“Növbəti seansa qədər səndən müşahidə etməyi istəyirəm. Bu vaxt ərzində ailəndə, evliliyində, həyatında ya da münasibətlərində gördüyün və həmişə olmasını istədiyin şeylər haqqında düşün. Bunları bir sonrakı seansda mənə anlata bilərsən."
12.Problemin nə olduğunu tapmaq.
“Bu gün sizi bura gətirən səbəb nədir?"
13.Fərqli bir şey etmək.
Pasientdən problem anında nələr etdiyini düşünməsi istənilir. Dəyişdirə bildiyi hər hansı bir şeyi dəyişdirməyi istənilir.
14.Sual vermək.
Pasientdən problem anında nələr etdiyini düşünməsi istənilir. Dəyişdirə bildiyi hər hansı bir şeyi dəyişdirməyi istənilir.
15.Gələcəyə istiqamətlənən suallar.
Problem həll olduqda işlərin necə olacağını xəyal edə bilmək bacarığı insanlar üçün güclü bir mənbədir. Həlli təsvir etmək gücü həllə çatmağı daha mümkün edir. (Durrant, 1995) Bu üsul sayəsində pasient problemin həll olunduğu bir gələcəkdə həyatın necə olacağına dair fikir sahibi olur.