Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Çexiya və Slovakiya 1918-2015-ci illərdə



Yüklə 1,22 Mb.
səhifə95/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   91   92   93   94   95   96   97   98   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Çexiya və Slovakiya 1918-2015-ci illərdə




Çexoslovakiya 1918-1939-cu illərdə


Çexoslovakiya Respublikasının yaranması. XX yüzilliyin ikinci onilliklərində Avstri- ya-Macarıstan imperiyasının tərkibinə daxil olan Çexiya inkişaf etmiş sənaye rayonu olduğu halda Slovakiya iqtisadi cəhətdən geri qalmış macar hissəsi olan Transleytaniyanın tərkibinə daxil idi. Habsburqlar imperiyasına daxil olan başqa xalqlar kimi çexlər və slovaklar bu dövrdə milli ayrı-seçkiliyə, təqib, təzyiq və repressiyalara məruz qalırdı. Bu çex və slovak- ların milli ideallar uğrunda mübarizəsini gücləndirdi. Düzdür, Çexiya ərazisində mövcud olan siyasi qüvvələr çex məsələsini Avstriya-Macarıstan imperiyası hüdudlarında həll etmək, alman və macarlarla bərabər hüquqa malik olmaq uğrunda fəaliyyət göstərirdilər. Beynəlxalq gərginliyin artması, Avstriya-Macarıstanda müharibə rüzgarının əsməsi Çexiya və Slovakiya- da müharibə əleyhinə fəaliyyətin artmasına səbəb oldu.
Birinci Dünya müharibəsinin başlanması ilə Avstriya-Macarıstan imperiyasının slavyan
əhalisinin Rusiyaya qarşı münasibətindən ehtiyat edən hakimiyyət orqanları Çexiya və Moraviyada repressiyaları gücləndirdi.1915-ci ildə Çexiyada alman dili rəsmi dil elan olundu, çexlərə məxsus mətbuat orqanları, mədəni-maarif, xeyriyyə təşkilat və cəmiyyətləri bağlandı. XIX əsrin 60-cı illərində meydana gəlmiş “Gənc çexlər” milli hərəkatının lideri K.Kramarj (1866-1937) və A.Raşin (1867-1923) Rusiyaya tərəf tutmaqda ittiham edilərək məhkəmə tərə- findən 1915-ci ilin may ayında ölüm hökmünə məruz qalmış, yalnız 1916-cı ilin noyabrında Avstriya-Macarıstan imperiyasının imperatoru I Frans İosifin vəfat etməsi çex liderləri ölüm- dən xilas etmişdir.
Birinci Dünya müharibəsinin çətinlikləri imperiya ərazisində yaşayan xalqların, o cümlədən slavyanların fəallığını daha da artırdı. Öz xalqını siyasi mübarizəyə hazırlayan çex və slovak burjuaziyasının məqsədi və mövqeyi xeyli dəyişildi. Siyasi qüvvələr daha radikal tələblər irəli sürməyə başladı. Çexiyanın müstəqilliyini tələb edən “Gənc çexlər” və onların lideri K.Kramarj Antantanın qələbəsini nəzərdə tutaraq Rusiyanın himayəsi altında slavyan dövlətlərinin iffitaqının yaradılmasını irəli sürürdü.
Realistlərin lideri T.Q.Masarik (1850-1937) də müstəqil Çexiya uğrunda mübarizəni ön plana çəkərək bu məqsədlə Antanta dövlətləri ilə əlaqələri önə çəkir, amma Rusiya ilə deyil İngiltərə və Fransa ilə əməkdaşlıq tərəfdarı idi. E.Beneş (1884-1948) və Milli Sosialist par- tiyasının rəhbəri V.Klofaç (1868-1942) da onunla eyni cür düşünürdü.
A.Şveqlanın (1873-1933) Aqrar partiyası və V.Şmeralın (1880-1941) Sosial-Demok- ratlar partiyası Avstriya-Macarıstanın demokratikləşməsi şərti ilə slavyan azlıqları məsləsini imperiya daxilində qalmaqla həll etməyi nəzərdə tuturdular.
Slovakiya milli hərəkatında V.Şrobar və b. rəhbərlik etdiyi liberal, A.Qlinka və b. lider- liyi ilə klerikal, M.Qoca və b. başçılıq etdiyi aqrar cərəyanlar fərqlənirdi. Xüsusilə Slovak li- beralları Slovakiyanın azad olunmasını və bu yolla sıx Çex-Slovak əməkdaşlığını müdafiə edirdilər.
Birinci Dünya müharibəsi illərində Avstriya-Macarıstan imperiyasının tərkibinə daxil olan slavyan vilayətlərində milli istismarın, siyasi təqib və terrorun artması, iqtisadi vəziy- yətin ağırlaşması slavyan əhalisi arasında milli-azadlıq hərəkatının yayılmasına səbəb oldu. Çex və slovaklar orduya yazılmaqdan imtina edir, cəbhədə bilə-bilə ruslara əsir düşürdülər. Bunun nəticəsində 1916-cı ilin axırlarında Rusiyada 200-250 min nəfər çex və slovak vardı. Buna cavab olaraq imperiyanın hakimiyyət nümayəndələri slavyan azlığa qarşı repressiyaları kəskinləşdirdi. Yaranmış şəraitlə əlaqədar T.Masarik milli-azadlıq mübarizəsinin mərkəzini xaricə köçürmək qərarına gəldi və 1915-ci ilin noyabrında Parisdə Çex Xarici Komitəsi yaradıldı. 1916-cı ilin mayında E.Beneşin və slovakiya xadimi Milan Ştefankin (1880-1919) iştirakı ilə bu komitə Çexoslovakiya Milli Şurasına çevrildi. Milli Şuranın mətbuat orqanı nəşr edilməyə başladı.
Rusiyada Fevral inqilabı çex və slovakların azadlıq mübarizəsinin fəallaşmasına təkan
verdi. Həm də bu zaman Avstriya-Macarıstanda vəziyyət kəskin şəkildə mürəkkəbləşmişdi. İqtisadiyyatın tənəzzülü güclənmiş, 1917-ci ilin birinci yarısında tətil hərəkatı artmışdı. Mo- narxiyanın daxili və xarici vəziyyəti kəskinləşmişdi. Rusiya inqilabının təsiri altında demok- ratik hüquqların və azadlıqların bərpa olunması uğrunda hərəkat genişlənmişdi. 1916-cı ilin noyabrında taxta çıxan I Karl (1887-1922) parlamentin (reyxsrat) fəaliyyətini bərpa etdi və slavyan xalqları ilə münasibətlərin nizamlanması istiqamətində addımlar atdı. Lakin imperiya daxilində müstəqilliyə meyl güclü idi, odur ki, çex və slovaklar 1917-ci ilin mayında par- lamentdə müstəqillik tələbi ilə çıxış etdilər. Oktyabr silahlı üsyanından sonra radikal şüarlar irəli sürülür, mübarizənin forma və metodlarında dəyişiklik baş verirdi. Qərb dövlətlərinin himayəsi altında müstəqil dövlət yaratmaq və Avstriya-Macarıstan imperiyasının tərkibindən çıxmaq azadlıq mübarizəsinin ana xəttini təşkil edirdi. Çex və Slovak liderləri Paris və Rusiyadakı mühacir mərkəzləri ilə əlaqə saxlayırdı. Çex liderləri Antanta ölkələrinin hakim dairələri ilə sıx əlaqə saxlayır, özlərinin milli tələblərinin tanınmasına çalışırdılar.
Çexoslovakiya Milli Şurası Fransada, İtaliyada, Rusiyada hərbi legionların formalaş- dırılması sahəsində fəaliyyətlərini genişləndirirdi. 1917-ci ilin yayı üçün bu legionların sıralarında 40 min, 1918-ci ilin ortaları üçün təkcə Rusiyada onların sayı 50 min nəfərə çat- mışdı. Rusiyada çex legionlarının yaradılması M.Ştefanikin və T.Masarikin Rusiyaya səfəri ilə əlaqədar baş vermişdi.
Bu zaman həm də çex mühacirəti Parisdə böyük diplomatik uğur qazandı. 1918-ci ilin mayında Fransa hökuməti Çexoslovakiya Milli Şurasını Çexoslovakiyanın müvəqqəti höku- məti, onların təşkil etdiyi hərbi hissələri Antanta ordusu kimi tanıdı. Bu hökuməti 1918-ci ilin avqustunda Böyük Britaniya, sonra isə Yaponiya və ABŞ-da tanındılar. Bununla da Rusiyadakı çex korpusunun bolşeviklər əleyhinə silahlı qiyamına şərait yarandı. ABŞ-da mühacirətdə olan çexoslovak qruplarının fəaliyyətini əlaqələndirmək məqsədilə 1918-ci il mayın 10-da Pittsburqda çex və slovak təşkilatları bu iki xalqın vahid müstəqil dövlətdə birləşdirilməsinə dair saziş imzaladılar. Slovakiyanın muxtariyyatının və slovak seyminin çağırılmasını da nəzərdə tutan bu saziş gələcək prezident T.Masarik tərəfindən imzalandı, 1918-ci ilin sentyabrında Slovakiya Milli Şurası yaradıldı.
Avstriya-Macarıstan hökuməti böhranın dərinləşdiyini və imperiyanln dağılması eh- timalının qaçılmaz olduğunu görərək çex torpaqlarından ərzağı, xammalı və qiymətli əşyaları daşımağa başladı. Təkcə Çexiyadan hər gün 20 vaqon un daşınırdı. Hökumətin bu soyğun- çuluq tədbirləri xalq kütlələrinin kütləvi etirazına səbəb oldu. Ölkədən ərzağın daşınmasına qarşı etirazlar 1918-ci il oktyabrın 14-də ümumi tətillə nəticələndi. Tətilçilər milli müstəqillik, “azad Çex-Slovak respublikasının” yaradılması şüarlarını irəli sürdülər. Nümayişçilərin şəhərətrafı fəhlə qəsəbələrindən şəhərin mərkəzinə doğru irəliləməsinin qarşısını almaq məqsədilə Praqaya Avstriya ordusunun əlavə qüvvələri gətirildi. 14 oktyabr hadisələri çex və slovak respublikasının elan edilməsi ilə nəticələnmədi, lakin bu nümayiş ölkənin gələcək tale- yini müəyyən etdi, eyni zamanda qiymətli sərvətin ölkədən çıxarılmasının qarşısı alındı. Vya- na hökuməti yaranmış vəziyyətdən çıxış yolunu Habsburqlar monarxiyasını federativ çox- millətli dövlət halında yenidən qurulmasında görürdü və bu vəzifəni həll etmək 1918-ci il oktyabrın 25-də yaradılmış yeni Avstriya hökumətinin qarşısına qoyulmuşdu. Ancaq hökumətin imperiyanı federallaşdırmaq vasitəsilə böhrandan çıxmaq təşəbbüsü baş tutmadı.
Xaricdəki müqavimət hərəkatının nümayəndələri ilə, ilk növbədə, T.Masariklə danışıq- lar aparmaq üçün başda K.Kramarj olmaqla İsveçrəyə nümayəndə heyəti göndərildi, T.Ma- sarik həmin dövrdə ABŞ-da olduğundan danışıqlar E.Beneşlə aparıldı. Çex və slovakların müstəqilliyinin elan edilməsində əsas hadisə 1918-ci il oktyabrın 28-də baş verdi. Həmin gün Avstriya-Macarıstan hökuməti Antanta dövlətləri ilə barışıq sazişi imzalamağa hazır oldu- ğunu bildirərək müharibədə öz məğlubiyyətini etiraf etmiş oldu. Bunun ardınca Praqadakı Milli Komitə mülkü və hərbi hakimiyyəti öz əlinə almış və müstəqil dövlətin yarandığını elan etmişdir. Çex və Slovakların torpaqlarındakı uzun illərdən bəri davam etmiş Habsburqlar imperiyasının hökumranlığına son qoyuldu.
Avstriya-Macarıstanın parçalanması ilə barışmağa məcbur olan Avstriya hakimiyyəti
orqanları Çexiya və Slovakiyada idarə işlərinin hamısını Praqa Milli Komitəsinə verdilər. Çex və slovak burjua xadimlərinin – A.Şveqla, A.Raşin, F.Soukup, Y.Strşibrn və V.Şrobarın başçılıq etdiyi Milli Komitə əhaliyə müraciət edərək hakimiyyəti öz əlinə aldığını bildirdi. 1918-ci ilin oktyabr günləri çex-slovak dövlətçiliyinin əsasını, başlanğıcını qoymuş oldu.
Burjua partiyaları arasında gedən danışıqlardan sonra Praqa Milli Komitəsi Müvəqqəti Milli Məclis şəklində yenidən quruldu. 1918-ci il noyabrın 14-də Praqada Milli Məclisin tən- tənəli iclası oldu. Məclis Hasburqlar sülaləsinin devrildiyini təsdiq etdi və Çexoslovakiya de- mokratik respublika elan edildi. Tomaş Masarik Çexoslovakiyanın ilk prezidenti seçildi. Ce- nevrədə razılaşdırılmış hökumətin tərkibi də təsdiq edildi. Milli-Demokrat partiyasının lideri K.Kramarjın sədrliyi ilə respublikanın “ümummilli koalisiya” adlanan hökuməti yaradıldı.
Çex torpaqlarında hakimiyyət dəyişikliyi əsasən sakit keçdi. Gərginlik yalnız Brno və yeni reallıqla razılaşmaq istəməyən çex almanlarının yaşadığı sərhəd vilayətlərində hiss olunurdu. Həmin ərazilərdəki almanlar ABŞ prezidenti V.Vilsonun 14 maddəsində irəli sü- rülmüş millətlərin öz müqəddəratını təyin etmək müddəasını əsas tutaraq özlərini Avstriyanın tərkib hissəsi elan edərək burada dörd “müstəqil alman əyaləti” yaratdılar. Lakin ÇSR hökuməti bu ərazilərin qoparılması cəhdinin qarşısını aldı və 1918-ci ilin dekabrına qədər bu torpaqlar çex qoşunları tərəfindən tutuldu.
1918-ci ilin dekabrında T. Masarik təntənəli şəkildə Praqaya qayıtdı. Onun rəhbərliyi altında respublikada parlament demokratiyası qələbə çaldı. Mərkəzi dövlət aparatı yaradıldı. 1918-ci ilin noyabrında müvəqqəti Konstitusiya qəbul edildi, 8 saatlıq iş günü tətbiq olundu. Milli Komitənin tərkibi 254 nəfərə çatdırıldı və yuxarıda qeyd edildiyi kimi, bu orqan res- publikanın parlamentinə çevrildi, onun tərkibinə burjua çex və slovak siyasi partiyasının nü- mayəndələri daxil edildi. Böyük səlahiyyətlər verilmiş V.Şrobar Slovakiyaya səlahiyyətli na- zir təyin edildi.
Hökumət respublikanın dövlət sərhədlərini müəyyən etməyə başladı. Sərhədlər məsələsi qəti şəkildə 1919-cu ildə Paris sülh konfransında həll edildi. Bu konfransda ÇSR-i Baş nazir K.Kramarj və Xarici İşlər naziri E.Beneş təmsil edirdilər. 1919-cu ilin martında Slovakiya və Zakarpatiya (indiki Qərbi Ukrayna) torpaqları ÇSR-ə birləşdirildi. Çexoslovakiyanın sər- hədləri qəti olaraq Versal (1919), Sen-Jermen (1919) və Trianon (1920) sülh müqavilələri
əsasında 1919-1920-ci illərdə müəyyənləşdirildi.
Ölkənin ərazisi 140 min kv. km, əhalisinin sayı 13,6 milyon nəfər idi. Bütün əhalinin yarıdan çoxunu çexlər təşkil edirdi. Belə ki, 2 milyon nəfər slovakalarla birlikdə çexlər yeni dövlətdə təqribən 8,8 milyon nəfərə çatırdı. ÇSR-in alman əhalisinin sayı 3 milyon nəfər idi. Eyni zamanda gənc respublikanın alman, macar, polyak əhalisi milli azlıq statusu almışdı. Çex siyasətçiləri unitar dövlət yaratmaq xətti yeridirdilər. Milli azlıqlara müxtariyyət veril- məsi onlara görə təhlükəli münaqişələrə səbəb ola bilərdi. Onların fikrincə mərkəzləşdirilmiş dövlət müharibədən sonrakı çətinlikləri asanlıqla aradan qaldırar və qonşu dövlətlərlə po- zulmuş əlaqələrin möhkəmləndirilməsini təmin edə bilərdi. Beləliklə, ÇSR çətin münaqişə və mübahisələrin, fikir ayrılıqları və ziddiyyətlərin aradan qaldırılması şəraitində yaradılmış oldu. Çexoslovakiya Respublikasında demokratiyanın bərqərar olması və möhkəmləndiril- məsində ölkənin ilk prezidenti Tomaş Qarriq Masarikin böyük xidmətləri əvəzsizdir.
Tomaş Qarriq Masarik 1850-ci il martın 7-də Avstriya imperiyasının tərkibinə daxil olan Moraviyanın Gedin torpağında anadan olmuşdur. Brno, Vyana, Leypsiqdə təhsil almış- dır. 1882-ci ildən Praqa Universitetinin professorudur. Fəlsəfə doktoru dərəcəsi alan T.Ma- sarik Çikaqo Universitetində mühazirə oxuyarkən sonradan Rusiya Müvəqqəti hökumətinin Xarici işlər naziri olmuş P.N.Milyukovla tanış olur. Onun köməyi ilə Rusiyadakı çex hərbi
əsirlərindən legion formalaşdırır. 1917-ci ildə T.Masarik Rusiyaya gələrək Çexoslovak korpu- sunun yaradılmasında iştirak edir. Birinci Dünya müharibəsi dövründə Antanta ölkələrində Çexoslovakiyanın müstəqilliyi uğrunda fəal təbliğat aparmışdır. Avstriya-Macarıstan impe- riyası dağıldıqdan sonra T.Q.Masarik 1918-ci ilin noyabrında qiyabi olaraq oktyabrın 28-də müstəqilliyini elan etmiş Çexoslovakiyanın ilk prezidenti seçilmişdir. Bir aydan sonra ölkə- sinə qayıdan T.Masarik coşğu ilə qarşılanmışdır. Çexoslovakiyanın müstəqilliyi uğrunda mü-
barizənin simvolu olan T.Masarik xalq içərisində həm də müqəddəslik rəmzi kimi şöhrət qa- zanmışdır. Yeni demokratik dövlətin humanistlik mücəssəməsi olan T.Masarikə xalq məhəb- bətlə qeyri-rəsmi “baba” ləqəbi vermişdir. Liberal demokratik çox partiyalı quruluşun tərəf- darı olan Tomaş Qarik Masarik 1935-ci ilin dekabrın 14-də prezident vəzifəsindən istefa verərək, 1937-ci ilin sentyabrın 14-də Landa 87 yaşında vəfat etmişdir.
1919-cu ilin aprelində Çexoslovakiya Antantanın göstərişi ilə Rumıniya ilə birlikdə Macarıstan Sovet respublikası əleyhinə müdaxiləyə başladı. Çex və Slovak xalqı Macar Qızıl Ordusu əleyhinə vuruşmaq istəmirdilər. Slovakiyanın bir sıra yerlərində, Sovet Macarıstanının ərazisinə soxulmuş Çexoslovakiya ordusunun arxasında partizanların döyüş
əməliyyatı başlamışdı. Mayın 30-da Macar Qızıl Ordusu əkshücuma keçdi və ilk günlərdən Nove Zamki, Levitse, Rimavskaya, Sobota və Slovakiyanın digər şəhərlərinə daxil oldu. Azad edilmiş rayonlarda əhali inqilabi hakimiyyət orqanları yaradırdı. Slovakiya ərazisinin 2/3 hissəsində inqilabi hakimiyyət qurulduqdan sonra, iyunun 16-da Preşov şəhərində Slovakiya Sovet respublikası elan edildi. Çex Antonin Yanouşekin başçılığı altında Slovakiya inqilabi hökumət Soveti yaradılmışdı.
Sovet çex fəhlə sinfi ilə sıx və qırılmaz dövlət ittifaqı yaratmaq üçün özünün arzusunu bildirdi. Slovakiya Sovet hökuməti iri sənaye, ticarət müəssisələrinin, bankların, mülkədar malikanələrinin milliləşdirilməsi haqqında sərəncam elan etdi, Qızıl Ordu yaratdı, demokratik seçki islahatını həyata keçirdi, kənd yoxsullarını vergilərdən azad etdi və bir sıra digər mühüm inqilabi dəyişikliklər etdi. Slovakiya Sovet respublikası konstitusiyasının hazır- lanmasına başlandı. Lakin Slovakiya Sovet respublikası çox yaşamadı və 1919-cu il iyulun
əvvəlində yıxıldı. Eyni zamanda Zakarpat Ukraynasında, sonra isə bütün Çexolovakiya
torpaqlarında yeni hökumət bərqərar oldu.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin