, ilk növbədə kom- munistlərin və komsomolçuların fəallığını artırdı, həm də 20 ilə qədər gizli fəaliyyət göstərən təşkilat üzvləri bir sıra böhran anlarını dəf edə bildilər və 1941-ci ilə yaxın real qüvvəyə çevrildilər. YKP və Yuqoslaviya Kommunist Gənclər İttifaqı (YKGİ) işğalçılarla silahlı mübarizə ərəfəsində müvafiq olaraq 12 və 30 minlik qüvvəyə malik idilər və çoxlu təşkilatları var idi. Ölkə işğal edildikdən sonra da bu təşkilatlar arasında sıx əlaqələr var idi. Lakin 1941- ci il iyunun 22-nə qədər işğalçılarla mübarizədə onların fəaliyyəti Ribbentrop-Molotov paktı və Kommunist İnternasionalının müvafiq təlimatları ilə nizamlanırdı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin