XOCALI SOYQIRIMINI UNUTMAYAQ!
Xocalı soyqırımının iyirminci ildönümü haqqında AzərbaycanRespublikası Prezidentinin Sərəncamı
Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.
Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hü- dudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin əra-zisinin 20 faizi işğal edildi. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz- üzə qaldı.
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, Avropa Parlament Assambleyasının və bir sıra beynəlxalq qurumların Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərarlarına baxmayaraq, bu günə qədər ATƏT-in Minsk qrupu çərçivəsində apa-rılan danışıqlar heç bir nəticə verməmişdir.
Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasə- tinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini faciənin iyirminci ildönümü ərəfəsində dərin hüznlə bir daha yad edərək və Azərbaycan Respublikası Konstitusiyasının 109- cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 yanvar 2012-ci il.
ÖN SÖZ
Bildiyimiz kimi Xocalı faciəsinin 24-cü ildönümü münasi-bətilə hörmətli prezidentimiz İlham Əliyev tərəfindən 17 yanvar 2012-ci il tarixində sərəncam imzalanmışdır. Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə bir sıra müəssisələrlə yanaşı kitabxanalarda da silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Kitabxanalarda keçiriləcək tədbirlər zamanı kitabxanaçılar oxucuları marifləndirərkən daha çox torpaqlarımızın 20 faizinin işğal altında olmağından, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında məlumat nəzərdə tutulur.
“Xocalı faciəsi-20” – adlı metodiki vəsait 5 bölmədən ibarətdir..
-
Giriş.
-
Xocalı haqqında.
-
Xocalı faciəsi.
-
Xocalı faciəsi mətbuatın gözü ilə.
-
Xocalı faciəsi və kitabxanaların qarşısında duran vəzifələr.
G i r i ş
XX əsr- Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı, fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr kimi daxil olmuşdur. Bu əsrin demək olar ki bütün onillikləri, qərinələri qan ilə yuyulmuşdur. Az qala bu əsrə yaxın kommunist partiyasının qanlı faciə və fəlakətlərlə dolu keçdiyi yol kifayət deyilmiş kimi, təxminən onunla həmyaş olan erməni-daşnaq liderlərinin müxtəlif illərdə qəsdən, şüurlu törətdikləri vəhşiliklər də hamısı bu əsrin payına düşür. Əgər təkcə bu əsrdə günahsız axıdılan türk-müsəlman qanını bir yerə yığmaq mümükün olsaydı Xəzərə bənzər bir dərya yaranardı. Buna günahsız, silahsız insanların ah-naləsini, göz yaşlarını, əzab- əziyyətini, fəryadını da əlavə etmək mümkün olsaydı bu dərya daha dərin, daha müsibətli görünərdi. Xocalı qırğını XX əsrin sinəsində aç- dığı ən dərin qanlı şırımdır. Əsrlər keçəcək yeni-yeni nəsillər gələcək, amma bu şırımın üstünü heç zaman daş-kəsək, ot-alaq basa bilməyəcək. Dünyanın hansı qitəsindən baxılsa bu şırımın rus-erməni cəlladlarının əli ilə törədilmiş ah-naləsi, iniltisi fəlakəti aydın görü- nəcəkdir. Xocalı qırğını Azərbaycan xalqının qanını soran bir sıra vəzifəli-rəhbər şəxslərin xəyanəti, qəddarlığı, şöhrətpərəstliyi, əfəlliyi sayəsində törədilmiş ən qara ləkə, irinli yara və damğadır! Bu qırğın uzun illər dost-qardaş deyib torpağımızda yer verdiyimiz, çörəyimizi, suyumuzu əsirgəmədiyimiz qonşularımızın kininin, qəzəbinin, nankorluğunun pak ifadəsidir.
Bəşər tarixində ən amansız müharibələrin də aman verən qanunları olub. Həmin qanunlara görə uşaqlara, qocalara, qadınlara, silahsızlara, şikəst adamlara toxunulmur. Xocalı qırğını belə ali qanunların hamısını puç etdi.
Xocalı haqqında
Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991-1992-ci illərdə ermə- ni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,97 min kv. km, əhalisi 24417 nəfər (1991-ci il). Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 km-liyində, Qarabağ silsiləsində yerləşir.
Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə, ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və sairə var. Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar, qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bə- zək əşyaları, tunc əmək alətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var.
Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır.
Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşirdi. İqlimi mülayim-istidir. Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristanlıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları, Alban pir-ocaqları və s. var. Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidə, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər var.
Xocalı faciəsi haqqında
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciə- lərindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur.
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata ke- çirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərinayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.
Xocalı soyqırımı şahidlərin dilindən:
Abdullayeva Sevil o gecəni belə xatırlayır: Oğlum Eldəniz və Ceyhunla gedirdik. Eldəniz məndən arxada idi. Hava dumanlı idi. Göz gözü görmürdü. Əgər səslənsəydik, ermənilər səsimizi eşidərdi. Ceyhunu yaralamışdılar. Mən ona nəfəs verməyə çalışırdım, oğlum qanlar axıdırdı. Güllü ilə oğlu Şövkət onda bizim yanımızda idi. Hər ikisi yaralı idi. Güllü evdən götürdüyü pulları yandırdı ki, isti olsun. Lakin tüstü hər yeri sarıdı. Az keçmədiki ermənilər başımızın üstünü almışdı. Onlar Güllü ilə oğlunu güllə- lədilər. Üstümdə olan bütün qızıl və pullarımı onlara verdim ki oğluma toxunmasınlar. Onlar bizi əsir götürüb Xankəndinə apardılar. Əsirlik həyatı dözülməz idi.
Şurik Şamil qızı Quliyeva 1936-cı ildə Dağlıq Qarabagın Qarakötük kəndində anadan olmuşdu. Qarabağ konflikti yarananda oğulları Əkbər və Taleh torpaqlarını qorumaq üçün Milli Orduya qoşuldular. Həmin gecə Taleh son gülləsinə kimi döyüşdü. Lakin ermə- nilər onu və yanında olan qadınları əsir aldılar. Talehi güllələri bitnə kimi güllələdirlər. Talehin yaralanmış arvadı Ramilə və oğlu Samir ermənilərdən qaçmağa çalışırdılar. Lakin qurtula bilmədilər. Şurikin həyat yoldaşı Zəkərə də ermənilər tərəfindən öldürüldü. Həmin gün ailənin bütün üzvləri yaşlısından tutumuş körpəsinə kimi erməni gülləsinə tuş gəldi.
Xocalı faciəsi və kitabxanaların qarşısında duran vəzifələr
Xocalı soyqırımının 24-cü il dönümü ilə əlaqədar olaraq kitabxanalarda həmin mövzuya aid sitatlar, video çarxlar, kitab sərgiləri, foto stendlər, metodik guşələr, ədəbi-bədii kompazisiyalar təşkil edə bilərlər. Nümunə üçün ədəbi-bədii kompazisiyanın keçirilməsinə dair metodiki tövsiyələr.
I Əsrlərdən bəri doğma Vətənimiz Azərbaycanın zəngin təbii sərvətləri, dünya xəritəsində tutduğu əlverişli mövqe böyük imperiyaların daim diqqət mərkəzində olmuşdur. Torpaqlarımızda yer, süfrəmizdə çörək verdiyimiz nankor ermənilər ac imperiyaların dəstəyinə arxalanaraq dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyası ilə dönə-dönə faciələr törətmiş dövlətimizin içində dövlət yaratmışlar.
II Zaman-zaman Azərbaycan xalqının salnaməsində ermə- nilərin əli ilə yazılmış qanlı səhifələr, faciəli tarixlər sıralanmışdır. Xocalı soyqırımı xalqımızın ən yeni tarixinin qanlı mürəkkəbi qurumamış səhifəsidir. Xocalı soyqırımı sanki uzun illərdən bəri ermə- nilərin törətdiyi 1905-ci il qırğınını, 1918-ci il Şamaxı, Quba, Bakı qətliamını unutduğumuz üçün tarixin bizə verdiyi acı yaddaş dərsidir.
I Bu gün Xocalı soyqırımının, Xocalı faciəsinin, Xocalı dəhşətlərinin 24-cü ildönümüdür. Erməni vandalizminin, erməni qəddarlığının, xaçpərəst əlbirliyinin açıq nümunəsi olan o qanlı fevral gecəsi hər il bütün Azərbaycan xalqı, bütün sülhsevər ölkələr tə- rəfindən acı təəssüf hissi və ürək yanğısı ilə qeyd edilir. Bugünkü tədbirimiz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımızın başına açılan o dəhşətli müsibətlərə həsr olunub.
II Yaxşı qulaq asın bu qəmli, ibrətamiz, faciəvi hekayətə. Onu yaddaşınıza həkk eləyin, dostunuza yoldaşınıza danışın, oğlunuza, qızınıza nəql eləyin. Qoy, gələcək nəsillər xalqımızın başına gətirilən bu müsibətləri, Xocalı harayını, Xocalı məşhərini, Xocalı genosidini heç zaman unutmasın.
Xocalı faciəsi mətbuatın gözü ilə
Krua El Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər. Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər. Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnaq icması Qarabağa silah və adam göndərir. Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır..
Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır.
Xocalı faciəsi ilə bağlı kitabxanalarda keçirilən tədbirlər
Bu il fevralın 26 - da Xocalı faciısinin 24 ili tamam olur. Bununla əlaqədar olaraq. Kitabxanalarda vətənpərvərlik mövzusunda keçirilən tədbirlər gənclərin, məktəblilərin tərbiyəsində, milli ruhda böyüməsində mühüm rol oynayır. Eyni zamanda bu tədbirlər uşaqlarda düşmənə qarşı nifrət intiqam hissini gücləndirir.
Hazırladığımız bu vəsaitdə MKS – nin uşaq şəbəsində Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompazisiyanın ssenarisini nümunə üçün sizə təqdim edirik:
“Tarixin qan yaddaşı”
başlığı alında keçirilən tədbiri giriş sözü ilə uşaq şöbəsini müdiri Pərvanə Məmiyeva açdı.
Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Aparıcı
XX əsr Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr
kimi daxil olmuşdur.
Xocalı faciəsi bu qanlı dəryanən ən dərin, sarsıdıcı,işgəncəli, yırtıcılıq və işgəncələrlə dolu sirvəsi sayıla bilər
Bu dağların qoynunda yaşıl bir kənd varıydı
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbül gözəl, zülfi kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi,batdı,dağıldı
Mənim şirin qafiyəm, mənim üçcə hecalım
Xocalım ay Xocalım.
Bu faciə ilə bağlı ürək sözlərini demək,fikirlərini bölüşmək üçün söz Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin sədri Almaz Aşurova verilir. Almaz müəllim Qarabağ hadisələri və Xocalı faciəsi ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Aparıcı
Biz kitabxana işçiləri həmişə çalışırıq ki, tələbələri,məktəbliləri öz tədbirlərimizə cəlb edək. Bu günkü tədbirimizdə Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı orta məktəbin müəllim və şagirləri iştirak edir, onlar tədbirdə Xocalıya, doğma vətənə aid şerlər söyləyəcək, erməni cəlladlarının vəhşiliklərini əks etdirən kompazisiya göstərəcək və bayatılar söyləyəcəklər.
Sözü verək 9- cu sinif şagirdi Əlizadə Hüseyinə
Vətən kimlərindir soruşdu Xəndan,
Söylədim: müqəddəs nə var ki ondan?
Duy onu könüldən, sev onu candan,
O, candan, könüldən heyranları
Vətən döyüşlərə girib nər kimi,
Mehdilər,Gəraylar, Həzilər kimi,
Odlardan adlayıb, səməndər kimi,
Özünü odlara vuranlarındır!
Tədbirdə iştirak edən Fətəlizadə Leyla söz alaraq Xocalı faciəsi ilə bağlı yazdığı “Nur babanın hekayəti, boz köpəyin etibarı” adlı poeması haqqında tədbir iştirakçılarına ətraflı məlumar verdi. Adi köpəyin belə ermənilərdən etibarlı, sadiq olduğunu anlartdı. Ermənilər uzun illər çörəyini yeyib, suyunu içdiyi torpağa, onlara hər cür qayğını, yardımı göstərən insanlara qarşı ağılasığmaz vəhşiliklərə yol verdilər.
Sözü 9 - cu sinif şagirdi Əliyeva Müjgan verək, o, bizə bir şer söyləyəcək.
Vətən qeyrət, vətən ana,
Baş əyək biz hər an ona.
Hər ürəkdə bir od yana,
Qoymayaq vətən tapdana
Tapdanan hər qarışımız,
Tapdanan ocaq başımız.
Od tutan məzar daşımız,
Enməyək ayaq altına
Qoymayaq vətən tapdana.
Biz əsgərik vətən qala!
Qorumasaq çətin qala!
Biz ölsək də vətən qala!
Qoymayaq vətən tapdana!
Aparıcı
Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli, müdhiş gecəni yaşaməş ən əziz aamlarını itirmiş insanlar məğrurdurlar, mərddirlər.Hər biri vətən qayğısı, vətən, torpaq eşqi ilə yaşayır. Bu bir daha xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir.
İndi məktəblilərin ifasında hazırlanmış, erməni vəhşiliyini əks etdirən kompazisiyaya tamaşa edək.
Aparıcı
Xocalı faciəsi xalqımıza qarşı analoqu olmayan soyqırımdır.Bu faciə xalqımızın tarixində qara bir ləkədir, bugün xocalı faciəsini tanımıram deyən, ona biganə qalan Azərbaycanlı yoxdur.Artıq bir çox dünya dövlətləri xocalı faciəsindən xəbərdardır.Xocalı soyqırimı özünün dəhşətləri ilə yaddaşlardan silinməyəcək.Çünki bu elə bir dəhşətdir ki, yaddaşdan silinə bilməz.
Dərdli Qarabağn nakam gözəli,
Açılmayan xoş baharım Xocalım.
Sinəmdə sən adlı yaram göyərir,
Göyləri yandırır ahım Xocalı.
Tədbirdə iştirak edən, müxtəlif təşkilatların nümayəndələri bu faciə ilə bağlı öz ürək sözlərini dedilər
Hörmətli tədbir iştirakçıları bu il faşizim üzəində qələbənin 65 ci ildönümünü qeyd edəcəyik. O zaman sovetlər birliyinin tərkibində olan Azərbaycan oğulları cəbhədə qəhrəmanlıqlar göstərmiş, Sovet İttifaqı Qəhrəmanı kimi fəxri ada layiq görülmüşlər.Azərbaycan həmişə öz qəhrəman oğulları ilə fəxr etmişdir.
Arzu edək ki, tezliklə müstəqil, azad Azərbaycanın üç rəngli bayrağı Şuşanın, Xankəndinin, Ağdamın, şəhid olmuş Xocalının başı üzərində dalğalansın. Yalnız o zaman Azərbaycannın mili qəhrəmanlarının, bu yolda şəhid olmuş oğullarımızın, şəhidlərimizin ruhları hüzura qovuşar.
Birləşib qələbə çalmasaq əgər,
Sənin qisasını almasaq əgər,
Demək nə dövlətik, nə xalqıq onda;
Batarıq zamanın burulğanında...
Bir də söyləyirəm, bir də Xocalı;
Bu qan qalmayacaq yerdə Xocalı!
Qan yaddaşımız !
Bunları yadda saxla:
1991 ci il 26 dekabr. Xankəndinin işğalı (sahəsi 926 kv.km, əhalisi ---57 000)
1992 ci il 26 fevral. Xocalının işğalı (sahəsi 970 kv.km, əhalisi --- 1300)
1992 ci il 8 may Şuşanın işğalı(sahəsi 289 kv.km, əhalisi --- 28 000)
1992 ci il 18 may Laçının işğalı (sahəsi1875kv.km, əhalisi --- 28 000)
1992 ci il 2 oktyabr Xocavəndin işğalı (sahəsi 1458 kv.km əhalisi --- 11 000)
1993 cü il 3-4 aprel Kəlbəcərin işğalı (sahəsi1936 kv.km sahəsi --- 62 000)
1993 cü il 7 ilul Ağdərənin işğalı (sahəsi1700kv.km, əhalisi --- 47 000)
1993 cü il 23 iyul Ağdamın işğalı (sahəsi1094 kv.km, əhalisi --- 161 000)
1993 23 avqust Cəbrayılın işğalı (sahəsi 1050 kv.km, əhalisi 57 000)
1993 23 avqust Füzulinin işğalı (sahəsi 1112 kv.km, əhalisi --- 110 000)
1993 31 avqust Qubadlının (sahəsi 826 kv.km, əhalisi --- 38 000)
1993 cü il 29 oktyabr Zəngilanın işğalı (sahəsi707 kv.km, əhalisi 42 000)
Ədəbiyyat siyahısı:
Sultanov Z. Xocali faciəsi. /Ön sözün müəllifi Qulu Xəlilli.- Bakı, İşıq, 1993.- 53 s.
Şirinov T. “Qarabağda qan izləri”.- Bakı, “Nərgiz” nəşriyyatı, 2007.- 252 s.
Fazil Güney (Abbasov)“Qara qan” (roman).- Bakı, “Elm və həyat”, 2002.- 462 səh.
İnqilab Xan Rəvan Vəlizadə, Hacı Əliağa Cəfərli.“Xocalı faciəsi” (Roman-faciə).- Bakı, “Çıraq” nəşriyyatı, 2003.- 348 s.
Səriyyə Müslimqızı: “Qar üstünə qan yağırdı”.- Bakı, Azərnəşr, 1993.- 184 s.
Veb səhifələr:
www.qafqazinfo.az
www.president.az
www.anl.az
www.justiceforkhojaly.org
www.xocali.org
www.khojaly.preslib.az
Tərtib edən:
Daşkəsən rayon Mərkəzləşmiş kitabxana sisteminin Metodika və biblioqrafiya şöbəsinin müdiri Rəna Hüseynova.
Kompyüter dizayneri:
Metodika və biblioqrafiya şöbəsinin metodisti Aygün İbrahimova.
Dostları ilə paylaş: |