GİRİŞ
Hind-Avropa xalqları qrupuna məxsus olan slavyanlar və ya tarixin yaddaşının dərin qatlarına hopmuş mənbələrdəki ehtimal olunan adları ilə antlar, sklavinlər, venetlər Mərkəzi, Cənub-Şərqi Avropanın, sonralar Asiyanın bir hissəsinin yerli və əsas sakinlərindəndir. Yüzil- liklər boyu ümumdünya və Azərbaycan tarixi ilə sıx təmasda olan slavyan xalqlarının tarixi- nin öyrənilməsi “tarix həyatın müəllimidir” dərin aforizmi unutmamaqla olduqca aktual və vacibdir.
Bəhs etdiyimiz bu tarixin səhifələri slavyanların həyat mücadiləsi, igidlik və nikbinlik hissləri, heç bir çətinlik qarşısında diz çökməmək, keçmişdən dərs alıb ümidlə gələcəyə bax- maq kimi əməli fəaliyyət və arzularla doludur. Bəşər övladının topladığı bu təcrübənin ümu- miləşdirilməsi və öyrənilməsi insanların özünü dərk etməsi formalarından olan tarixin qarşı- sında duran əsas vəzifələrdəndir. Görkəmli rus tarixçisi V.O.Klyuçevski (1841-1911) “Rus tarixinin kursu” əsərində qeyd edirdi ki, həyat tarixi öyrənməyənləri daha çox cəzalandırır. Başqa sözlə keçmişdən, tarixdən yan keçərək yeni dünya qurmaq mümkün deyildir.
Məskunlaşdıqları ərazi, tarixi-coğrafi mövqeyinə və etnik tərkibinə görə slavyanlar Şərq, Qərb və Cənub qrupuna bölünür. Rus, ukrayna, belaruslar Şərq, polyak, çex, slovaklar Qərb, bolqar, serb, sloven, xorvat, boşnak, qaradağ və makedonlar Cənub slavyan qrupuna daxildir.
Birinci Dünya müharibəsi və xüsusilə müharibənin son mərhələsi slavyan xalqlarının ümumdünya tarixi prosesindəki mövqeyində və rolunda əsaslı dəyişiklərə səbəb oldu. Belə ki, müharibə Rusiyadakı daxili böhranı dərinləşdirərək, 1917-ci ildəki Fevral və Oktyabr hadisə- lərinə təkan verdi. Oktyabr silahlı üsyanı nəticəsində Şərq slavyanlarının məskunlaşdığı rus, ukrayna, belarusların torpaqlarında yeni bir quruluş – sosializm, yeni bir dövlət – SSRİ bər- qərar oldu. 70 ilə yaxın mövcud olan SSRİ dövlətinin keçdiyi tarixi yol sinfi mübarizə, vətən- daş müharibəsi və xarici hərbi müdaxilə, yeni iqtisadi siyasət, sovet dövlət aparatının yara- dılması, sənayeləşdirmə, kollektivləşdirmə, mədəni inqlab, mürəkkəb beynəlxalq vəziyyət və Sovet dövlətinin xarici siyasəti, İkinci Dünya müharibəsi və onun tərkib hissəsi olan Böyük Vətən müharibəsi, müharibədən sonra ölkənin xalq təsərrüfatının bərpası və inkişafı, partiya və dövlətin idarə edilməsində mülayimləşmə xətti, Sovet İttifaqının hərbi və müdafiə gücünün möhkəmlənməsi, atom və nüvə enerjisi, təhsil, elm, texnika, mədəniyyət, bədii təsviri sənətin inkişafı kimi mühüm işlərlə zəngindir.
Başqa bir tərəfdən rus, ukrayna, belarusların digər xalqlarla birlikdə daxil olduğu SSRİ-nin tarixi oğulun ataya, qardaşın qardaşa güllə atdığı, repressiya, təqib və təzyiqin hökm sürdüyü, hakimiyyət uğrunda amansız mübarizə və çəkişmənin getdiyi, inzibati-amirlik me- todlarla idarə olunan totalitar cəmiyyətin bərqərar olduğu, sosializmin nailiyyətlərinin milyon- larla sıravi sovet vətəndaşlarının həyatı bahasına başa gəldiyi, kommunist partiyasının dikta- turasının və həqiqətdən uzaq sovet demokratiyasının həyatın sınağından keçməyərək tükən- diyi və nəticədə SSRİ-nın süquta uğradığı kəşməkeşli, məşəqqətli və ziddiyyətli bir yoldur.
Bu yolun sonunda SSRİ-nin dağılması sayəsində ölkənin digər xalqları kimi rus, uk- rayna, belaruslar da öz müstəqilliklərini bəyan edərək, çoxpartiyalı sistem əsasında siyasi fəa- liyyətin mövcud olduğu bazar iqtisadiyyatlı, xarici siyasətdə bərabərhüquqlu tərəfdaşlığın elan edildiyi, azad və demokratik cəmiyyətə doğru yola çıxdılar.
Birinci Dünya müharibəsinin sonları Qərb və Cənub slavyanlarının milli-azadlıq mü- barizəsinin artması ilə müşayiət olunur. Bu mübarizənin nəticəsində 1918-ci ildə Polşa, Çexoslovakiya, Serb-Xorvat-Sloven krallığı kimi müstəqil slavyan dövlətləri meydana gəldi. Çoxpartiyalı sistem əsasında təşkil olunan milli hökumətlər 30-cu illərdə Avropada tüğyan edən hitler faşizmi ilə Kommunist partiyası diktaturasının və totalitar sovet rejiminin mövcud
olduğu SSRİ arasında sıxışıb qalmışdı. İkinci Dünya müharibəsi dövründə gah Almaniya, gah da Sovet İttifaqı tərəfində yer alan Qərb və Cənub slavyan dövlətləri özləri də ciddi canlı, maddi və mənəvi itkilərlə üzləşmişdilər. Eyni zamanda çoxlu itkilər verməsinə baxmayaraq, slavyan xalqının böyük əksəriyyəti işğalçılara qarşı Avropada əsl müqavimət hərəkatı təşkil edərək mərdlik və mübarizlik simvoluna çevrilmişdi.
Müharibə başa çatdıqdan sonra SSRİ-nin iradəsilə 1944-1948-ci illərdə xalq demokra- tiyası yoluna qədəm qoyan Cənub-Şərqi və Mərkəzi Avropanın slavyan dövlətləri tezliklə so- vet modelli “real sosializm” istiqaməti qəbul edərək 80-ci illərin sonu – 90-cı illərin
əvvəllərinə kimi Sovet siyasi-iqtisadi və hərbi blokunun əlavəsinə çevrilmişdi. Zaman-zaman bu mürəkkəb sosializm quruculuğu yolunda Çexoslovakiyadakı 1948-ci il Fevral hadisəsi, 1968-ci il “Praqa baharı”, Polşadakı 1956-cı ilin iyununda Poznan və 1970-ci ilin dekabrında Qdansk, Elblonq, Şetsin fəhlələrinin atəşə tutulması, Qərb və Cənub slavyan dövlətlərində qol gəzən kommunist terroru və repressiyalar tarixin gedişinə öz mənfur damğasını vurmuşdur.
Bütün bu ağırlığa dözməyərək həyatın sınağından çıxa bilməyən “real sosializm” mo- deli 80-ci illərin sonu-90-cı illərin əvvəllində dərin böhran keçirərək “zərif və dinc” inqilab nəticəsində dağıldı. Onun yerində Qərb və Cənub slavyan xalqlarının çoxpartiyalı siyasi sistemi və iqtisadi bazar rəqabətinə cavab verən, xarici siyasət sahəsində NATO və Avropa İttifaqına üz tutan, həqiqi demokratiyanın mövcud olduğu müstəqil dövlətlər meydana gəldi.
Şərq, Qərb və Cənub slavyanlarının təmsil etdiyi dövlətlərin müasir tarixinin bütün bu mürəkkəb, müsbət və mənfi hadisələrlə zəngin yolunu, slavyan xalqlarının şücaət, əzimkarlıq, inam və mübarizəsi ilə müşayət edilən keçmişini təqdim etdiyimiz “Slavyan ölkələri tarixi. 1917-2015” adlı dərslikdə mümkün olduğu qədər işıqlandırmağa cəhd etmişik.
Dostları ilə paylaş: |