Slide 2 Azrbaycan dilində "Bulud Texnologiyası"


Slide 2 Azrbaycan dilində "Bulud Texnologiyası"



Yüklə 21,75 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü21,75 Kb.
#39262
1   2   3   4   5
Slide mətn

Slide 2

Azrbaycan dilində "Bulud Texnologiyası" kimi ifadə edilən "cloud computing" termininin mənbəyi tam olaraq müəyyən deyil, lakin informasiya və kommunikasiya sistemlərinin diaqramlarındakı şəbəkələri bildirmək üçün istifadə edilən bulutvari rəsmlərdən uydurulmuş olduğu düşünülür. Bulud simvolu 1994 ilə gələnə qədər interneti əks edirdi.

Bulud sözü internet üçün istifadə edilən bir metafora idi, telefon sxemlərində bir şəbəkəni göstərən bulutvari formanı əsas götürürdüdü və sonralar kompüter və şəbəkə diaqramlarda internetə aid əsas infrastrukturun bir işarəsi olaraq istifadə edilib.

1990- cı illərdə telekommunikasiya şirkətləri, artıq daha yaxşı xidmət keyfiyyətinə və daha az xərcə malik olan Virtual Şəbəkə xidməti təmin etməyə başladılar. Bulud simvolu təchizatçıların vəzifəsi ilə ilə istifadəçilərin vəzifələri arasındakı sərhədi bildirmək üçün istifadə edilirdi. Bulud texnologiyası bu sərhədi serverlərdən şəbəkə infrastrukturuna qədər genişləndirib.

Bulud texnologiyasının tarixi 1950- ci illərdən başlayır. Universitet və şirkətlərdə istifadə edilən iri ölçülü əsas kompüterlərə zəif terminal kompüterlər qoşulurdu. Bir əsas kompüter almaq çox baha başa gəldiyi üçün, var olan bu kompüterdən ən yaxşı şəkildə istifadə emək olduqca vacib məsələ idi. Time sharing kimi tanınan sistem yaradıldı. Bir çox istifadəçinin eyni zamanda həm fiziki çıxışda həm də CPU nun istifadəsinə imkan verən bu sistem Kompüterdən ən yaxşı istifadəni təmin edirdi.

Kompüterlər inkişaf etdikcə texnologiya mütəxəssisləri böyük ölçülü məlumatla işləmək gücünü "Time sharing" yolu ilə daha çox istifadəçiyə təqdim etməyin yollarını axtardılar. Son istifadəçilərin CPU-ya daxilolma və istifadəsini daha səmərəli hala gətirən infrastruktur, qurğu və əməliyyatların optimal istifadəsini təmin edən algoritmlər üzərində işləməyə başladılar.



Slide 3


Yüklə 21,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin