Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə10/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   6   7   8   9   10   11   12   13   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Brest sülhü. Xarici siyasət sahəsində gənc Sovet dövlətinin qarşısında duran əsas vəzifə ölkənin müharibədən çıxmasını təmin etmək idi. Odur ki, 1917-ci il dekabrın 3-də Brest-Li- tovskidə Sovet Rusiyası ilə alman bloku-Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bol- qarıstan arasında danışıqlar başladı. Gərgin danışıqlardan sonra nəhayət dekabr ayının 15-də Sovet Rusiyası ilə Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə arasında 28 günlük barışıq imzalandı. Barışıqdan istifadə edən Sovet hökuməti bir daha Antanta ölkələrini sülh danışıqlarına cəlb etmək istəsə də buna nail ola bilmədi, çünki bu ölkələr Rusiyanı müha- ribədə saxlamaq məqsədilə Brest-Litovsk danışıqlarına mane olmağa çalışırdı.
Dekabr ayının 22-də Sovet Rusiyası nümayəndələri A.A.İoffenin rəhbərliyi ilə Alman bloku ölkələrinin nümayəndələri ilə sülh haqqında danışıqlara başladılar. Sovet nümayəndə heyəti bir daha Sülh haqqında Dekretin prinsiplərini özündə əks etdirən fikirləri danışıqlarda səsləndirdi. Dekabrın 28-də sülh haqqında danışıqların birinci mərhələsi başa çatdı və 1918-ci il yanvarın 9-da ikinci mərhələ başlandı. Bu danışıqlarda sovet nümayəndə heyətinə L.D.Trotski başçılıq edirdi. Alman nümayəndə heyətinin rəhbəri Fon Külman çıxış edərək göstərdi ki, Antanta ölkələri danışıqlarda iştirak etmədiyi üçün «ilhaqsız və təzminatsız» sovet sülh təklifi qəbul edilə bilməz, indi söhbət yalnız separat sülh haqda gedə bilər. Almanların irəli sürdüyü general «Hofman xətti» şərti adı almış plana görə Polşa, Litva, Belarusiya, Ukrayna, Latviya, Estoniyanın bir hissəsi tutulurdu. Eyni zamanda Moozund adaları və Riqa körfəzi almanların əlində qalırdı. Bu plan keçmiş Rusiya imperiyasının 150 min kv.km
ərazisini zəbt etməyi nəzərdə tutan bir sənəd idi.
Almaniyanın irəli sürdüyü ağır şərtlər müzakirə edilərkən həm Sovet hökuməti, həm də bolşevik rəhbərliyi arasında ciddi fikir ayrılığı aşkar oldu. Sol eserlər belə hesab edirdilər ki, bu şərtləri qəbul etmək satqınlıqdır və inqilabı müdafiə etmək üçün hərbi əməliyyatları davam etdirmək lazımdır. Onlar danşıqlarda iştirak etməkdən imtina etdilər və öz nümayəndələrini
sovet nümayəndə heyətinin tərkibinə daxil etmədilər. V.İ.Lenin köhnə ordunun döyüş qa- biliyyətini itirdiyini nəzərə alaraq sovet hakimiyyətini saxlamaq üçün alman təklifini danı- şıqsız qəbul etməyi təkid edirdi. «Sol» kommunistlər N.İ.Buxarin, K.B.Radek, Q.L.Pyatakov, F.E.Dzerjinski danışıqlara getməməyi və dünya inqilabının qələbəsi məqsədilə alman milli- tarizminə qarşı mübarizəni gücləndirməyi tələb edirdilər. L.D.Trotski «Nə sülh, nə müha- ribə!» şüarını irəli sürdü ki, bu da hərbi əməliyyatları dayandırmaq və müqaviləni imzalamaq- dan imtina etmək demək idi. Sovetin nuümayəndə heyətinin başçısı L.D.Trotski N.V.Krı- lenkoya teleqram göndərdi və müharibənin dayandırılması, ordunun tərxis edilməsi haqqında
əmr verilməsini tələb etdi. Özü isə nümayişkaranə surətdə Bresti tərk edərək bildirdi ki, belə soyğunçu sülh müqaviləsini imzalamayacaq. Bundan istifadə edən alman komandanlığı barışıq şərtlərini pozaraq 1918-ci il fevral ayının 18-də bütün rus-alman cəbhəsi boyu hücuma keçdi. Köhnə ordu qalıqlarını məğlub edən düşmən qoşunları bir neçə gün ərzində Latviya və Estoniyanı, Ukraynanın xeyli hissəsini, Dvinsk, Minsk, Polotsk şəhərlərini tutdular.
Belə bir ağır vəziyyətdə V.İ.Leninin təkidi ilə XKS fevralın 19-da Almaniyanın şərt- lərini qəbul etdi və danışıqlara getməyi təklif etdi. Eyni zamanda hökumət düşmən hücu- munun qarşısını almaq məqsədilə fevralın 21-də «Sosialist vətəni təhlükədədir!» dekretini qəbul etdi. Bu bütün qüvvələri işğalçılarla mübarizəyə səfərbər etdi. Nəticədə 1918-ci il fevralın 23-də Qırmızı Ordu düşməni Pskov yaxınlığında dayandırdı.
Nəhayət, 1918-ci il martın 1-də Brest-Litovskidə sülh konfransının iclası yenidən baş- landı. Sovet nümayəndə heyətinə Q.Y.Sokolnikov rəhbərlik edirdi. G.V.Çiçeren, Q.İ.Petrovski, L.M.Karaxan nümayəndə heyətinə daxil idi. Çiçerin Georgi Vasileviç (1872- 1936) 1905-ci ildən RSDFP-nin inqilabı hərəkatının iştirakçı, 1918-ci ildən isə bolşevik partiyasının üzvü olub. Peterburq Universitetinin məzmunu olan G.Çiçerin 1918-1930-cu illərdə RSFSR, sonra SSRİ Xarici işlər üzrə xalq komissarı olmuşdur. Xarici ölkələrlə konstruktiv əlaqələrin inkişaf etdirilməsi tərəfdarı olan G.Çiçerin belə hesab edirdi ki, Kominternin rəhbərliyi diplomatiyanın səmərəli fəaliyyətinə mane olur. O, 1927-ci ildə fak- tiki olaraq XİK-nin işindən kənarlaşdırılmışdır. Yüksək professionallığı və erudisiyası ilə seçilən G.Çiçerin Motsart yaradıcılığının dərin bilicisi olaraq həm də mahir piano ifaçısı olub. Alman nümayəndəliyini isə Fon Rozenberq və general Hofman təmsil edirdi. Beləliklə,
1918-ci il mart ayının 3-də bir tərəfdən Sovet Rusiyası, digər tərəfdən Almaniya, Avstriya- Macarıstan, Bolqarıstan və Türkiyə arasında 14 maddədən ibarət sülh müqaviləsi imzalandı. Tərəflərin imzaladığı müqaviləyə əsasən Sovet Rusiyasından 46 milyon nəfər əhalinin yaşadığı bir milyon kv.m. ərazi, o cümlədən Polşa, Pribaltika, Belarusiyanın bir hissəsi, Qars, 6rdəhan, Batum alınırdı. Sovet hökuməti öz qoşunlarını Ukraynadan geri çəkməyi, 3 milyard manat təzminat ödəməyi, mərkəzi Avropa ölkələrində inqilabi təbliğatı dayandırmağı öz öhdəsinə götürürdü. Brest müqaviləsinə əlavə olaraq 1918-ci il avqustun 27-də Almaniya Rusiyaya iqtisadi məsələlərə dair müqavilə qəbul etdirdi ki, buna görə Sovet Rusiyası qarşı tərəfə 6 milyard marka təzminat ödəməli idi. (450 ton qızıl)
1918-ci il martın 14-də Moskvada toplanan IV fövqəladə Sovetlər qurultayı böyük səs çoxluğu ilə Brest sülhünü təsdiq etdi. Lehinə 784 nəfər, əleyhinə 261 nəfər səs verdi, 115 nəfər isə bitərəf qaldı. Brest sülhünün bağlanmasına qarşı etiraz əlaməti olaraq sol eserlər martın 15-də Sovet hökuməti tərkibindən çıxdılar. L.D.Trotski Xalq xarici işlər Komissarı vəzifəsindən istefa verdi, onun yerini G.V.Çiçerin tutdu. Bu vaxtdan etibarən Sovet Rusi- yasının icraedici orqanlarında təkpartiyalı sistem bərqərar oldu. Bolşeviklərin sol eserlərlə hökumət koalisiyası dağıldı.
Brest sülh müqaviləsi 1918-ci il martın 22-də alman Reyxstaqı tərəfindən bəyənildi, martın 26-da isə Almaniyanın imperatoru II Vilhelm tərəfindən təsdiq olundu. Lakin ağır Brest sülhü uzun çəkmədi, belə ki, Almaniyada baş verən noyabr inqilabı nəticəsində II Vilhelm üsul-idarəsi devrildi. Bundan istifadə edən Sovet hökuməti 1918-ci il noyabrın 13-də Brest-Litovsk müqaviləsini ləğv etdi, itirdiyi ərazilərin çox hissəsini özünə qaytardı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin